MÜQƏDDƏS NƏDİR?

müqəddəslik-dəyərlər-kəbəMƏKAN MÜQƏDDƏSDİR, YOXSA DƏYƏRLƏR?!

Simvollar – dünyada ilk qarşılaşdığımız və üzərindən fikir yürüdüb arxasında olanları anlamağa çalışdığımız maddi və mənəvi gördüklərimizdir. Hərflər də simvollardır. Onları bir yerə düzməklə böyük bir fikri, təxəyyülü və təsəvvürü nümayiş etdirmək istəyirik. Və onlar əsrlərdir dəyişmir, amma onlar vasitəsilə milyonlarla fikirlər və kəlamlar formalaşır. Hərflərdə ilişib qalsaq, mahiyyəti, mənanı, kəlamı itirərik. Təhrif etmək, hərfi yanaşmaq budur, din terminologiyasında.
Əgər əsl mahiyyəti bu cisimlərin arxasından çəksək, onlar ölüdür və passivdir. İnsanın ruhu onun cismini tərk etdiyi kimi. Bəzən cisimlərə o qədər bağlanırıq ki,onun mahiyətini və mesajını unuduruq. O zaman cisim vəya hərəkət anlamsızlaşır və sadəcə təkrar olunaraq bütləşdirilir.
Quran süjetində bu proses və sonucları təsvir olunmaqdadır. Baxaq:

Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz!
Onların Beytullahın yanındakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı. 8/34-35

Kəbə insanlıq evini simvolizə edir, əslində. Ev əmniyyətdir, sığınacaqdır. Dəyərlərin birləşdiyi və daima ayaqda tutulduğu yerdir. Kəbə, ümumbəşərlik simvoludur. Bütün məsələlərə hər rakursdan baxma təklifidir.
Amma bu həmişə belə olubmu? Düşünürəm ki, Rəsulullahın arxa çevirdiyi Kəbə ilə indiki Kəbənin arasında heç bir fərq yoxdur. Məsələ, daş və divarlarda deyil, bunlara mismarlanmış könüllər və bunlarla qıfıllanmış düşüncələrdir.

Ağılsız adamlar deyəcəklər: “(Onları) Üz tutduqları qiblədən döndərən nədir?” De: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. 2/142

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın