MƏSULİYYƏTDƏN AZADOLMA (MİNİMALİZM)

Məsuliyyətlər beynimizi ən çox məşğul edə biləcək mental ünsürlərdəndir. Buna görə gərəksiz olan heç bir məsuliyyəti götürməməniz, başınızı boş tutmanızı və istədiyinizdə lazımlı bir şeylə doldura bilmənizi təmin edəcək. Hər hansı bir mövzuya fokuslana bilmək üçün də bu lazımlıdır.

Lazımlı və zəruri olan məsuliyyətlər işiniz, məktəbiniz, sevgiliniz, ailəniz və onlarla əlaqədar olan hər hansı bir şey ola bilər. Zəruri olmayan məsuliyyətləriniz isə hobbiləriniz, üzv olduğunuz qruplar, dərnəklər, getməkdə olduğunuz bir kurs ola bilər. Həyatınızı sadələşdirmə adına alacağınız tədbir, zəruri olmayan məsuliyyətlərinizin seçkisinə, sayına və zamanlamasına diqqət yetirməkdir. Bir-birinə paralel olaraq çox sayda məsuliyyət götürmək zamanınızı dolduracaq və sizi narahat edəcək.

Çətin məsuliyyət alın, ancaq götürdüyünüz məsuliyyətləri yerinə yetirin. Beləcə geridə bir şeylər buraxmamış olarsınız. Bunu proyekt rəhbərliyi olaraq düşünə bilərsiniz. Başlanğıcı olan və müəyyən bir müddət davam edən bir şeyin sonu da dəqiq və iti olmalı. Bitməmiş və uzun müddət davam edən hər şey beyninizi az və ya çox yoracaqdır. Buna icazə verməməyə çalışın.

Məsuliyyətləri azaltma mövzusunu daha yaxşı açıqlamaq üçün “End Task” nümunəsindən bəhs edə bilərik.

END TASK
Kompüteriniz bəzən ağır işə başlar və siz də Ctrl + Alt + Delete düyməsini işlədərsiz. Burada kompüterinizin prosessorunu və ya yaddaşını məşğul edən proqramı tapar və ona sağ düyməni basaraq “Vəzifəni Sonlandırı” (End Task) seçərsiniz. Kompüteriniz köhnə sürətinə qovuşar.

Screenshot_2
Məsələn, işinizdə və ya məktəbinizdə bir mövzuya fokuslanmış vəziyyətdəsiniz. Ancaq özünüzə bir neçə yeni məsuliyyət daha yükləyirsiniz və zehininiz tamamilə dolur. Heç birindən də imtina etmək istəmir, hamısını nəticəyə çatdırmaq istəyirsiniz. Bax bunu etməyin. Zehininiz dolu olduğunda, etməkdə olduğunuz şeylərdə təmin edəcəyimiz səmərə də düşəcək. Bir və ya bir neçəsindən imtina edin, zehininizi normal iş səviyyənizi pozmayacaq qədər boşaldın.

Screenshot_3

İmtina ediləcək şey əlavə işiniz, əlavə məşğuliyyətiniz, hobbiniz, problemli bir yoldaşınız ola bilər. Həyatınıza girmiş olan hər şey, siz ölənə qədər qalacaq deyə bir qayda yoxdur. Vəziyyəti yaxşıca qiymətləndirin və lazımdırsa o şeydən imtina edin. İnanın bu sizi çox rahatlaşdıracaq və sizə həyatınızda yol aldıracaq.

Mənbə: bilgi.org
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın