MƏQSƏDƏ ÇATMAQ SİZİN ƏLİNİZDƏDİR

məqsədə çatmaq
Öz həyatının memarı sənsən.

İnsan yarandığı gündən mübarizə aparır. Yaşamaq üçün, qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bu mübarizə labüddür. Bu mübarizə çətinliklər olmadan, əngəllərlə qarşılaşmadan mümkün deyil. Bəzən çətinliklər insan gözündə dağ böyüklükdə olar, yorar, mübarizəni dayandırmağa cağırar.
Bu mübarizələrdən biri, deyərdim ki, ən böyüyü insanın özü ilə olan mübarizəsidir. Məqsədə gedən yolda insan bir-birinə zidd duyğular yaşayar. Bu duyğulardan biri onu mübarizəyə səsləyərkən, digəri bacarmayacağını söyləyər. Bu zaman özüylə mübarizədən qorxan insan ətrafa üz tutar.İnsanın məqsədə çatmasında ətraf mühitin rolu danılmazdır. Lakin bu həmişə müsbət yöndə olmur.
Çox zaman insan üçün çox önəmi olan, demək olar həyat eşqinə çevrilən məqsədlər ətrafdakı insanlar tərəfindən qəbul olunmaz. Hətta onun ideal hesab etdikləri, başqaları tərəfindən təhqir olunar.


“Bir gün hinin fərasətli toyuqları dağa çıxırlar. Böyük bir yuva və yuvada böyük yumurtalar görürlər. Heç vaxt belə böyük yumurta görmədikləri üçün bu onları çox maraqlandırır. Bu maraqlı hadisəylə hindəki toyuqları da tanış etmək lazım idi. Çox çətinliklə yumurtalardan birini hinə gətirirlər. Qərara gəlirlər ki, bu yumurtanı da digər yumurtalarla bərabər ana olacaq toyuğun altina qoysunlar.
Vaxt keçir, nəhayət yumurtalardan cücə çıxmağa başlayır. Digər cücələrdən seçilən, qara və bir az böyük cücə hər kəsin sevimlisi olur. Ana toyuq bu iri “toyuq” balasına toyuqluğun bütün sirlərini öyrətməyə başlayır. Tez bir zamanda qartal balası toyuq kimi eşələnir, qurd tapib yeyir, səhər lap tezdən oyanır, hava bir az qaralan kimi yatır və s. Bir gün yenə bala qartal həyətdə eşələnirdi. Göydə süzən qartalları görüb anasının yanına qaçır:
-Ana o uçan quşlar hansı quşlardir?
-Onlar qartallardir.
-Nə gözəl uçurlar, mən də elə uça bilərəmmi?
-Yox, oğul. Onlar qartaldır, sən isə toyuq. Toyuqlar heç vaxt elə uça bilməzlər.
Qartal balası məyus halda eşələnməyə davam edir. Nə vaxt göydə qartal görsə, yanındakı toyuqlara içindəki uçmaq arzusundan danışır. Hər dəfə də eyni cavabla qarşılaşır:
-Boş-boş danışma, sən heç vaxt elə uça bilməzsən. Çünki sən bir toyuqsan, onlar isə qartal.Y axşı yadda saxla ki, toyuqlar heç vaxt qartallar kimi uça bilməzlər.
Həmişə göydəki qartallara həsədlə baxan qartal balası ətrafdakıların təsiri ilə bir müddət sonra inanır ki, o heç vaxt uça bilməz. Beləcə, varlığında qartal mahiyyəti gizli olduğu halda, toyuq kimi yaşayır və ömrünü toyuq kimi başa vurur.”

Getməklə açtmazlar, ama çatanlar gedənlərdir.
Getməklə çatmazlar, ama çatanlar gedənlərdir.

Bu hekayə ətraf mühitin təsirinin qabiliyyətin koralmasına necə təsir etdiyinə bir nümunədir. Yaradan bizə saysız-hesabsız qabiliyyətlər vermişdir. Bəzən bunu hiss edirik. Lakin içimizdəki cücərən fidanlar qar-borana məruz qalır. Çox zaman bizə ciddi yanaşmırlar, həvəsimizi öldürürlər. Tənqidlər özümüzə inamı azaldır. Əlbəttə ki , toyuqlar qartalı anlamazlar. Çünki onlar göylərdə süzməyin həzzindən xəbərsizdirlər.
Ətrafdakıların da fikrlərinə hörmət edəcəksiniz, lakin sizə məsləhət verənlərin də kim olduğuna diqqət edin. Özü heç bir məqsədə can atmayan bir insan sizə nə məsləhət verə bilər? 
Əgər getdiyiniz yolda heç bir çətinlik və maneə yoxdursa, o yol sizi heç bir yerə çatdirmaz (Bernard Şou) Yetər ki, maneələr qarşısında özünüzü kiçik görməyin. Səhv edəcəyiniz sizi qorxutmasın.  Özünüzü kəşf edin. Kəşf etdikcə nələrə sahib olduğunuzu anlayacaqsınız. Daxilinizdəki böyük potensialı gördükcə özünüzə inamınız artacaq, bacaracağınıza inanacaqsınız. Bunun üçün addım atın. Kiçik addımlardan başlayın. Amma dayanmayın. Mübarizə hərəkətsiz mümkün deyil.

Müəllif: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +69 (from 77 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın