MƏSULİYYƏT SAHİBİ UŞAQ YETİŞDİRƏ BİLMƏK

Bu gün hər bir ata-ana məsuliyyətli, özünə güvənən,Məsuliyyət sahibi uşaq yetişdirə bilmək öz ayaqları üzərində dura bilən, özünü azad bir şəkildə ifadə edə bilən fərdlər yetişdirmək istəyər. Məsuliyyətli uşaq kimdir? 

Məsuliyyətli uşaq deyildiyi zaman, öz qərarlarını verə bilən, qərar qəbul edərkən əllərindəki qaynaqlardan istifadə edə bilən, dəyər mühakimələrini incələyə bilən, müstəqil davranan, başqalarının haqlarını tapdamadan öz ehtiyaclarını qarşılaya bilən uşaqlar ağlımıza gəlir.

Uşaq bir şeyi bacarmaq və ya çatmaq istədiyi şeyə çatmaq səyində ikən dəstək görsə, üzərinə məsuliyyət götürmək nöqtəsində uğurlu olar. 

Uşaqlarımızı yetişdirərkən: ” O hələ uşaqdır, edə bilməz.. o hələ uşaqdır, bilməz..” anlayışının əvəzinə hər bir ata-ana, uşağın yaşına uyğun məsuliyyətlər verməlidir və bu məsuliyyətləri yerinə yetirərkən uşağın uğurlu olması üçün gərəkli zaman və şəraiti hazırlamalıdır.

Uşağa qarşı, vicdan sarıdan bizi rahat hiss etdirəcək davranışlar edərək, onun hər istəyini yerinə yetirərək yaxşı bir valideyn olmaq yolunda irəliləyə bilmərik.

Birdən üşüyər, xəstə olar.. birdən yorular.. birdən küçədə oynayar, pis şeylər öyrənər və s. deyərək onu bir şüşə kürənin içində böyütməyə çalışmaq əvəzinə, gerçək dünyadan uzaqlaşdırmadan, qaçmağına, oynmağınMəsuliyyət sahibi uşaq yetişdirə bilməka, tərləməyinə, kirlənməyinə icazə verməliyik. Bir çox ailədə uşağın nə yeyəcəyinə, nə geyinəcəyinə, harda necə danışacağına ata-ana qərar verir. Bununla da bitmir. Gələcəkdə evlənəcəyi insana da çox vaxt valideynlər qərar verir. Belə olan halda, bu uşaqların özünə güvənən, məsuliyyət sahibi fərdlər olmasını nə dərəcədə gözləmək olar?

Uşağa sual verdikləri zaman, suallara uşağın adından cavab verməyi tərgidək. Qonaqlıqda bu vəziyyətlə çox vaxt qarşılaşırıq. Uşaqdan istəyini soruşanda, “heç nə istəmir, xalası.” ..uşağa hədiyyə verildiyi zaman, anası dərhal araya girir: “Əmiyə “sağ ol” de..” Uşağın içindən gəldiyi kimi davranması hər zaman əngəllənir. Ona, etməli olduğu şeylər öyrədilərkən, qaydalardan ibarət olan bir dünyada böyütmək, gerçək dünyanı tanımağını əngəlləməkdən o tərəfə keçməz.

Uşağımızın sağlam bir şəxsiyyət quruluşuna uyğun bir tərzdə inkişaf etməsini istəyiriksə, ona kiçik yaşlarından etibarən özünə güvən duyğusunu inkişaf etdirəcək, yaşına uyğun məsuliyyətlər verək.  Bu məsuliyyətlər onu cəzalandırmaq üçün bir səbəb yox, öz qabiliyətinin fərqinə varma formasında olmalıdır. Bu cür məsuliyyətlər, uşağın özünə hörmətini artıracaqdır. Uşağı, sosial həyatın real dünyasına öz başına qərar verə bilən, hörmətini  qoruyacaq bir xarakterdə hazırlaya bilsək, uğurlu bir addım atmış olarıq. Bu nöqtədə uşaq özünə verilən vəzifələri etməsinin özünə hörmətlə paralellik ərz etdiyini gördükcə bu nöqtədə daha da əzmli olacaqdır. Çünki “bir insanın işini mənimsəməsi və vəzifələrinə diqqət göstərməsi onun özünə qarşı olan məsuliyyətinin təbii bir parçasıdır.  ” Bu məntiqi yaxalayan bir fərd, vəzifələrində uğurlu olaraq özünə  söz gətirməyəcəkdir. Şəxsiyyətini də qoruyacaqdır.

İnsanın özünə qarşı məsuliyətinin başqa bir ölçüsü isə mövcud olduğu toplumda, özünü “Mən” olaraq qəbul etdirMəsuliyyət sahibi uşaq yetişdirə bilməkməkdir. “Bu nazirin oğlu, bu millətvəkilinin qızı, bu həkimin uşağı” və ya “Mən filan holdinqin sahibinin uşağıyam” , “Mən filan media müdirinin uşağıyam” deyə tanıtmaq özümüzə olan hörmətimizin itməsi anlamına gələr. Buna görə də uşaqlarımıza kiçikliklərindən etibarən “Özləri” olmaqları, öz xüsusiyyətləri, bacarıqları, qabiliyyətləri, zehni və ruhi yetkinlikləri, öz uğur və uğursuzluqları ilə var olmağı öyrətmək gərəklidir. Varlığını və ya qəbullanmağını başqasının titullarının kölgəsində axtaran uşağın şəxsiyyəti inkişaf edə bilməz. Həyatı boyunca birilərinin qoruyuculuğuna möhtac biri olaraq yaşayar. Hərçənd, bu cür insanlar özləri kimi pataloji şəxslər tərəfindən əl üstündə tutularaq alqışlana  bilərlər. Lakin bu, onların sağlam və inkişaf etmiş şəxsiyyət quruluşu qazanmış fərdlər olduğu anlamına gəlməz.

Uşaqlarımızın özlərinə qarşı məsuliyyətlərinin digər bir yönü isə haqsızlığa uğradıqları zaman haqlarını axtarmağı bilmələridir. Bu nöqtədə, məsul olmadıqları bir işlə məsul tutulduqları zaman buna qarşı düzgün reaksiya inkişaf etdirmə şüuruna sahib olamaqları gərəkdir. Və ya özlərinə verilməli olan haqlarına əl qoyulduğu zaman bu haqlarını istəyə bilməlidirlər. Lakin bunu edə bilmələri, kiçiklikdən etibarən məsuliyyət şüuru ilə yetişdirilmələri və özlərinə,  seçmək fürsətinin verilməsi ilə mümkündür. Bu mövzuda Engin Geçtan da ” inanlara lazım olanda “yox!” deyə bilmək və bundan ötrü günahlandırılmamaq qədər ,onlardan bir şey istəyə bilmək və gözləntilərimizi hiss etdirə bilmək də özümüzə qarşı məsuliyyətimizin bir parçasıdır.” deyir.. Lakin uşaqlarına bu məsuliyyət şüurunu verə biləcək “önəmli yetkinlərin” ilk öncə özlərinin məsuliyyətlərinin fərqində və şüurunda olmalıdırlar. Bu ata-analar, uşaqlarının haqlı tələbləri qarşısında danlanma,  təhdid, lağ kimi mənfi reaksyalar verməməlidirlər. Məsuliyyət sahibi uşaq yetişdirə bilmək
Məsuliyyət deyildiyi zaman, sanki ata-ana tərəfindən verilən vəzifələri olduğu kimi yerinə yetirən uşaq məsuliyyətlidir qavramı anlaşılmamalıdır. Məsuliyyət sahibi olan uşaq, problemlərə özündən həllər tapar, qərar verər və bu qərarların nəticəsinə qatlanacağının fərqindədir. Uşaqların inkişafı üçün ailə içərisində qərarlara qatılmasına və bu qərarların nəticələri ilə əlaqədar olaraq risk etməsinə icazə verilməlidir. 
Erik Fromm-un da dediyi kimi “diqqət göstərmək və baxım, sevginin başqa bir tərəfini ortaya qoyar. Bu da məsuliyyətdir. Günümüzdə məsuliyyət və vəzifə adətən xaricdən yüklənmiş bir şey anlamına gəlir. Halbuki gerçək anlamda məsuliyyət, bütünüylə könüllü edilən bir davranışdır; digərinin açıqca görünən və ya üstü örtülü ehtiyacına verilən cavabdır. Məsuliyyətli olmaq, cavab verə bilmək və cavab verməyə hazır olmaq deməkdir. 
Uşaqların, bir yandan yaşadığımız dövrün çətinliklərinin fərdi olaraq öhdəsindən gələ bilmələri , digər tərəfdən də toplumun varlığında itəlMəsuliyyət sahibi uşaq yetişdirə bilməkəyici güc olmaqları istənilirsə, verilən təhsilin, onlardakı yaradıcılıq, özgüvən, təşəbbüs etmə, azad düşünmə, öz təcrübə və problem həll etmə potensiallarının inkişaf etdirməsi təmin edilməlidir..

Uşaqlarınız sizin uşaqlarınız deyil,
Həyatın özünə duyduğu həsrətin oğulları və qızlarıdır, onlar.
Sizin sayənizdə gəldilər bura,
Sizdən yox.
Və yanınızda olsa da, onlar sizə aid ola bilməzlər. 
Sevginizi verə bilərsiniz onlara, 
Düşüncələrinizi yox,
Çünki onların düşüncələri var
Qonaq etdiyimiz bədənləridir, ruhları yox,
Çünki ruhları gələcəyin evində yaşayar
Və siz xəyallarınızda belə gedə bilməzsiniz ora
Onlara bənzəməyə çalışa bilərsiniz, 
Amma çalımayın əsla onları özünüz kimi etməyə
Çünki nə geri gedər həyat, nə də
İlişib qalar keçib gedən gündə.

Hazırladı: Fidan Aslanova
Mənbə: www.aymavisi.org

 

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın