KİTAB; Oxunacaq olan hər şey hökmündədir. Bu yazılı da ola bilər, vizual da ola bilər, yaşayış və gedişat da ola bilər.
QURAN; Bu oxuma hökmündə olanlardan çıxarılan doğru mənadır, doğrulardır.
KİTAB deyilən şey QURANDA 3 şəkildədir:
1. El kitabe – bu xam məlumatdır. Yeni qarşılaşdığın, lakin tərkibini başa düşə bilmədiyin, anlamadığın hər cür hadisə, şəhər, münasibət, məlumat, kitab, insan, həyat bu sıradandır.
2. El kitabü – bunların sənin tərəfindən başa düşülmüş, dərk edilmiş halına deyilir.
3. El kitabi- Elkitabe-ni Elkitabü-yə çevirmək üçün lazım olan hər cür vəsaiti ifadə edir. Bunlar zaman, məlumat, TƏVİL, çalışma, fədakarlıq, zəhmət və s.-dir.
QURAN deyilən şey də QURAN-da 3 şəkildədir:
1. El kurane- Həyatdan çıxarılan doğruları ifadə edir. Əhatə dairəsi genişdir.
2. El kuranü- Yazılı vəhydən əldə edilən doğruları ifadə edir.
3. El kurani- istər elkuranü, istərsə də elkurane-dən əldə edilənlərin vəhdətidir.
Quran deyilən şey isə bunlardan əldə etdiyin DOĞRULARDIR. Bu əhatə dairəsinə hər şey daxil ola bilər.
KİTAB-da hər cür MƏSƏLLƏR çəkdik deyərkən nəzərdə tutulan bu anlayışların hamısıdır. Quran Kitabın içindədir. Eynilə bir qoz kimi. Mən qoz yedim və ya qarpız yedim deyərkən, qarpızın və ya qozun qabığını (KİTAB) yediyimi deyil, içini yediyimi (QURAN) nəzərdə tuturam, amma biri çıxıb kitab=quran desə, bu halda qozu, qapızı və ya portağalı qabığı ilə yediyini iddia etmiş olar!
KİTAB deyilən şey MEKNUN, yəni içindəkinin qoruyucusu xüsusiyyəti ilə QURANI içində daşıyır.
Əsas olan şey QURAN-dır. Qarpız alarkən kəsilərək alınır, deyilmi? Yəni, qarpızın xarici görünüşü səni maraqlandırmır. Əsas içinə baxırsan. Qarpızın xarici görünüşü yaşıl olmasına baxmayaraq, içi qırmızı olsa onu alırsan. Məhz QURAN ilə KİTAB arasındakı fərq bu formadadır. Bunların ikisi də eyni şey deyil.
Bütün yazılan tərcümələr KİTAB hökmündədir. Bunları qəbul edərkən tələsməməli, “KƏSƏRƏK, YARARAQ” almalıyıq. İçinə baxmalıyıq. İndiyə qədər heç bir alim bu fərqi bu şəkildə ortaya qoya bilmədi və milyonlarla insanı azdırdı. Qısaca olaraq söhbət bundan ibarətdir..!
Hazırladı: Erkin Qiyasi