NECƏ XİLAS EDƏK?

Ushaq10Həyatda problem və bəla deyilən tərzi özündə əks etdirən çoxlu fərdlər və ailələr görürük. Bəzən özümüz və ailəmiz də bunları yaşayırıq. Fərqində olsaq bütün bunların nə qədər acınacaqlı və yolxucu olduğunu görərik. Hər bu cür prosesin, görüntünün arxasında böyük səsəblər, araşdırmalı tarixçələr yatır. Tanış olduqca dəhşətə gəlməmək olmur.
Uzun zamandır kimsəsiz uşaqlar və onların “ailələri”, ehtiyaclı və problemli ailələrlə təmasda olduqca, əslində onların özlərində böyük problemlərin olduğunun şahidi oluruq. Hətta yardım eləmək istədiyin anlarda belə təkrar özlərinə və sənə problemlər çıxarırlar. Təhlükə ilə üz-üzə qalacaq çıxılmaz vəziyyətlərə qədər…
Vaz keçmərik, imtina edəsi də deyilik. Amma nəticə etibarı ilə iş içindən iş çıxır, hər bir xırda problem səni daha böyüyünə götürür. Biz kiməsə qida və geyim təşkil edə bilərik, bir iki nəfərə iş tapa bilərik, bir neçəsinə maddi yardım da edə bilərik. Ama kütləvi üşaq avaraçılığı, yeniyətmələr üzərindən qurulmuş əxlaqsızlıq və narkomaniya, gənclərin qeyri-rəsmi ailə faktları, məsuliyyətsiz doğuşlar, gənclərdə “pristupnı mir” sevdası və s. bu kimi problemlərin həlli qida və paltar, pul və yardım üzərindən həll olunmur demək olar ki. İnandırım ki, çox duyğusal yanaşsaq adamın özü itib batar bu problemlər içində.
Bəs nə edək, necə edək?!
Bir ayə bu mövzu ətrafında məni çox düşündürür:

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər. 42/30

beyoglu-zabita-ekiplerinden-suriyeli-dilenci-6160066_5203_oÖz xətaları, əlləri ilə işlədikləri…
Nə edək, bu ayənin mətnini əzbərləyib bir az da biz qınayaq mı onları? Özünüz etmisiz, çəkin cəzanızı mı deyək?
Yox, ayə həm də Allah əfv edər deyir. Bu əfv, elə həyat içi doğru insanların, faydalı olmağı özünə rəhbər edənlərin əli ilə reallaşır. Allahın bağışlanmaşı insanlar arasında sevgi və barışın bərqərar olması və pisliklərdən çəkinməklə təzahür edir.
Yenə sual doğur:
Bağışladıq, indi də sadəcə kənardan seyr edək mi? Axı günahkar özləridir.
Yox, bağışlamaq, sadəcə vaz keçmək deyil. Ona sevgındən, şəvqətindən bağışlayacaqsan. Ədalət və güvəncindən bağışlayacaqsan. Çünki bunların hamısını Allah bağışlayıb bizə.
Bəli, təyinatımızı dəyişəcək bu ayə. Əvvəlcə acıyaraq yaxınlaşmış, gördüklərimizi tezbazar həll etmək üçün davranmışdıq. Sevgimizi də bu yolda istifadə etmişdik. Gözəl! Amma bu heç nəyi dəyişmir nədənsə. Təyinatı necə dəyişək bəs?
Ayəyə diqqət edək. Quran diqqətimizi ayənin açar kəliməsi olan “günah”a çəkir. Demək bizim işimiz günahkarla deyil, günahla olacaq, subyektlə deyil, obyektlə olacaq. Günaha vurmağa çalışacayıq. Günahlar və onları törədən səbəbləri aradan qaldırmağa çalışacağıq. Özümüzə çəki düzən verməliyik. Təzahürlər və simvolları yox,mənəviiyat və anlamları xilas etdilər. Bunların xilası günahların aradan qalxmasına və insanların doğru şüurlanmasına xidmət edər. Digərləri də bu doğru cəmiyyətə və sistemə şərtlənər. Bu xilasla hər şeyi dəyişmək olar.

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Hüseyn Cavid

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın