NƏ ƏKƏRSƏN, ONU DA BİÇƏRSƏN…

Bitkilər toxumlar buraxaraq çoxalar. Toxum, bitkinin çox kiçik bir qismidir. Buğda kimi dənəli bitkilərdə dənələr yenidən əkilərsə bitkinin hamısı yetişəcək. Hər hansı bir əkin əməliyyatında əkdiyimiz toxum, aldığımız məhsulun hissəsidir və eyni məhsulu yetişdirər. “Nə əkərsən, onu da biçərsən” atalar sözü də bu işi nəzərdə tutaraq, fərqli mənalara işarə edir. Şifahi xalq mədəniyyətinə aid bu söz, minlərlə illik fəlsəfi bir problemə toxunur.

Xalq mədəniyyəti, cəmiyyətin ortaq məhsulları və kənardan formalaşan təcrübələrin cəmidir. Digər mədəniyyət məhsullarından fərqi, hər kəsin ortaq bir şəkildə, qəsdən və ya qeyri-ixtiyari iştirak etdiyi təbii təcrübə olmasıdır. Bu səbəblə, insan ilk suallarından bəri öz içində təbii cavablara sahib olmuşdur. Bu gün fəlsəfənin axtardığı kainatın mənası ilk olaraq xalq dastanlarında işlənmişdir. Tibbin axtardığı çarələr ilk olaraq şamanlarda, şəfaçılarda aranmışdır. İncəsənət elementlərinin ilk şəkillərini də laylalar, ağılara qədər xalq ortaya qoymuşdur.

Nə əkərsən onu biçərsən. Nyuton qanunu: təsir əks təsirə bərabərdir
Təsir əks təsirə bərabərdir

Bu atalar sözü ümumi bir problemin el dilində və sadə şəkildə ifadəsidir. Hər şeyin bir qarşılığı olduğunu izah edir. Heç bir şey qarşılıqsız deyil. Hər şeyin bir nəticəsi olacaq. “Nə əkərsən, onu da biçərsən” deməklə, etdiyimiz işin qarşılığının işə bağlı olduğu nəzərdə tutulmaqdadır. Bundan başqa bir şey gözlənilməməlidir, mənası da vardır. Qısaca: Hər işin özünə görə bir nəticəsi var, başqa bir şey gözlənilə bilməz mənasını verir.

Fizikaçılar, bunu bir neçə əsrdir söyləyirlər. Filosoflar, iki min ildir, buna yaxın şeylər söyləsə də, Kant ilə ciddi şəkildə gündəmə gəlmişdir. Kant universal fizika qanunlarını fəlsəfəyə uyğunlaşdırmaq istəmişdir. Nyutonun qanunları kimi, hər təsirə bərabər şəkildə bir reaksiya vermək lazım olduğunu bildirir. Heç bir şeyin səbəbsiz olmadığını, bərabərliyin kəşf edilməsinin lazım olduğunu söyləyir. Fəlsəfənin edəcəyi iş, bu bərabərliyi həyata tətbiq etmək və heç bir şeyin səbəbsiz olmadığını göstərməkdir. “Nə əkərsən, onu da biçərsən” sözü də tam olaraq bunu bildirir. Heç bir şey səbəbsiz deyil. Yoxdan var olmaz. Var olan da yox olmaz. Əkmədiyimizi tələb edə bilmərik.

Nə əksən onu bıçərsən
Həqiqətən dünyada artıqdan bir şey ola bilərmi?

Həqiqətən, dünyada artıqdan bir şey ola bilərmi? Yəni əkmədiyi məhsulu biçən insanlar varmı? Nə fizikaya, nə Kanta, nə də xalqa görə belə bir şey mümkün deyil. İnsan yaşatdığını yaşayar. İnsanı meydana gətirən hər atomun fizikası bunu söyləyir. Artıqdan bir şey görünsə də, bu yalnız bir təsirdir, reaksiyasını gözləyir. Görünüşdən bir şey çıxaraq. Özü, fitrəti anlamalıyıq. Çöldən görünən yanıldıcı ola bilər. Özümüzdən yola çıxaraq, öz içimizdəki gerçəyi tapmalıyıq.

Əkdiyimizi biçməriksə, yaşamağın nə mənası olardı? Qarşılığını ala bilmirsinizsə, yaşamağın mənası olardımı? Hamımız əslində bunun fərqindəyik. Bunun üçün yaşayırıq. Bu bərabərliyi, xalq, yaradıcılığında da yaşatmışdır. Bunu bilir və tətbiq edirik. Ancaq bəzən təsirlərə qarşı reaksiyanın gecikdiyini düşünürük. Bunlar hər nizamda olan kiçik problemlərdir. Bizə düşən, bu reaksiyanın qətiliklə olduğunu, yalnız məhsul zamanını gözlənildiyini anlamaqdır. Hər cür hərəkət üçün söyləyirəm, əkin zamanı varsa, məhsul zamanı da vardır. Yalnız doğru zamanı gözləmək və verilən əməyin qarşılığını almaq lazımdır. “Nə əkərsən, onu da biçərsən” sözü də tarix boyunca bizə bunu söyləməkdədir.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın