“MƏN”-dən “BİZ”-ə. ÜNSİYYƏT

MƏN – ÜNSİYYƏT – HİKMƏT – BİZ

Vahidlik, vəhdət – müxtəlifliklərin ünsiyyətindən, ünisyyət mədəniyyətindən formalaşır. Ünsiyyətin üzərində dayanmaq çox vacibdir, məncə də. Ünsiyyət ülfətdir, bağdır, əlaqədir. Hər bir şeyin arasında:

Allah insan
İnsan insan
İnsan təbiət

ünsiyyət-ülfət
“Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.

İnsan bu ünsiyyətlə BİZ olur. Allahla Biz, insanlarla BİZ, təbiətlə BİZ. Amma bu biz var olan hazır bir şey deyil məncə, bu ünsiyyətdən doğan halın adıdır. Bu sadəcə toplum deyil, bu şüurun köklənməsidir, bir prosesdir. Kökündə var olan MƏN durur. Bunu nəzərə almassaq nə ünsiyyəti, nə hikməti, nə də BİZ anlayışını qavraya bilmərik məncə.
Var olan MƏN-dir. “Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.
O üzdən fərdlərin şüurlanmasında, ünsiyyyətli şəkildə formalaşmasında böyük fayda görürəm.

Toplumun fərdi dəyişmədikcə, Biz o toplumu dəyişmərik. 13/11

Fikir verirsizsə, ön plana çəkilən toplum-camaatdır. Amma rasional olaraq bu toplum belə, fərdlərdən təşkil olunmuşdur. Demək, ən azı riyazi olaraq bir fərdin dəyişməsi, onun təşkil etdiyi toplumun dəyişməsinə bərabərdir. Fərqli bir baxış:
Dəyişən fərd topluma başqa gözlə baxmağa başlayır. İnsanlığa xas olan sevgi, mərhəmət və müjdə gözü ilə. Və bu halda da, onun gözündə toplum dəyişir. Hamının sui-zənn etdiyi bir cəmiyyətə o hüsnü-zənnlə baxır…

Bunun üçün nə etməliyik?
Məncə ilk öncə durumumuzu tədqiq etməliyik. Şübhələnməli, sorğulamalı və araşdırmalıyıq:
Kimik biz, kimin safında yer alırıq?
Baxın, artıq suallar verməyə başladıq. Məncə bu suallar bir atəş yaradar, içimizdə. Buna dərd də deyə bilərik. Dərd düşüncəyə götürər. Orda alacağınız var. Oxumaq, ifadə etmək, təmizlənmək, bəyan etmək, nurlanmaq və nurlandırmaq…

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın