MİŞEL DE MONTEN – ESSELƏR -2

Mişel de Monten - "Esselər"Bəzən davranışlar o qədər ziddiyyətlidir  ki, eyni insan tərəfindən ortaya qoyulmuş olmaqları qeyri-mümkün kimi görünür.

Özümü tanımağıma kömək edəcək, yaxşı yaşayıb yaxşı ölməyi öyrədəcək olan bilgini axtarmaq üçün oxuyuram.

“Bir şeyi itirməyin verdiyi üzüntü ilə onu itirmək qorxusunun verdiyi üzüntü eynidir. ” Yazar bu sözü ilə onu itirməkdən qorxduğumuz müddətcə həyatdan zövq ala bilməyəcəyimizi anlatmaq istəmişdir. Halbuki, bunun tam əksini söyləmək də mümkündür; bu yaxşıdan əmin olmadığımız və əlimizdən alınacağından qorxduğumuz müddətcə onu o qədər yaxından və sevgi ilə qucaqlayıb sıxarıq. Çünki, soyuğun odun təsirini gücləndirməsi kimi istəklərimiz də qarşılaşdığı çətinliklərlə daha da kəskinləşər və asanlığın gətirdiyi bezginlik qədər zövqümüzü azaldan başqa bir şey yoxdur.
Bu, hər işdə belədir: Çətinlik, şeylərin dəyərini artırar.

Bir şeyi qadağan etmək, insanı həvəsləndirməkdir.

İstədiyimiz şeyi tamamilə əldə etməyimiz, bizim, onu kiçik görməyimizə yol açar. Əskiklik və bolluq eyni sıxıntıya yol açar.

Özüm üçün nə olduğuma önəm verdiyim qədər başqa insanlar üçün nə olduğuma önəm vermirəm. Öz varlığımla zəngin olmaq istəyirəm, borc aldıqlarımla deyil. Digərləri, hadisələri və görüntüləri sadəcə xaricdən görürlər. Habuki, hər birimiz içimiz qorxu və alov dolu olsa belə, xaricə yaxşı görünə bilərik. Onlar mənim ürəyimi yox, sadəcə davranışlarımı görürlər.

Adımızın ucaldılması deyə adlandırdığımız şey, adımızın ağızdan ağıza yayılmasıdır. Adımızın hər kəs tərəfindən bilinib yaxşı qarşılanması və bunun bizə yararı olmasını istəyərik, bu xoş görülə bilər. Amma bu xəstəliyin aşırısı insanın özü haqında nə şəkildə olursa olsun danışılmasını istəməsidir. Erostrat və Manlius Capitolin- in yaxşı bir şöhrət yerinə böyük bir şöhrət arzuladıqları söylənir. Geniş yayılmış bir qüsurdur bu… Bizim haqqımızda necə danışıldığına deyil, danışılıb danışılmadığına diqqət edərik. Adımızın başqa insanların ağzında olduğunu bilmək bizə yetər, amma nə şəkildə dolaşdığının elə də önəmi yoxdur. Tanınmaq, həyatını başqalarının qorumasına verməyin bir növüdür.

Digər bir şan və şöhrət növü də, insanın öz dəyəri ilə bağlı yaratdığı yaxşı fikirlərdir. Öz özümüzə şişirdilmiş bir sevgi daşıyarıq və bu da, özümüzü, gerçəkdə olduğumuzdan daha fərqli görməyimizə səbəb olar. Sevgidə də belədir, sevdiyimiz insana gözəlliklər və yaxşılıqlar yükləyərik, aşiq olan insan sevdiyi şeyi daha fərqli, olduğundan daha qüsursuz görər, çünki mühakimə forması dəyişər. Amma yenə də, bu xətaya düşmək qorxusu ilə insanın özünü tanımağı önəmsəməməsini və özünü olduğundan daha aşağıda görməsini istəməzdim.

İnsan hər yerdə axmaqlıq edə bilər, amma şeirdə əsla.
“Heç kim, pis bir şair qədər özünə güvənə bilməz.” ( Martial)

Yenidən oxuduğum zaman yazmış olmaqdan utanıram. Elə şeylər görürəm ki, silinməyi haq edirlər.” (Ovide)

Çalışma və zövq, təbiətləri bir-birilərinə heç bənzəməsə də, tam bilmədiyim təbii bir nöqtədə birləşirlər.

Görünən qüsurlar daha az ciddidir, sağlam bir görüntünün altında gizlənsələr, daha təhlükəlidirlər. ( Seneca)

Hirslənməyə haqqı və gücü olan ailə fərdlərinə bunu tövsiyyə edirəm: Öncəliklə, hirslənmək mövzusunda qənaətcil olsunlar, hər saat hirs saçmasınlar, çünki önəmi və təsiri azalar. Sıradan və idarəsiz  qışıqırıb çığırmaqlar bir alışqanlıq halına gələr və buna görə də hər kəs üçün lağ mövzusuna çevrilər. Bir stəkanı düzgün yumadığı və ya nərdivanı yaxşı yerləşdirmədiyi üçün yüz dəfə danladığınız xidmətçini, oğurluq etdiyi üçün danlamağınızın heç bir təsiri olmaz.

Qorxaqmı, zalımmı və ya sadiqmi olduğunuzu yalnız siz bilə bilərsiniz, digərləri sizi görməz, naməlum düşüncələri ilə haqqınızda təxminlər  edərlər. Çünki sizin gerçək təbiətinizi sizin göstərdiyinizdən daha az görərlər. Elə buna görə də, onların mühakimələrinə yox, öz mühakimələrinizə güvənməlisiniz.

Ruhun böyüklüyü böyük işlərdə yox, sıradan işlərdə özünü göstərər.

Tənbəlliyin verdiyi qüsurlar, çalışmaqla düzəldilməlidir. ( Seneca)

Zehnimi doldurmaqdansa, onu öz-özümə işləməyi üstün tuturam.

Ən böyük insanlar, bunu sabit məşğuliyyətləri halına gətiriblər. Çünki onlar üçün yaşamaq, düşünməkdir. ( Çiçero)

Ürəkli Spartalılar, döyüş zamanı çılğınlığa qapılmamaq və duyğularını sakitləşdirə bilmək üçün yumşaq bir musiqi dinləmək istərlərmiş. Halbuki digər sıradan xalqlar, bu cür vəziyyətlərdə əsgərlərin cəsarətini yaxşıca gücləndirmək və ortaya çıxarmaq üçün şiddətli və kəskin səslərdən istifadə edirlər.

Hazırladı: Fidan Aslanova 

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın