MƏTNLƏR VƏ AYƏLƏR

10259716_10203587254263191_8903475392567357964_n

Yaradan deyiriksə, onu yaradılmışlardan anlayacağıq. Bir sənətkarı onun sənəti ilə tanıya bilərik. Kainata, ətraf aləmə baxdıqca bir Yaradan haqqında təsəvvür oyanır. Tarixin bütün zamanlarında insanlar kainatı oxuduqca onun yaradanı haqqında təsəvvürlər formalaşdırmış, özləri təkamül etdikcə Tanrı təsəvvürləri də kamilləşməyə doğru meyl etmişdir. Hər bir qövm, hər bir toplum bununla öz Tanrı təsəvvürlərini formalaşdırmış, özlərindən sonra böyük sivilizasiya və mədəniyyat, zəngin ədəbiyyat buraxmışdır.

Amma Yaradan bunların heç biri deyil. Bəli, Yaradan tarixdən də anlaşıla bilər, ama o tarix deyil. Yaradan daim inkişaf və dəyişimdə, dəyişdirməkdədir. Yaradan həmişə toplumların, kitabların anlatdıqlarından başqa olmuşdur, olacaq da. Əgər onu tarix və kitabda saxlasaq, ki istər Quran olsun, o zaman o Bütdür. Əslində isə o daim dinamikdir, yaradaraq dəyişər və dəyişdirər.

Biz mətnlərdən deyil, həyatdan anlayırıq Yaradanı. Ayə mətnlər deyil, o mətnlərdən ortaya çıxan və çıxacaq fenomenlərdir. Bu mətnlər gözəl və çirkin, xoş və naxoş, yumşaq və sərt, yaşam və ölüm-itim şəkillərində ola bilər. Çünki həyatdır, həyatdan bəhs edər. Bir aslanın ceyran balasını parçalaması da dəhşətlidir, amma təbiətin bir parçasıdır. Biz ordan mesaj və dərslər alırıq, orda da Yaradan var. Təbiət ən böyük ayədir, ayələrlə doludur.

Göylərdə və yerdə neçə-neçə ayələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər. (Quran)

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın