Mr. FREEMAN “AZADLIQ HAQQINDA”

De görüm, məgər sən hiss eləmirsən ki, ətrafda olan hər şey adi, sən isə xüsusisən? Yadındadır, uşaq vaxtı sən hesab edirdin ki, doğma  valideynlərin ögeydir və sən hansısa şəhzadənin birisən və ya kosmosdan gəlmisən? Səndə belə bir təəssürat yaranırdı ki, indicə nəysə baş verəcək və həqiqət üzə çıxacaq. Həqiqət isə bundadır ki, sən dünyada ən vacib məxluqatsan.
Və tezliklə sənin yanına insanlar gələcək, salamlaşacaq, əl uzadacaq, paxılcasına hər dediyin sözdən yapışacaqlar. Əlbəttə, sənin üçün bütün bu ehtiramlar gərəksizdir. Ətrafdakıların sənin kim olduğunu bilmələri xoşdur. Lakin vaxt gedir…

Mr. FREEMAN " AZADLIQ HAQQINDA "
Bütün hər şey sənin üçün planlanılandır, inanılmaz bir filmin qəhrəmanı olmağının hissiyatı isə səni tərk etmir.

Həqiqət açılmır və sən yadplanetli şəhzadə dərin konspirasiya içində yaşayırsan. Bütün hər şey sənin üçün planlanılandır, inanılmaz bir filmin qəhrəmanı olmağının hissiyatı isə səni tərk etmir. Heç tərk etməyəcək də. Çünki bu real hisslər bütün adekvat insanlarda olduğu kimi səndə də var. Yad insanların hissələrlə danışıqları, reklamdakı şəkillər, başlıqlar, bütün bunların mərkəzində SƏN olmaqla bir puzzle kimi yığılır! Və bu zaman necə özünü SEÇİLMİŞ hiss etməyəsən? Yalnız səfeh olan bunun əksini iddia edər!

Və budur mən, həmin səfeh!!! Sənə deyirəm: Sən – Seçilmiş DEYİLSƏN! Sən çox da önəmli olmayan “belə də” adlı görkəmli nümayəndəsən. Mr. Everybody (Cənab Hamı). Mərc edək?

Bir düşün – Sən dünyanı dəyişəcək maraqlı nəsə etmisən? Bax, Edisson lampa, Kromanyon təkər, Budda isə Nirvananı kəşf edib. Dünyada nəinki bizim istifadə edəcəyimiz, hətta sivilizasiya üçün çox mühüm olan şeyləri kəşf edən insanlar var. Onları bir kənara çəksən hər şey dağılacaq! Elektrik cərəyanı olmayan dünyanı təsəvvür elə! Dəhlizlərdə lampalar yoxdu, hər yer pox içində, küçələrdə insanlar məşəllərlə gəzir və artıq “Şəhər gecə işıqlarıyla yanır” ifadəsi əvvəlki mənanı daşımır.Yaxşıdır? İndisə düşün ki, bizim sivilizasiyamız təkəri kəşf etməyib! Nə olacaq?

Benzinli, turboşarlı xizəklər, atlar, hidrotəyyarələr və insanlar planet üzərində deyil, onun dərinliklərində məskunlaşmağa başlayacaqlar. Lampalar isə yoxdur, təkcə məşəllər. Yerin altında isə neft və ordan çıxan açıq alov. Necədir? Təsəvvür edə bilirsən? Odur ki, doğrudan da vacib nəysə edən insanları böyük çətinliklə də olsa, Xüsusi adlandırmaq olar. Amma səni yox, bağışla. Sən burada nə edirsən? İndi yox, ümumiyyətlə dünyada? Sənin missiyan nədir, Xüsusi?

Missiya bir tərəfə, dünyada mövcudluğuna haqq qazandırmaq üçün nə edirsən? Gəl, sənin həyatında dahi izlərini axtaraq.

Bax, sən yuxudan oyandın. Kim olduğun və bugün nə edəcəyin yadına düşdü. Və səssiz vahimədə uzanmağa davam edirsən… Saatına baxırsan – Aha, artıq gecikməyə başlayırsan. Ayağa qalxıb hamamda öz böyük işlərini görürsən və baxışlarını özünə yönəltməməyə çalışırsın, çünki onsuz da özünə nə demək istədiyini yaxşı bilirsən. Səhər tezdən mübahisələr sənə lazım deyil.

Vəssalam… Özünə məxsus olan, ayıracağın vaxt bitdi… Sən ofisdəsən, dərrakəli insansan, təbiətin yüksək zirvəsisən, Tanrıların övladı və taleyin ərköyün uşağısan. Bir bax, necə əzəmətlə sən vacib kağızları steplerlə bəndləyirsən! Necə ağılla rəqəmləri, hərfləri elektron cədvəllərə yazıb daxil edirsən. Lakin sənin ilahi təbiətin dar ofis çərçivəsinə sığmır! Sən – SEÇİLMİŞ, bütün dünya nəfəsini saxlayıb sənə ümid edərkən, sən hansısa mənasız cümlələrə, hesabata, təqdimatlara vaxt ayırırsan. Sən bütün məşğuliyyətinin bədbəxt absurd olduğunu hiss edirsən və tezliklə bu narazıçılıq ekzistensional qiyama gətirib çıxarır. QİYAM!

Sən işini saxlayıb, yararsız sancaq və rəqəmlərlə dolu stoldan qalxırsan. Axı sən TANRISAN!!!

Mr. FREEMAN " AZADLIQ HAQQINDA "
Axşam sən güclə öz yuvana girirsən, yeyirsən, tualetə gedirsən, masturbasiya edirsən və artıq bugünlük borcunu yerinə yetirmiş hissiylə yatmağa gedirsən

Sən əminliklə qəhvədana tərəf gedib özünə bir qəhvə süzürsən. Sən Tanrısan, hər şey cəhənnəm olsun! Qəhvə astaca kağız stəkana süzülərək əlini istiliyi,burnunu isə ətriylə yandırır. Sən qəhvə hazırlayanın qarşısında dayanıb düşünür, beynini işə salıb qəhvə içirsən, sonra bir qurtum və bir qurtum daha… Hər şey qaydasına düşür. Qiyam tədricən sakitləşir. Və sonuncu qurtumdan sonra sehir artıq yayılmağa başlayır və sən öz taxtına doğru qaçmağa başlayırsan. İrəli – rəqəmlər və hərflərə doğru. Bütün dünya səndən məhz bunu gözləyirdi. Axı səndən daha nə götürmək olar?
Axşam sən güclə öz yuvana girirsən, yeyirsən, tualetə gedirsən, masturbasiya edirsən və artıq bugünlük borcunu yerinə yetirmiş hissiylə yatmağa gedirsən. Gözəldir, elə deyil? Sən hər kəsə payını göstərdin! Onlara elə lazımdır! Sən bugün hamıya hər şeyi sübut etdin!

Və yuxuda sən sakitcə ölürsən. Çünki sənin sağ və ya ölü olmağının dünya üçün heç bir əhəmiyyəti yoxdur. Sən hətta sistemin vinti belə deyilsən. Sən sadəcə mexanizmin üzərinə çökmüş tozsan. Sən həlak olursan. Lakin sabah oyanıb yenidən işə gedirsən. Çünki ölülər də seçilmişlərdir və onlar da yuxu içində yuxu görə bilirlər. Sən ölürsən və yerinə sənin xatirələrini oyandıran insanları qoyurlar, bu standart insanın standart xatirələridir. O, sən olmasan da özünü sən hesab edir. Heç sən də sən deyilsən. Sən hesab edirsən ki, sən artıq çoxdan mövcud olmayan birisən. Bəlkə də heç vaxt mövcud olmayan. Yuxarıdan mənasız ət parçasının özünü necə ali seçilmiş hesab etməsinə baxmaq çox məzəlidir! AMİN.

Bilirsən, bax, elə indi də hər sözü, hər detalı tapdıqca sən yenə də hesab edirsən ki, mən tam başqası barədə danışıram. Burada Mr. Freemanın danışdıqları müəyyən qədər doğru, müəyyən qədər mənalı olsa da əsla sənin haqqında deyil! Yox, mən axı tamamilə başqa cürəm… Bəli… Mən axı… Mən axı Xüsusiyəm. Mən doğrudan da XÜSUSİYƏM!

Bilirsən, sənin adi olmağını göstərmək üçün üsul var. Bu çox da düzgün deyil, bir az murdardır və sən bunu dəqiq gözləmirdin. Və açıq desək sən bu şou üçün pul ödəmisən və buna görə də Mr. Freeman sənə bir vedrə popkorn, həzz parçası və bir paket dolu təsurat borcludur! Amma mənə ümumiyyətlə sənin düşündüklərin əhəmiyyətsizdir. Mən danışarkən səni görmürəm, eşitmirəm və bilmirəm sən burdasan və ya siqaret çəkməyə çıxmısan. Mənim üçün sənin mənim barədə fikirləşdiklərin, yaşın, hansı qiymətə olmağın və on illərdir arzun üçün bir addım belə atmamağın maraqsızdır. Sən mənim üçün heçkimsən. Sən artıq yoxsan. Ona görə də sənə təklif edəcəyim təcrübə məni qane edir. Bu sənin xoşuna gəlməyə bilər, amma de görüm, sənin fikirlərin bu dünyada kimin üçünsə lazımdır? Həə?

Səni tam azadlıqdan ayıran yalnız sənin seçilmişliyindir. Və tam azadlıq üçün tam olaraq hər şeyi itirmək lazımdır. Azadlıq olduqca qorxulu olsa da seçilmişlikdən daha yaxşıdır.

Azad olmaq üçün isə mütləq qeyri-seçilmişliyin, adiliyin dadına baxmalısan…

Mr. FREEMAN " AZADLIQ HAQQINDA "
Həyat neçəyədir? Bəli, qiyməti – hər şeydir. Bəs azadlıq neçəyədi? Azadlıq heç neçəyədir…

Həyat neçəyədir? Bəli, qiyməti – hər şeydir. Bəs azadlıq neçəyədi? Azadlıq heç neçəyədir… Çünki o qorxuludur. Siz elə zənn edirsiz ki, azadlıq axtarırsız, amma nədən danışdığınızı anlamırsız. Sizə sadəcə onun necə səslənməyi xoşunuza gəlir, lakin siz nəinki azad olmaq istəmir, hətta onun yanınızda olmasından narahatsız. Siz azadlığın simulyatorunu istəyirsiz, siz rahatlıq istəyirsiz. Rahat azadlıq üstünə iynə sancılmış kəpənək kimidir. Siz öz azadlığınız uğrunda uçaraq “Həyatın mənası nədir?” sualını verir və bilmirsiniz ki, cavabı – yanmaqdır.
Bir az  böyüyən kimi sən materiyanın mənasını duymağa başlayırsan. Sənə ev, maşın, paltar, noutbuk, oyun cihazları, planşet, İphone, ailə, seks, iş, sənət, status, pul, səyahət lazımdır… Sənin hər zaman nəyəsə ehtiyacın var. Və sən əminliklə səni bu və ya digər şeylərdən azad etmək üçün alətlər almağa başlayırsan, lakin birdən fərqinə varırsan ki, sən əşyaların torunda elə ilişib-qalmısan ki, artıq onlar sənə deyil, sən onlara qulluq edirsən. Hansısa bir anda, ölümün arxadan nəfəsini duyanda anlayırsan ki, bütün bu əşyalar əslində sənin deyil. Hər şey, sənin aldığın və kreditə götürdüyün hər şey burada əbədi qalacaq və sənin üçün dəyərli olan heç nəyi özünlə götürə bilməyəcəksən.

Nəinki əşyalar, dostlar, ailə, əlaqələr və hətta uzun və çətin yol, həyat keçdiyin və sənə ən doğma olan cismin belə burada qalıb o qədər də xoş olmayan çevrilmələrə məruz qalacaq. Heç nə qalmayacaq. Hər şeyi əlindən alacaqlar. Və bu zaman sən öz bədəninin qutusunda oturaraq əlində olanların necə dəyərsiz olduğunu başa düşürsən. Sən maşın üçün işləyib qazanırsan, o isə heç neçəyədir, telefonun qiyməti – sıfır kosmorubl, səyahətə ayrılmış pullar – tozdur. Və bu zaman sən material olmayan bir şeyə müraciət edirsən. O şeyə ki, işlənmə müddəti sən öldükdə bitmir. Və hər şey sənə məntiqli gəlir.

Meditasiyanın hər bir sətrində, hər bir saniyəsində sən anlayırsan – budur… Alınır, nəhayət ki… Sən fərqindəlik və aydınlanmanın yaxında olduğunu hiss edirsən. Zaman-zaman oralara baş vurursan, amma sənin üçün orda qalmaq mümkün deyil. Sən çoxdan sakitlikdə yatanların sözlərindən yapışaraq onların biliklərində eşələnirsən, lakin onların gizli kəlmələri sənin beynini daha çox dumanlandırır. Sən yoldan çıxır, ağılsızlıqlar edir, yenə və yenə də özgə fazalara baş vurursan. Sən bu olanlardan boş, əzilmiş və yorğun halda çıxırsan. Özgə yollar səni yalnız yorur və özündən çıxarır. Özgə hisslər, qorxular, narahatlıqlar başqa insanların qırıntılarıdır, əsl sənin parçaların deyil. Məsələni anladın?

Bax, bu zaman, mənim əziz seçilmiş dostum, sən anlayırsan ki, məna yoxdur və heç zaman da olmayıb… Və hətta praktikalar belə öz Mənin qarşısında məna və yığılan təcrübələrin silkələnməsindən başqa bir şey deyil. Məna yoxdur, o həqiqətən yoxdur və heç zaman olmayacaq…

Mr. FREEMAN " AZADLIQ HAQQINDA "Şüşəli kub və sən fanarla içindəsən. İşıq var, amma o səninlə var olur. Ətrafda kimsə var, amma o elə sənin özünsən. Səndə elə bir hiss var ki, bu dəqiqə nə isə baş verəcək, amma faza keçidi üçün gücün  qalmayıb. Və bu vaxt sən təslim olursan… Sən həyatının ən dərin ruh düşkünlüyünü yaşayırsan. Sən uzanmısan və hətta bir az başını qaldırıb ətrafa nəzər yetirməyə belə gücün qalmayıb. Ətrafında qulaq batıran, tam sakitlikdir. Səni əvvəl narahat edən hər şeyin indi önəmi yoxdur… Ürək döyüntüləri. Sən anlayırsan ” Bu sondur “. Ürək döyüntüləri yavaşıyır… və məhz bu anda, həyat gücləri tükəndiyi vaxt, bütün yaşam şirələri tam içib sona çatdığı vaxt məna içdən gəlməyə başlayır. Bütün suallarının cavabı tər kimi, özləri bədənindən çıxaraq ehmalla və yavaş-yavaş süzülüb gedir. Onları saxlamaq mümkün deyil. Onları yaddan çıxarmaq və sözlə ifadə etmək olmur…
Və bu zaman sən azadlığı anlayırsan və azad olursan. Sən artıq sabah barədə düşünmürsən. Əbədi daxilinlə yaşayırsan. Sanki bu an, bu gün, dünən, sabah, sonra və ümumiyyətlə zaman olmamış kimi yaşayırsan. Yalnız əbədilik mövcuddur. Və sən nə etsən də, necə davransan da bu doğru olacaq. Çünki bu sənin aydınlanmağa doğru olan şəxsi, təkrarsız və XÜSUSİ yolundur. Sən o yolu necə getsən də heç bir vaxt dönməyəcəksən, çünki bu sənin yolundur. Və hər bir addımın doğrudur. Çünki əvvəl addım atırsan, sonra isə yol yaranır. Yalnız belə və başqa heç cür. Bütün sənin sualların həmişə doğru cavab alacaq. Çünki sənin əbədi Mənin danışan yerdən unikal azadlığın başlayır. Sən bu ağlasığmaz, gözəl yolunda əzəmətli dünyanın yeganə mümkün hissəsinə çevrilirsən. Yol qaçılmazdır?

Nə qədər ki, onu axtarırsan sən onun üzərindəsən. Çünki sənin başqa heç nəyin yoxdur. Mən – bu sənin azadlığındır. Mən – bu sənin seçilmişliyindir. Mən – bu sənin möcüzən və xilas yolundur.

İndisə çıx get. Və çıxarkən səmaya bax. Mənim danışdığım hər şeyi unut.

Müəllif: Firudin Həsənov

VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Usaqliq cagimda yeni -yeni heyati derk etmeye baslayanda tez-tez ozume bu suali verirdim.”Axi men kimem?”Bezen ele bilirdim bu dunya,insanlar hamsi mene gore etrafimda cem olub.Mektebde davranisimla muellimlerimin ve uasaqlarin mene ferli baxdiqlarini gorsemde bu mene bes etmirdi.O zamanlar ”20 Yanvar”hadisesei ve muharibenin siddetli vaxti oldugu ucun.Her zaman yatmadan once azi 1 saat xeyal qurardim.Xurdugum xeyali qehremani olub dusmenlerden qisas alardim,ordumuzun guclenmesinde komek ederdim,kasiblari varli edirdim ve ureyimde meni narahat eden ne vardisa boyuyub her seyin ohtesinden gelmis olub sonda rahat yuxuya gederdim.Bezen yasidlarimin hansisa hadiseni derk etmediklerini gorende dusunurdum ki,niye men anlaya bilirem onlar yox.Bu xususiyyetlerimi muellimlerde hiss etmisdiler ki, sevib sevmediyim fenden asili olmayaraq muellimlerimiz dersi izah edende qetiyetle uzunu mene tutardi. 9 da oxuyanda artiq texniki fenlere maragim azalmisdi ve fikrim edebiyyatci olmaq idi.Bir gun fizika muellimi mene 3 yazdi dedi ki, sene eslinde 4 dusurdu amma ozum 3 yazdim,cunki istesen 5 de ala bilersen.Men deyende ki, bu qeder bacardim, o gulerek cavab verdi: Sen calissan neiyinki ders oxumaq,hetta nese ixtira da ede bilersen. Bu soz hele yadimdan cixmir.Amma sonda ne oldu? Hec ne.Ozumun ve basqalarinin umidleri gercek olmadi.Boyuyub cetinliye dusduyum ilk anda butun xeyallarim bosa getdi ve oz sexsi problemlerim basimi qatdi.Demek ne ozumun ne de etrafimdakilarin sandigi qeder guclu deyilmisem.Amma her zaman ne dusunduren bir sual olur.Sebebi ne idi ki, basqalari her zaman menim haqqimda bele dusunurduler?

Bir cavab yazın