ÜNSİYYƏT MƏSAFƏLƏRİ

intim sahəHəyatla tanışlığa başladığımız gündən münasibətlərimiz başlanır. Anamızla başlanan bu münasibətlər günbəgün genişlənir.

Böyüdükcə insanın həyatına bir-birinin ardınca insanlar daxil olmağa başlayır. Biz bütün insanları həyatımızda eyni yerə qoya bilmərik. Məsafələr o zamandan yaranmağa başlayır.

Hər bir insanın  fərdi əraziləri, psixoloji müdafiə sərhədləri var. Əgər insan öz ərazilərinə başqalarının icazəsiz daxil olmasına imkan verərsə, sərhədləri pozular, ərazisi işğal olunar. Sonra işğal olunmuş ərazini geri qaytarmaq ya çətin olar, ya da heç vaxt mümkün olmaz.  Bu sərhrdlər şərti olsa belə, diqqət verməyin vacib olduğunu düşünürəm. İnsan münasibətlər qurarkən aradakı məsafənin böyük rolu var. Məsafə azaldıqca, yaxınlıq arzulamayanlar bir narahatlıq duyar, müdafiə olunmağa çalışar. Buna görə belə bir yaxınlıq cəhdindən öncə bu cəhdin qarşı tərəfə necə təsir edəcəyini, onun bu yaxınlaşmanı necə qarşılayacağını nəzərə almaq lazımdır. Əks təqdirdə özünüzün də narazı qalacağınız, arzuolunmaz nəticələr yaşayacaqsınız.

İnsanın psixoloji müdafiə sərhədi 0-35 sm-lik məsafədir. Bu məsafə intim məsafə adlanır. Bu sərhədi ancaq insanın həyat yoldaşı, sevgilisi, ailə üzvləri kimi məhrəm əlaqəsi olan insanlar keçə bilər.
Fərdi sahə 35-80 sm-lik məsafədir. Bura yaxın dostlar, qohumlar və tanış insanların girməsinə icazə verdiyimiz ən yaxın ərazidir.

İctimai sahə 80-200 sm-lik məsafədir. İş yerində görüşdüyümüz insanlar, qapıçı, təmirçi və s. kimi insanların yaxınlaşa biləcəyi sahədir.

2 metrdən uzaq ərazilər ümumi sahədir. Bu sahədə istənilən insanlar dolaşa bilər.
Bu şərti məsafələri qorumadıqda yad insanların intim sahəmizə girməsi qaçınılmazdır. Və çox zaman bu durumdaykən “qurban” modelində çıxış etməyə başlayarıq. “Məni incitdilər, haqqımı tapdaladılar” deyərik. Qurbanın hər zaman onu incidəcək bir zalımı mütləq vardır.

intim sahəMəsafələr həyatımızda o qədər mühüm rol oynayır ki, kiminsə lazım olandan artıq yaxınlaşması, yaxud istəmədiyimiz qədər uzaqlaşması bizim üçün ciddi dəyişikliklər yarada bilir. Məsafələri qorumadıqda çox zaman hörmətsizlik də görə bilirik.  Bir idarə rəhbəri işçilərlə qeyri-iş vaxtı yersiz zarafatlar edir, iş prosesində tam ciddiyət gözləyirsə, istədiyini ala bilməyəcək.

Günümüzdə sosial şəbəkələrdə dostlaşan, tanımadığı insanlarla məsafəni itirən hər kəs, zamanla peşmançılıq yaşayır. Zərərin aradan qaldırılması isə incikliklər, ciddi mübahisələr, hətta münaqişələr bahasına başa gəlir. Gərəksiz peşmanlıqlar yaşamamaq uçün məsafələri qorumaq, sərhədlərimizə hakim olmaqdan gözəl şey yoxdur.

Müəllif: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın