METAFİZİKA NƏDİR?

Qədim Yunan filosofu Aristotel, Fizika adı verilən bir qrup kitab yazmışdır. İlk versiyalarından birində Aristotelin araşdırmaları, bəzi kitab qrupları Fizikadan dərhal sonra yer almışdır. Bu kitablar fəlsəfi sorğulamanın əsas sahəsi ilə əlaqəlidir və o dövrdə bir adı yox idi. Bu səbəblə ilk Aristotel mütəxəssisləri bu kitablara  “ta meta ta fizika” yəni “fizika ilə bağlı kitablardan sonra gələn kitablar” adını veriblər. Bu, “metafizika” kəlməsinin qaynağıdır.

Dolayısı ilə etimoloji olaraq metafizika, Aristotelin toplu olaraq Metafizika adı verilən kitablarının mövzusudur. Etimoloji mənada “metafizika” sadəcə Aristotelin Metafizika kitabının araşdırma mövzusu mənasındadır.

Aristotelin bu kitablarının mövzusu nə idi? Metafizika 3 bölməyə ayrılmışdır:

Ontologiya
Teologiya
Kainat- elm.

Metafizika, fəlsəfənin bir qoludur. İlk fəlsəfəçilər tərəfindən, “fizika elmlərinin kənarında qalan” mənasını verən “metafizika” sözü ilə fəlsəfəyə qazandırılmışdır.

İncələmələri varlıq, varoluş, universal, xüsusiyyət, əlaqə, səbəb, kosmos, zaman, tanrı, hadisə kimi qavramlar haqqındadır.

Fizika, müşahidə edə bildiyimiz şeyləri açıqlamağa çalışır və ətrafımızda gördüyümüz hər şeyin necə olduğunu söyləyir. Metafizika isə ətrafımızda və içimizdə var olan şeylərin “niyə” si ilə maraqlanır,  görünən ilə görünməyən arasındakı əlaqəni ortaya çıxarmağa çalışır. Qısası, fizika isbata söykənir, metafizikanın isə qəti bir isbatı yoxdur.

Belə düşünə bilərik, bir meşədə olan  axar su, biz orada olmayanda səs çıxarmağa davam edərmi? Səs dediyimiz şey bizim hislərimizə xitab etdiyinə görə və axar suyun yanında olmadığımız üçün axar suyun səs çıxarmadığını söyləməyimiz doğru qəbul edilə bilər. Çünki eşitmədiyimiz bu hava titrəşmələri o anda tam olaraq səs deyil. Ətrafımızda bir şey olanda, onu duyğularımızla qəbul edirik, yaxşı,  bəs bizim hissiyyatlarımız xaricində gerçəkləşən şeylərin varlığını mənimsəməliyikmi? Metafizika, bunu çözməyə çalışır. Buna görə də fizika, bilinən və anlaşıla bilən şeyləri açıqlayarkən, metafizika fizikanın bir açıqlama edə bilmədiyi nöqtələrdə işə keçir.

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +20 (from 22 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

One comment

Bir cavab yazın