MƏN KİMƏM?

Bizi əmələ gətirən ünsürlər nələrdir? Maddi ünsürləri onsuz da bilirsiniz; cəsədiniz -yaşınız, kilonuz, cinsiyyətiniz kimi şəxsinizə aid məlumatlar. Maddi ünsürləri təyin etmədə bir çətinlik olduğunu düşünmürəm. Əsas çətinlik mənəvi olaraq, “mən kiməm?” sualına cavab tapmaq. Cavablandırmağa çalışaq:

mən kiməm?Mən- zamanım. 
Doğumdan ölümədək yaşanan hər bir dəqiqə mənəm. Doğulmamışlar və ölmüşlər “mən kiməm?” sualına cavab aramır.Yaşadığın zamanda nə edirsənsə o sənsən. Bu baxımdan “Zamanımı necə xərcləyirəm?” sualı ilə “Mən kiməm?” sualı arasında bənzərlik var.
Həyatındakı müəyyən bir zaman aralığının, saatın, günün, ay və ya ilin keçmişini əhəmiyyətsiz hesab edirsənsə, bil ki şəxsiyyətinə böyük bir hücum edirsən. Yaşadığı zamana əhəmiyyət verməyən, özünü əhəmiyyətsiz hesab edir deməkdir. Bu mövzuda hədəfimiz, hər bir dəqiqənə əhəmiyyət vermək və planlamaqdır.

Mən- Əlaqələrim.
Ən çox əlaqə yaratdığın, danışdığın, paylaşdığın kəslər qısaca yaxın ətrafın “Mən kiməm?” sualına veriləcək ikinci əhəmiyyətli cavabdır. Sən ailənsən, yoldaşlarınsan, iş ətrafınsan. Bu insanlarla qurduğun ünsiyyət keyfiyyəti, sənə qarşı rəftarları, sənin yanaşmanın, sənin şəxsiyyətini meydana gətirən ana ünsürlərdir. Bu nöqtədə seçdiklərin, səni təyin edər. “Dostunu göstər deyim sən kimsən” – atalar sözündəki kimi…

Mən- İşim.
Seçdiyiniz iş və onun ünsürləri sizi təyin edən faktorların üçüncüsüdür. İşimiz niyə bizi təyin edir? Zamanımızın çoxunu işimizdə xərcləyirik. Ehtiraslarımız, hədəflərimiz, ideallarımız onunla təyin olunur. İş dünyasında əldə etdiyimiz tutum və davranışlar ümumi xarakterimiz olur. Səhv iş, səhv insan yaradar. İş, işi görən adamı özünə bənzətməzsə bədbəxt edər.

Mən- Düşüncəm, Mən- Davranışım.
Fransız filosof Dekartın Latınca yazımıyla “Cogito ergo sum” – Düşünürəmsə deməli varam. Yəni “Mən” ilə “Düşüncə” eyni tutulmuşdur. Təəssüf ki, bu yanaşma xalqa enməmişdir. Çünki düşüncə (həyat fəlsəfəsi) tətbiq sahəsni tapa bilmədiyi zaman bir heçdir və Məni təsvir etməkdən uzaqlaşar. Tarixdə çox az insan əvvəl düşünüb sonra yaşamışdır.. Düşünüb daha sonra icra edən bir cəmiyyət, fikrimcə, uğur əldə edə bilər.

“Dünyanı dəyişmək istəyirsənsə birinci özündən başla.” Öz həyatımızı da bu baxımdan araşdırsaq, dəyişmək üçün əvvəl davranışlarımızı dəyişdirməliyik. Deməli mən davranışlarımam.

Müəllif: Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +30 (from 30 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Vüsaləddin Rüstəmov üçün bir cavab yazın Cavabı ləğv et