MÜASİR İQTİSADİYYAT TARİXİ

Dünya Savaşı
Savaş üçün iqtisadiyyat ilə birlikdə iqtisadiyyat üçün savaş da başlamışdı.

Müasir iqtisadiyyat tarixi necə idi? Müasir – yəni çağdaş, nisbi bir anlayışdır. Biz “müasir” olmağı, iqtisadi baxımdan qloballaşmanın ən böyük inkişafının yaşandığı, dünya müharibələri dönəmindən etibarən hesaba alacağıq. Birinci Dünya Savaşı (1914-1918) ilə müharibələr bütün planetə yayılan bir fəlakətə çevrildi. Müharibələrin qloballaşması ilə birlikdə iqtisadiyyat və pul sistemi də qloballaşdı. Artıq dünyanın bir yerində bir şeylər oldumu, “digərləri” inə daha çox təsir edirdi. Fəlakətlər, pul və iqtisadiyyat eyni nisbətdə inkişafa davam etdi. Dünya müharibələri ilə möhkəmləndirilən bir iqtisadi savaş başladı. Artıq savaş üçün iqtisadiyyat ilə birlikdə iqtisadiyyat üçün savaş da gündəmdə idi. İstismar olunacaq yerləri işğal etmə yarışında gec qalan Almanlar və heç bir zaman kifayətlənməyən İngiltərə, Fransa və sairə kapitalistlər savaşa qaçınılmaz olaraq girdilər. Osmanlı Dövləti istismar etməyə uyğun coğrafiyada olması üzündən güclü tərəfdə ola bilmədi. Böyük qüvvələr Osmanlını artıq savaş başlarkən bölüşmüşdü. Nəhayət Osmanlı almanlara meylləndi. Birinci Dünya Savaşında Almaniya və Osmanlı çox ağır şərtlərlə təslim oldu.

hitler almaniyası
Almanlar alçaldılmanın verdiyi təsirlə milliyyətçiliyə yönəldilər.

Birinci Dünya Savaşının ağır və alçaldıcı şərtləri İkinci dünya müharibəsini hazırladı. Almanlar alçaldılmanın verdiyi təsirlə milliyyətçiliyə yönəldilər. Əvvəlki döyüşün iqtisadi ölçüsündə xalq-millət tanımayan tacirlər almanları qəzəbləndirmişdi. Bunların böyük qismi isə yəhudi idi. Yəhudilərə, köhnə düşmənlərə və kommunizm adıyla Slavyan təbliğatı edən kommunistlərə böyük kinləri vardı. Çöldən baxanda ağıl almayan bir müharibə başlatdılar. Bütün dünya çaşdı. Çünki dünyanın ən böyük 5 qüvvəsindən dördünü bir ildə hopdurub və hələ də bir çox cəbhədə irəliləyirdilər. “Savaş iqtisadiyyatı” və “İldırım savaşı” bütün dünyanı çaşdırdı. Bütün dünya almanları pisləsələr də hərəkətləri hərbi tarixə mal oldu. İngiltərə, İspaniya və İsveçrə xaric Avropanın hamısı Almaniya və tərəfdarlarına aid idi.

Almaniyanın müttəfiqi Yaponiya da özünün 10 qatı əhaliyə sahib Çin və daha bir çox ölkəni ələ keçirmişdi. Daha da böyüməkdə idi. Heç bir təbii resursuı olmadan bu gücə çatan Yaponlar indi sahib olduqları qaynaqlarla daha nələr edəcəklər? Bütün dünya qarışıqlıqla olanları izləyərkən müharibənin taleyini dəyişdirən yenə iqtisadi səbəblər oldu.

İqtisadi baronlar, pul ataları, tacirlər gedişatdan məmnun deyildi.
İqtisadi baronlar, pul ataları, tacirlər gedişatdan məmnun deyildi.

İqtisadi baronlar, pul ataları, tacirlər gedişatdan məmnun deyildi. Antanta dövlətləri davamlı döyüşürdü. Müharibə iqtisadiyyat üçün çox da yaxşı bir şey deyil. Hələ bir də, iqtisadiyyatı əlində tutanlar Nasistlərin baş düşmanlardırsa və ABŞ-ı döyüşə razı edə bilərdilərsə ordular bu gücün qarşısında dayana bilməzdi. Yalan xəbərlər, təşviqlər, xalqı hiddətə gətirmələrlə ABŞ savaşa girdi. Dünyanın ağası olaraq qalmaq istəyirdisə girməliydi. Həm, dünyadakı tacirlərin 90%-i Almanların-Yaponların işğal etdiyi ya da düşmən olduğu ölkələr idi. Hər nə qədər yəhudi tacirlər belə nasistlərlə ticarət etmişdisə də, gələcək alman olmayanlara parlaq görünmürdü. Buna görə tacirlər həm Almaniyaya məhsul satdılar, həm də bütün ölkələri onlara qarşı qaldırdılar.

Dünyanın dörd yüz illik nizamı dəyişmək üzrəykən ticarətini və gücünü itirmək istəməyən ABŞ-ın təsiriylə vəziyyət dəyişdi. Bir ildə Avropanı ələ keçirən Almanlar olduqları yerdə durmadılar. Bu bir az qəribədir. Çünki bərabər gücdəki orduları iki ayda yox edən böyük bir güc onu qorumaq üçün məcbur edilməməlidir. Bununla yanaşı Almanlar silinib getdi. Bunu əsgərlər etdi görünsə də, iqtisadiyyat etmişdir. Pulun nizam, güc, siyasət, ulus, ideologiya və sairə şeylərin üstündə olmasının gözəl bir nümunəsi yaşanmışdır. Hitler “tanrı bizi tərk etdi” demişdir, amma əsl tərk edən puldur. Alman və yaponlardan ibarət bir dünya heç vaxt iqtisadi olmadı. Əvvəlki pul ataları yerini tərk etmək məcburiyyətində qalacaq. Ayrıca, dünyanın daha çox istismar edilməsi, parçalanma və iqtidar mübarizələrinə bağlıdır. Müharibəni tərk edən pis deyə tərk etməmişdir, qazanclı olmadığı üçün tərk etmişdir.

Dünyanın daha çox istismar edilməsi, parçalanma və iqtidar mübarizələrinə bağlıdır.
Dünyanın daha çox istismar edilməsi, parçalanma və iqtidar mübarizələrinə bağlıdır.

Dünya savaşı bitdi, atəşkəs edildi. Çox deyil 20 il sonra nə oldu? Almaniya hələ ən böyüklərdən. Yaponiya hələ Asiyanın ulduzu. Bu gün ikisinin də olduğu qitələrin ən böyük iqtisadi gücü olduğunu söyləmək lazımdır. Yaxşı, atom bombaları atılan Yaponiyaya, hardasa bütün böyük orduların atəşiylə yanan Almaniyaya nə oldu? Cavab sadədir. Əslində Almaniya filan yox. Pul var. Çıxar əlaqəsi var. Qlobal nizamın bu böyük çarxları heç sevilməsi də onlarsız olmadı. Çarxlar döndü, pul yerini tapdı. Elmə ən böyük töhfəni Almanlar etmişdi, davam etdilər. Sənayenin möcüzəvi bir nümunəsi olan Yaponlar da inkişafını köhnəsindən daha yaxşı hala gətirdi. 70-ci illərdə ordusu olmayan bu iki ölkənin dünyanı ələ keçirəcəyinə qəti gözlə baxılırdı. Təbii hər kəs artıq “cəbhə döyüşləri”nın bir şey ifadə etmədiyini bilirdi. Dünyanı ələ keçirmənin yolu iqtisadi olanı idi.

Qloballaşma və kapitalizm “inkişaf” küləyini dünyanın çox yerinə əsdirdidi. Bir çox ölkələrə bunlarda sonra “inkişaf etməkdə olan ölkələr” deyildi. 1960-cı illərdə müharibə sonrası yenidən qurulma deyə adlandırılan dövrə daxil olundui. ABŞ bu əsnada uçan quşa belə kömək etdi. Hər ölkədə, hər yerdə ABŞ adı xatırlandı. ABŞ bir marka oldu. ABŞ-ı quranların dediyinin tam tərsinə gedildi. Öz ölkələrində öz işlərinə baxmaq yerinə dünyanın hər yerində bir səfirlik, bir konsulluq açmağa çalışdılar.

Sovet Sosialist Respublikalar Birliyi və müttəfiqləri dünyanın yarısına sahib idi, amma pula sahib deyildilər.
Sovet Sosialist Respublikalar Birliyi və müttəfiqləri dünyanın yarısına sahib idi, amma pula sahib deyildilər.

Bu əsnada sosializm adı altında bir diktatorluq icra edən ruslarla mübarizəyə girişdilər. Əslində diktatorluq də olsa kapitalizmdən yaxşı bir nizam meydana gətirən rusları, üstəlik dünyanın bütün imkanlarına sahibkən, dayandıran nə idi? Təbii ki, yenə pul söz mövzusu. Sovet Sosialist Respublikalar Birliyi və müttəfiqləri dünyanın yarısına sahib idi, amma pula sahib deyildilər. Pul ilə işləri yox idi. Pulun da onlarla işi olmadı. Nəhəng bir orduya və planlı bir iqtisadiyyata baxmayaraq Sovetlər parçalandı. Dünyanın xüsusi mülkiyyətinə sahib olduğunu sanan kapitalistlər buna çox sevindi. Bəzi ruslar da bayram etdi. Sosialist Sovetlərin altından oliqarxiya çıxdı. Bu gün dünyanın ən ədalətsiz gəlir bölüşdürülən yerləri keçmiş Sovet ölkələridir.

Bu əsnada 20-ci əsrdə kompüter, internet, televiziya kimi bir çox texnoloji, sənaye icadı və yenilik ortaya çıxdı. Bunlar sivilizasiya baxımından əhəmiyyətli inkişaflar kimi görünsə də istisnalar xaric hamısı istehlak həvəslərimizin bir əks olunmasıdır. Yenilik və inkişaf adı altında yeni istismar və inkişaf etmiş müstəmləkəçilik yaratdıq. Bu gün ətrafımızda gördüyümüz bütün məhsullar, sənaye varlıqlar şübhəsiz bir istismara əsaslanır. Əvvəlcə təbiətin, sonrasında da insanın istismarı ilə yaradılan “müasir” həyat milyardlarla illik tarixin utanc verici bir dayanma dövrüdür. Bütün müasirlik pafosları köləlik və təbiətin manipulyasiya üzərinə quruludur.

modern
Daha yaxşı həyat yalanıyla gələcəyimizdən oğurladıq.

Bugün müasir iqtisadiyyat əksəriyyətini meydana gətirən Avropalılar dünyanın qalan hər yerini istismar edərək əldə etdikləri firavan həyatlarına davam edirlər. Bütün dünya onların inkişaf yalanını mənimsədi. Daha yaxşı həyat yalanıyla gələcəyimizdən oğurladıq. Ədalət və sivilizasiyanın beşiyi kimi görünən Qərbin digər xalqları istismar edərək bu günlərə gəldiyi unuduldu. Dünyanın çoxu müasir yalanlara inandı və istehlak mədəniyyətini mənimsədi. Sonunda artan əhali və azalan resurslar ilə nələr yaşanacağını ancaq xəyal gücü geniş olanlar anlaya bilər. Resurs arayışındaki müasir və mədəni irəli cəmiyyətlər, Avropalıların Amerikanın kəşfində etdiklərinə baxmaq lazımdır. Bugünkü mədəniyyət anlayışının mənbəyindəki Avropanın keçmişdə etdiklərinə baxsaq insanlığın gələcəyini görə bilərik. Gələcək indiki halıyla heç də parlaq deyil, təbii ki, biz onu dəyişdirməyə cəhd etməzsək. Müasir iqtisadi yalanlara, istehlak cəmiyyətinə və siyasətçilərə aldanmayın.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın