XXI ƏSRDƏ MATRİARXAT CƏMİYYƏT

Xüsusi

 

Khasi – matriarxat cəmiyyətdə yaşayan xalq.

Khasi qəbiləsi çox az tanınır. Bu, Hindistanın şərqində, Meghalaya əyalətində yaşayan, təqribən 5 milyonluq xalqdır. Sosial təşkilatlarda fərqləndirici xüxusiyyəti burda qadınların aparıcı rol oynamasıdır. Qızların dogulması əsl bayram hesab olunur, miras və soyadı ana xətti vasitəsi ilə ötürülür. Khasi qızlarının həyatı haqda fotoqraf Karolin Klüppelin hazırladıgı fotoseriyalar məlumat verir.

12038175_10153763115294396_5699951967464078985_n

Kiçik bir kənd olan Molinnonqda (500 nəfər əhalisi olan) onların arasında demək olar ki, bir il müddətində yaşamış və burada o, sirli qəbilənin həyat tərzi və ənənələri ilə tanış olmuşdur. Fotoqraf, öz seriya foto əsərlərini “Qızlar Dünyası” adlandırmışdı. Çünki, burada doğulan qızlar kiçikliyindən etibarən cəmiyyətin əsas mərkəzi olmağa və üzərlərinə məsuliyyətlər almağa məcburdurlar. Khasi, matrilineal cəmiyyət adlandırılır və burda həqiqətən də qadınlara xüsusi hüquq və azadlıqlar bəxş edilir. Məsələn, ailənin varisi evin kiçik qızı sayılır. Mirası öz qənaətlərinə əsasən bölüşür, eyni zamanda yaşlı valideynlərin qayğısını öz üzərinə götürməyə məcburdur. Hər nə qədər qəribə olsa da, ailə qurarkən qadınlar ərlərini öz evlərinə gətirirlər.

12042675_10153763115239396_4901025073284436161_nKhasi qəbiləsi üçün sosial təbəqələşmə xarakterik haldır. Qədim əfsanəyə əsasən, yüz illər əvvəl, yeddi qadın bəşəriyyətin ulu nənəsi olmuşdur və bu yeddi qadından hər biri öz ailəsini qurmuşdur. Lakin, son illər qadınlara qarşı olan bu münasibət, kişilərin etirazına səbəb olmuşdur. Aktivistlər öz hüquqlarını və bərabərliklərini tələb etməyə başlamışlar. Burda cəmiyyət patriarxat cəmiyyətlə eynicinslidir, lakin güzgünün əks effekti ilə.. Khasalı kişilər, çoxsaylı Bollivud filmlərinə olan coşğusu sayəsində, öz məzlumluqlarının fərqinə varmağa başladılar. Kişilər öz həyatlarını uşaqların qidalanması və bezlərinin dəyişdirilməsinə həsr etdikləri üçün tez-tez şikayətlər edir, depressiya halları yaşamalarını, spirtli içkilər və narkotik vasitələrdən sui-istifadə etmələrini öz məzlumluqlarına bağlayırlar.

Mənbə: “Cheaptrip” Facebook səhifəsi
Hazırladı: Saqubə Fəridzadə

Beyenmeler
0   9  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın