Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (dəlil, işarə) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! 2/106
Bütün məsələlərdəki kimi əgər mətni yanaşıb mətni anlamaq strategiyasını seçmişiksə, deyəcək bir söz yoxdur, faydası da yoxdur. Məsələyə anlamaq üçün, onun anlam və qavramları ilə yanaşaq. “NƏSX” anlayışını ilk öncə öyrənmək lazımdır, sonra nəyə işarə olunduğunu anlamaq. Buna bir misalla nəzər salaq:
Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür” 2/219
Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! 5/90
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? 5/91
Əksəriyyət dini təlimə görə bu haqda sonuncu ayə özündən əvvəlki ilk ayələri NƏSX EDİR-yəni qüvvədən salır. Yəni o ayələrin artıq heç bir fəaliyyəti qalmır. Bu yalnış fikirdir. Allah ayələrini bu şəkildə nəsx etdirməz, əgər əvəz etsə belə hər ikisini bir Kitabda saxlamaz. Düşünürəm ki, bu ayələrin süjetində bir İNŞA müddəti var. “Allah insanlara bu barədə necə (tədricən, etap-etap) davrandısa,siz də o cür yanaşın”-deyilir. Yoxsa, bunu Hökm aylələri deyə əlimizdə bayraq edib insanları TƏKFIR (kafir çıxarma, təcrid etmə) edərək insanlığı öldürməyək. İnsan Allahın ayəsidir. Amma nəzərə alaq ki, biz 3 yaşında,15 yaşında, 28 yaşında olarkən fərqli fizionomiya və psixologiyalara sahib olmuşuq. Zamanla əvvəlkilər nəsx olunub yenisi ilə. Amma bu əvvəlkilərin yer üzündən silinərək lazımsızlaşması demək deyil. Unutmayaq, sonrakılar əvvəlkilər üzərinə bərqərar olub. Və bizim övladlarımız da bu prosesi keçəcəklər. İnsan var olduqca bu davam edəcək. Bu təkamüldür. Hər kəsə müəyyən dövrlərində təzahür edər. Biri üçün başlayanda,biri üçün bitər.
Müəllif: Nihad Əhmədov