FƏLSƏFƏSİZ MÜASİR ELM

elm-fəlsəfə

“Elm nədir?” deyə soruşduq və filosofların suallarına söykəndik. İlk filosoflardan bəri həyatı müşahidə etmək və ümumi bir ifadəylə dilə gətirmək fəlsəfə adı ilə müdrik bir məşğuliyyət oldu. Zamanla suallar çeşidləndi və fərqli ixtisas sahələri meydana gəldi. Bu gün yalnız fəlsəfə adı bütün sualları əhatə etmir. Təbiət filosofları olaraq ayrılmağa başlayan alimlər zamanla filosof olmaqdan da çəkildi. Sual etmək və mahiyyətə varmaq cəhdi olan fəlsəfənin yanında elmi sahələr meydana gəldi. Müasir dövrdə elm ilə fəlsəfənin bir əlaqəsi olmadığını düşünürlər. Elmlə məşğul olanlar təməl intizam olan fəlsəfədən bixəbər çalışır sanki.

İlk filosofları və alimləri özündə birləşdirən Qədim Yunan sivilizasiyasını digərlərindən ayıran şey mədəniyyəti sistemli bir şəkildə transfer etməsi idi. Mesopotamiya və Asiya sivilizasiyalarında da müdriklik və düşünmə fənləri mövcud idi. Yalnız təqibçisi olan, yığılan və sistemin parçaları halında inşa edilən bir iş Yunan ilə ortaya çıxdı. Əslində elm və ya fəlsəfə eyni suallardan qaynaqlanırdı. İnsanlar həyatı anlamaq və izah etmək istəyirdi. İlk filosof sayılan Fales kainatın nədən meydana gəldiyini düşünürdü. Sokrat həyatı necə yaşamaq lazım olduğunu, Platon gerçək bilgiyə necə çatmağı, Aristotel həyatın işləmə mexanizmi, qanunları ilə ilgilənirdi.

Fəlsəfə və elm, fəlsəfənin öndərliyi ilə bir maraqlanma, mühakimə etmə cəhdinin tərəfləridir. Hər ikisi bir intizama – sual etmək və gerçəkləri mühakimə etməyə söykənir. Müasir dünyamızın problemlərindən biri də bu əlaqənin göz ardı edilməsidir. Elm, fəlsəfə gövdəsindən törəyən bir budaq olduğu halda müasir insanlar fəlsəfə ilə ilgilənmirlər. Elm üçün olan sualların kök nümunələrinin fəlsəfədə olduğu gözdən qaçırılır. Belə olunca da elmi işlər həyatın ümumi bir görünüşünü vermək yerinə həyata məhsul vermək mənasını gəlir. Artıq elm qayğı və maraq deyil, qazanc ilə gündəmə gəlir. Bu da fəlsəfədən uzaqlaşma ilə əlaqədardır. Fəlsəfədən başlayaraq kommersiya mərkəzli bir sual-cavab sisteminə doğru təkamül edən bir elmdən söz edirik.

ELM-FƏLSƏFƏ-SUALElm adamlarının fəlsəfəni göz ardı etməsi elmin heyrət, maraq və qayğılanmaqdan çıxıb kommersiyaya yönəlməsi ilə nəticələnmişdir. Onlar elmin fəlsəfədən törədiyini unudubar. Sistematik düşünmə fəsliyyəti həyatın bütününə aid suallar soruşan filosoflardan miras buraxılmışdır bizlərə. Günümüz elm adamları elmin məhsul satmasına o qədər bağlanıblar ki, elm maraq etmək deyil, yenilik çıxarmaq mənasını gəlmişdir. Artıq həyatı anlamaq deyil, satıla bilən məhsul istehsal etmək üçün elmlə məşğuluq. Bir şirkət formasında olmasa belə, elmi ticarət üçün istifadə etməkdəyik.

Trilyon dollarlar xərclənən kosmosda həyat axtarışı da bunun bir göstəricisidir. Əslində kənarda həyat tapmağa ehtiyac yoxdur. Bu dünyanı elmin məhsulları ilə yox etməyək, yetər. Di gəl ki, istehlak cəmiyyəti yeni bir şeylər istəyir. Artıq maraq deyil, cəmiyyətin yenilik tələbinə ərz etmək təməl motivimiz oldu. Elm adamları həyatı anlamaq yerinə cəmiyyətin satın ala biləcəyi yeni şeylər çıxarmaq yolundadır. Bu da inkişafın gövdəsi olan müdrikliyi və fəlsəfəni göz ardı etməyi tələb edir. Artıq mühakimə və sual soruşma yerinə satın alma fəaliyyətinə fokuslanmış vəziyyətdəyik. Bu da çarənin elmdən deyil, onun qabaqcılı olan fəlsəfədən gələ biləcəyini sərgiləyir. Elm indiki vaxtda yalnız satın ala biləcəyimiz şeyləri verə bilər. Suallar üçün fəlsəfəyə baxmamız lazımdır.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
15   1  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın