Qiymətli xatirələrin kartı olan MasterCard yeni loqosu ilə qarşımızda. Görünüşünü tamamilə yeniləməyə qərar verən ABŞ-lı maliyyə şirkəti, markasını həm fərdi, həm də müştəriləri üçün daha asan və sadə hala gətirməyi planlayır.
Pentaqram tərəfindən hazırlanan yeni loqo, dünyanın hər tərəfində loqosu ilə asanlıqla tanınan şirkəti rəqəmsal dünyaya hazırlamaq üçün bir addımdır.
Yeni loqoda klassik MasterCard rəngləri qırmızı və sarı, narıncı bir kəsişəm meydana gətirir və MasterCard üçün istifadə edilən şrift köhnə loqolara nisbətlə daha yumşaq və sadə bir görünüş qatır. Şirkətin yeni loqosunda böyük hərflər və çəpəki yazı tipi də yoxdur.
New York əsaslı maliyyə şirkəti 1968- ci ildə təyin etdiyi loqosunda illər boyunca köklü dəyişikliklərə getməmişdi. Ancaq markanın adı Master Charge olan ilk halından 1979 da alınan bir qərarla MasterCard halına çevrilmiş, 1990- cı illərdə isə şrift çəpəki olmuşdur. Ancaq heç bir dəyişmə markanın əsl rəngləri olan qırmızı və sarının ləğvinə icazə verməmişdir.
Bütün bunlardan 50 il sonra belə bu cür ağılda qalmağı bacara bilməsinin əsas səbəblərindən biri bu rənglər olarkən, digər səbəbi isə dünyanın dörd bir tərəfində milyonlarda kassada və təxminən 2.5 milyard kredit kartının üzərində iştirak etməsi ola bilər.
Şirkətin loqosunda etdiyi bu çevrilmə əslində gələcək böyük dəyişmələrində xəbərçisidir. Belə ki şirkət artıq rəqəmsal ödəmə sistemlərinə ağırlıq vermək istəyir. Bunu bütün dünyaya yeni tanıtdığı Masterpass adlı rəqəmsal ödəmə sistemindən də asanca anlaya bilərik.
Bununla birlikdə loqo dəyişimi şirkətin gördüyü iş haqqındakı anlaşılmazlıqları da aradan qaldırmaq üçün istifadə ediləcək. Çünki MasterCard yalnız kartlarda istifadə edilmir, həmçinin ödəmə edilməsini təmin edən texnologiyanın da təmin edicisidir. Şirkətin gələcəyində də yalnız bir kart məhsulu olmaqdan daha çox rəqəmsal ödəmə sisteminə sərmayə qoyuluşu daha çox iştirak edir.
Loqosunda dəyişikliklər yaşasa da MasterCard loqosu bütün dünyada 81 % lik bir nisbətdə xatırlanır.
Nə deyərsiniz sizcə MasterCardın yeni loqosu müvəffəqiyyət qazanacaqmı ?
Hazırladı: Müşviq Osmanlı