MƏNƏ ÖYRƏT, MƏNİ QORXUTMA!

   Hərənin öz  həyatından örnək aldığı   həyat təcrübəsi var. Hər birimiz danışarkən öz həyatımızın təcrübəsinə əsaslanırıq. Mütləq bir yaşam yoxdur, birimiz üçün doğru olan digərimiz üçün yanlış, yaxud əksi ola bilər. Çünki,  insanlar gördüklərini fərqli qavrayır.  Mənim xoşbəxt sandığım yaşam sənin həyatına uyğun olmaya bilər. Buna görə də anlatmağa, anlamağa çalışmalıyıq, qorxutmağa deyil. letter-mother-daughter-old-young-black-white-spring-in-the-air İnsan qorxduğu şeylərdən qaçar, anlamadığından , məcbur edildiyi şeylərdən uzaq durar. Allahdan qorxutduz, ondan hiss etmədən  uzaqlaşdılar, sadəcə ad qaldı. Halbuki, ona çatmaq, onu tapmaq lazım idi. Onu sevmək lazım idi. Həyatdan qorxutduz, cəsarət etmədilər həyata atılmağa, quru-quru yaşam sürdülər. Gənclərdə yaşama marağı öldürdüz, qolsuz-qanadsız qaldılar. “Bizim dövrümüzdə belə idi” deyib dövrünüzü təriflədiniz, gənclər gələcəyi naxoş görüb yürüməkdən qorxdular, keçmişi bir yük kimi gələcəyin belinə yüklədiz, gələcək yön ala bilmədi. Günahlarla, səhvlərlə qorxutduz, sanki heç səhv etməmisiniz kimi. Danışdıqlarınızı əməl olaraq nümunə göstərə bilmədiz, kəsəri olmadı. Gəncliyimizdən hürkütdüz bizi, sanki özünüz doya-doya yaşamışdız bu dövrü. “Doğru budur, bunu etməlisən” söyləmə, bu sənsən qoy mən MƏN olum.  İçimdəki məni gömmə. Məni qorxutma, mənə anlat, məni öyrət. Həyatı anlat mənə, nə əldə etdin yaşamdan onu anlat mənə. Mənə həyatı sevdir, mənə anlamları sevdir. Budur yön vermək. Qorxuları sarmayın ürəyimizə. Həmişə qorxduğumuzdan qaçdıq. Bizi həyatı sevə-sevə yaşamaqdan qaçırmayın!  Təcrübənizi paylaşın, bölüşün bizimlə. Mütləq doğru kimi qəbul etdirməyə çalışmayın.

                                                                                                                              Müəllif: Naz Ramizqızı

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +25 (from 25 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın