MASKA ARXASINDAKI HƏQİQƏT

qədərin səsiTotalitar mühafizəkar bir rejimin hökm sürdüyü ölkədə xalq standartlaşdırılmış, azadlıqları əllərindən alınmış və hökumət tərəfindən təyin olunduğu şəkildə yaşayacaq vəziyyətə gətirilmişdir. Hökumət “Göz”, “Qulaq” və “Burun”dan ibarət orqanların rəhbərliyini təmin edən “Baş”dır. Tək media orqanı vardır, o da “Ağız”da yer alan “Qədərin Səsi”dir. Qədər-i ancaq köhnə toplama düşərgəsinin komandiri Prothero səsləndirir, xalq bu səsə elə alışmışdır ki, onu kompüterlərlə mükəmməl bir şəkildə işlədilən sistemin parçası zənn edər. Ta ki O gələnə qədər … Özünü “V” deyə adlandıran qəhrəman. O, anarxist hərəkətlərinə Guy Fawkesə mesaj edərək başlayır və parlament binasını havaya uçurdur.

V, o dövrdə tətbiq olunan irqçi siyasətlər və totalitar rejimin təhdid olaraq gördüyü marjinal seqmentdən olması səbəbiylə zənci, homoseksual, Yəhudi və sosyalistlərlə birlikdə Larkhill toplama düşərgəsinə götürülmüş bir məhkumdur və üzərində tibbi təcrübələr edilmişdir. Onun kimilərinin sonu qorxunc bir ölüm olarkən V üçün vəziyyət fərqli olmuş, şəxsiyyəti cazibədar hala gəlmiş, baxışları dəyişmiş, yeni bir anti-qəhrəman doğulmuşdur. V-nin qırdığı ilk zəncir gül yetişdirdiyi vəsaitlərlə partlayıcı düzəldib həbsxanadan qaçması olmuşdur.
V özünü başdan yaratdığında ortaya son dərəcə intellektual, düşüncələrinin arxasında fəlsəfi ayırmaları olan, qisasçı və romantik bir adam çıxmışdır. Kölgə salonu adını verdiyi evində cədvəllər, divarlara həkk olunan mənalı sözlər, kitablar, vallar və bir də musiqi qutusu vardır.

– Bu İnanılmaz! Bütün bu şəkillər və kitablar … Belə şeylərin var olduğundan belə xəbərim yox idi.
– Olmasını da gözləmə. Mədəniyyəti ortadan qaldırdılar … Bir ovuc ölmüş gül kimi qırıb atdılar …

VforVendetta-evey xilasBir gecə, V, polis dövlətinin qoruyucusu barmaq adamlarının şiddət və təcavüzündən on altı yaşında gənc bir qızı qurtarar. O qız Evey Hammonddur, filmi izləyənlər üçün Evey, Natalie Portman olaraq yaddaşlara həkk olunmuşdur.
V, Eveyi bənzər keçmişi və fərqli düşüncə quruluşundan ötəri seçmiş və öz üsullarıyla ondan bir başqa V yaratmaq istəmişdir. Təbii Evey də həqiqətən istəsə … V-nin üsulları qisasçılıq şəxsiyyətinin bir əks olunmasıdır sanki Evey’nin özü kimi hiss etməsi və başkaldırısının səmimi olması üçün onu müxtəlif imtahanlardan keçirər, həqiqəti ağrıyla, iztirabla və gerçək xatirələrlə öyrədir. Evey boğulduğunu düşündüyündə V artıq nəfəs almağı öyrəndiyini söyləyir.

– Məni sevdiyini söyləyirsən, amma sevmirsən. Çünki məni qorxudub zarafat olsun deyə mənə işgəncə edirsən. Məni azadlığıma qovuşdurmaq istədiyini söyləyib həbs edirsən…
– Onsuzda həbsdəsən. Həyatın boyunca həbsdə olmusan.
– Həbsdə deyildim! Xoşbəxt idim!
– Xoşbəxtlik həbsdir, Evey. Xoşbəxtlik ən hiyləgər həbsdir. Həbsdə doğuldun, Evey. O qədər həbsdə oldun ki, çöldə bir dünya olduğuna inanmırsan artıq. Bu həyatının ən əhəmiyyətli anı. Qaçma ondan.

Xalq mediaya inanmır. Amma tək xəbər qaynağının “Qədərin Səsi” olması səbəbiylə başqa bir yerdən də xəbər ala bilmir. V məhz bu səbəblə işə, əvvəl həqiqəti dəyişdirən, parçalayan və qaraldan Qədərin Səsini ələ keçirməklə başlayır. Onu ələ keçirərək tez-tez xalqa xitab edər, havaya uçurduğu binalar və medianın əlində tutduğu gücün və onun şiddət hizmətkarı barmaq adamlarının yenilməz olmadığını göstərir, öz içlərində intriqaları ortaya çıxarar.
Eyni zamanda, rejimin yaratdığı dünyada qadınlara ikinci sinif insan rəftarı edilməkdədir. Evdə şiddət görürlər, dul qalan bir qadın cəmiyyət xaricinə sövq edir, gecə klubunda pis şərtlərdə işləmək məcburiyyətində qalar, yoxsul gənc qadınlar gecələri fahişəliyə sürüklənir, yalnız hökumətdə vəzifəli Helen Heyer güclüdür, toxunulmazdır. Toxunulmaz həmişə yaxşı şərtlərdə yaşayır və şərtləri təhdid altına girdiyində qəribə insani reaksiyalar göstərirlər. Bunlardan ən ironik olanı farfordan körpə kolleksiyası düzəldən komandir Prothero’nun V-nin bu fiqurları sobaya atmasına qarşı göz yaşları ilə mərhəmət dilənməsidir.

– Təqdirə şayan bir maraq, komandir. Yenə də qəribə deyil mi? Farfor və plastikə bu qədər maraq göstərib … Ət və qanı vecinə almamaq.

evey-vendettaV bir tərəfdən də Göz-ü, Qulağ-ı, Burun-u narahat edəcək sui-qəsd cəhdlərində bulunur. Baş əmrlər yağdırır, xalq onlara nə qədər möhtac olduğunu görməlidir. Güclə elə sərxoş olmuşdur ki, bunu görməyənlərə ya da görmək istəməyənlərə əsla mərhəmət göstərməyəcəklərini qışqırıb durur. Halbuki sarsılan iqtidarı ilə Baş-a ağrılar girmişdir artıq. Bu ağrılar eyni ssenarini təkrar edər; ağrılar yüksəldikcə şiddətin dozası artırılır, təzyiqə, susdurulmağa çalışılır, ancaq üvertüra (Pyotr Çaykovskinin “1812-ci il”) başlamışdır belə …
Nüfuz ayaqlarının dibindəki xaosu ilk fərq etdiyində nizamlı görünüşünü qurtarmaq üçün ən alçaq planlarını nəzərdən keçirir. Xalq hökumətdən deyil, hökumət xalqdan qorxmalıdır.
Eveynin təhsili tamamlanır. Bədəni və prinsipləri arasındakı seçimi bütün soyuqqanlılığıyla qanunlarından yana istifadə edir. Kölgə salonunda keçirdiyi müddət ərzində intellektual təcrübəsini də artırmışdır, qurduğu cümlələrə təəcüblənər və romantika davam edər.

– Dünyaya Valerienin sahib olmasını istədiyi şeyləri verəcəyəm.
– Güllər
– Bir çox gül…

V, döyüşdə kökünün tükəndiyi düşünülən xüsusi bir gül yetişdirər və kölgə salonunda tez-tez Evey ilə rəqs edərlər. V yaxınlaşan xaos üçün domino daşlarından bir V düzəltmişdir, tez-tez daşların narahatlığını dilə gətirir və ironik bir şəkildə 5 noyabrı gözləyər …

– Səssiz yığınlara güvənmək çox işə yaramaz Evey. Səssizlik kövrək bir şey. Ən kiçik bir səs-küylə pozular.
– Səs, əvvəlindəki səssizliyə bağlıdır. Susqunluq nə qədər yoğundursa, göy gurultusu o qədər sarsıdıcı olur. Əfəndilərimiz xalqın səsini əsrlərdir eşitmədi, Evey …
– Avtoritar anlayışla idarə olunan cəmiyyətlər hamılıqla konki sürmək kimidir … Mədəniyyətin kövrək qabığının altında soyuq xaos çalxalanır və bəzi yerlərdə buz çox nazikdir.

v-for-vendettaV hekayəsini Baş-a çatdırır. Toplama düşərgələrindən bəhs edən bir gündəlik ələ keçirilir. Qeydlərin necə yox edildiyinə, amma yaddaşlardan heç silinmədiyinə şahid olunur. V-nin sözləri şairanəlik ehtiva edir ,maskayla xarizması bu həyata dair iddialı düşüncələr daşıyar, tamaşaçıları ürəkləndirər və onda həmişə bir az yumor və romantika olmuşdur. Güllər qırımızı, bənövşələr mavi. Hər şey mümkün, heç bir şey həqiq deyil.
İqtidar öz qurduğu nizamın xaricinə çıxan səslərdən, tələblərdən heç xoşlanmaz. İdarəetmə üsulu tək tərəflidir, müxtəlifliyə, fərqliliyə əsla yer verməz, çünki onu anlaya bilməz, öz sistemi içində kodlaşdıraraq idarə etməz. Varlığını güc üzərinə qurmuşdur. Gücü sarsıdacaq ən kiçik bir şeyi dozası artırılmış şiddətlə basdırar. Hər kəs bir piyadadır və ona möhtacdır. Marjinallar terroristdir, iqtidar onları öldürmək istər, bacarmazsa öldürməyi diləyəər. Oxşarını V-ə etməyə çalışdığı kimi … Onu öldürməyə çalışanlar üçün V-nin çox məşhur bir sözü var:

Məni öldürə biləcəyinizi sanırsız? Bu geyimin altında ətdən, sümükdən öldürüləcək bir şey yoxdur. Yalnız fikir var. Fikirlərə güllə işləməz.

Filmin sonu V-nin atdığı azadlıq toxumlarıyla formalaşır, hər tərəfə rəng qatan yenə o güllərdir, V-nin cənazəsi təşkil olunur və maska ​​hiyləgərcə gülümsəməyə davam edər.

Mənbə: filhakikat.net
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın