LEV TOLSTOYDAN SEÇMƏLƏR

Lev Tolstoydan seçmələrHeç kim, hirsini udmaqdan daha gözəl bir içki içməmişdir.

Qısqanclıq, insanı alçaldan və kiçildən bir duyğudur.

İnsan, öz dəyərini, ancaq çalışaraq qoruya bilər.

Bütün həyatın boyunca bir məqsədin olsun. Müəyyən bir zaman üçün, gün üçün, ay üçün, il üçün, hətta dəqiqə üçün belə məqsədin olsun.

Düşünməyi öyrənə bilmiş insan, bir şeyə kor-koranə inanmaz.

Zarafat etmək, böyük bir özəllikdir. İnsanları, gözəl bir gülümsətmə qədər heç bir şey bir-birinə yaxınlaşdırmaz.

İki güclü savaşçı vardır. Bunlar, səbr və zamandır.

Bir iş üçün ən yaxşı vaxt hansıdır?
Ən önəmli zaman indidir. Bu an, bir şey edə biləcəyimiz, təsir edə biləcəyimiz yeganə zamandır.
Ən önəmli insanlar kimlərdir?
Ən önəmli insan, o an birlikdə olduğun insandır.
Hər zaman ediləcək ən yaxşı şey nədir?
Ediləcək ən önəmli şey, birlikdə olduğun o insana yaxşılıq etməkdir.

Nə istədiyimi özüm də bilmirdim; həyatdan qorxurdum, qaçıb uzaqlaşmaq istəyirdim amma yenə də həyatdan bir şeylər gözləyirdim.

Dincəlmək, təbiət, kitablar, musiqi… Bunlardır, xoşbəxtlikdən anladığım…

Bir üzün gözəlliyi, təbəssümdə yatır , deyə, düşünürəm: əgər , gülümsəmə üzü daha da cazibəli edirsə, o, gözəl bir üzdür. Əgər , təbəssümə rəğmən üz eyni qalıb dəyişmirsə, adi bir üzdür. Əgər, təbəssüm gözəlliyi pozursa, o üz çirkindir.

Zehin, sadəcə, yaxşı qəlbli insanlarda aydınlana bilər. Bir insan, sadəcə, aydınlanmış bir zehinə sahib olduğu zaman yaxşı qəlbli ola bilər. Bunların biri, digərinə kömək edər.

Gələcəyi barəsində əndişə edərək izlədim öz həyatımı.
Xoşbəxtlik və uğur gözlədim, hər zaman.
İkisini də tapdığım zamanlar oldu, ikisini də itirdiyim zamanlar.
Həyatın mənə lağ etdiyi və mənim həyata lağ etdiyim zamanlar oldu.
Xəyal qurmaqdan belə qorxduğum günlər gördüm.
Bəzən, xəyallarımı belə aşan günlər.
Keçmişi unutmağı öyrəndim, gələcək barəsində əndişə etməməyi.

Ən uca xoşbəxtlik, üç şeylə əldə edilir: çalışmaq, fədakarlıq və sevgi.

Pis insanlar bir-birilərinə necə bağlıdırlarsa və necə bir güc yaradırlarsa, namuslu insanların da eyni şeyi etmələri lazımdır. Bu qədər bəsit.

İnsanların, o qədər arxasınca qaçdıqları, dörd əllə sarıldıqları zənginliyin, iqtidarın; hətta həyatın belə bir dəyəri varsa, o da bütün bu şeylərin atılmasındakı zövqdür.

Çətin zamanlar keçirirsinizsə, sevdiklərinizi itirməkdən dolayı acı çəkir və ya gələcəkdən qorxursunuzsa, həyatın sadəcə indiki zamandan mövcud olduğunu ağlınızdan çıxarmayın, bütün düşüncə və xatirələrinizi indiki zamana yönəldin. Belə etdiyiniz təqdirdə, keçmişə aid bütün acılarınız, gələcəyə dair bütün əndişələriniz yox olar, gedər, xoşbəxtliyi və azadlığı hiss edərsiniz.

Uzaq və imkansız görünən bir şey, bir anda yaxın və mümkün ola bilər…

Evliliyə müqəddəslik verən, sevgidir…

Ən yaxşı şeylər hər zaman gözləmədən gələr. Bir şeyin yaxşı olması üçün nə qədər çalışılsa, o qədər pis olar.

Bir üzün gözəlliyi təbəssümdə yatar.

Cahil ilə mübahisə edərkən ona verdiyin hər kəlmə, ocağa atdığın odun kimidir.

Gözəl bir gülüş, qaranlıq bir evə girən günəş işığına bənzəyər.

Hazırladı: Fidan Aslanova 

 

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın