MƏNƏ DİNDƏN BƏHS ET!

Bir ağsaqqal ölmədən həmən öncə xalqını geniş bir meydanda toplayır. Gerçəkləri son dəfə hamının hüzurunda dilə gətirir. Xalqla  öz arasında nəfis bir dialoq qurulur.
Xalqdan biri önə çıxaraq “bizə sevgidən söz et” deyir, Ağsaqqal anlatır, anlatır, anlatır…

Bir digəri “bizə eşqdən, evlilikdən söz et” deyir, Ağsaqqal anlatır, anlatır, anlatır…

Bunu “alış-veriş haqqında nə deyərsən?” deyən biri davam edər,Ağsaqqal anlatır, anlatır, anlatır…

“Uçaqlardan bəhs et” deyərlər, Ağsaqqal anlatır, anlatır, anlatır…

“Təlim-tərbiyədən bəhs et” deyərlər, Ağsaqqal anlatır, anlatır, anlatır…

“Əkinçilikdən bəhs et” deyərlər, Ağsaqqal anlatır, anlatır, anlatır…

“Alın tərindən, əməkdən ve ədalətdən” bəhs et deyərlər, Ağsaqqal anlatır, anlatır, anlatır…
Və daha günlük həyatın müxtəlif məsələlərindən söz etməsi istənir. Ağsaqqal hamısı haqqında hikmətli sözlər söylər, anlatır, anlatır, anlatır…
Söhbətin sonuna doğru birisi “Bizə DİNDƏN bəhs et” deyincə Ağsaqqal belə cavab verir:
“Bəhs etdim dəə oğul, dinləmədin mi?”

Və davam edər: “Siz zamanınızı, bunlar Allahın saatlarıdır, bunlar bizim saatlarımızdır deyə ayıra bilirmisiniz? Din, yaşadığımız həyat və bütün davranışlarımızdır. Hər an Allah hüzurunda olduğunun bilincində olmaqdan,doğrunu gözləyərək təmiz bir həyat yaşamaqdan daha gözəl bir din olur mu?”

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +25 (from 27 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın