“SERVER” NƏDİR? NƏ ÜÇÜNDÜR?

server-room-hd-free-23325111Server nədir?
Server, komputer qaynaqlarının paylaşdırılması deməkdir. Misal üçün, sizin
komputerinizin sabit diski 500 GB-dır. Siz komputerinizin 500 GB-ını 1 GB, 5 GB, 10 GB
və digər ölçülərdə paylaşdıra bilərsiniz. Bunun üçün sizin internetə daimi çıxışınız
və fasiləsiz elektrik enerjisi olmalıdır. Komputeriniz də fasiləsiz olaraq işlək vəziyyətdə
olmalıdır. Performansın daha yüksək olması üçün, komputerinizin göstəriciləri də yüksək
olmalıdır. Misal üçün, ən əsası komputerinizin CPU-su yüksək olmalıdır.
Çünki, CPU (Central Processing Unit – Mərkəzi əməliyyat vahidi) komputerdəki ən önəmli
komponentdi. İstifadəçi sayı artdıqca CPU istifadəsi də çoxalır və serverdə yavaşlamalar
meydana gəlir. Bu halda serverdə yer alan saytlara giriş çətinləşir, bəzi hallarda giriş
mümkün olmur. Bunun üçün də, sizdən hostinq alan istifadəçilərə müəyyən şərtlər qoya bilərsiniz.
Sizdən hostinq alan hər bir istifadəçilərə bu şərtlər bildirilməli, və hostinq sifariş edən
şəxslər də bu şərtləri qəbul etməlidir.
Siz komputerinizin yaddaşını müəyyən qiymətlərlə, hostinq istifadəçilərinə təklif
edə bilərsiniz. Hostinq istifadəçilərinə narahatlıq yaratmamaq üçün, internet provayder seçimində düzgün
seçim etməlisiniz. Serverinizdə hostinq istifadəçilərinin sayı artdıqca serverinizin parametrlərini
yüksəltməli və yeni serverlərinizin sayını artırmalısınız. Ümumi serverlərinizin sayı 2 və 2-dən yuxarı ola bilər.
Bu rəqəm hostinq istifadəçilərinin sayı artdıqca yüksələ də bilər. Bu serverləri təkcə bir layihə üçün də istifadə etmək üçündür.
Əgər ki, yüksək reytinqli bir layihəniz varsa, serverinizi vəya serverlərinizi bu layihəniz üçün
istifadə edə bilərsiniz. Misal üçün, internet nəhənglərindən biri olan “facebook”-un 2012-ci il statistikasına görə 180.000 serveri var idi.
Bu rəqəmin hələ də sabit qalması mümkün deyil. Hər il, serverlərin sayı artırılır.

Müəllif: Abdunnur Rüstəmov

Beyenmeler
13   0  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Bir cavab yazın