“BÖHRANDA NƏ ETMƏLİ?” NİCOLAS BATE

böhran

Ümumilikdə kitab on yeddi bölümdən ibarətdir və hər bölmədə də böhran zamanı nələrə diqqət yetirməli olduğumuzu izah etməyə çalışır. Mən də çalışacam ki, kitabın hər bölməsini ayrı ayrılıqda təhlil edim. Düşünürəm ki, bu daha effektiv olacaq.

 

Birinci bölüm: Pul

Bu bölüm böhran zamanı qiymətin aşağı salınması əvəzinə əslində satfığınız məhsulun və ya xidmətin keyfiyyəti haqqında müştəriləri inandırmağa dəvət edir. Bu bölüm məhsulun və ya xidmətin satılması üçün qiymət azaldılmasının qəti əlehinədir. Bu hissəni belə də ifadə edə bilərik: Böhran zamanı çalışıb qiyməti aşağı salmaq əvəzinə müştərilərinizə daha çox xidmətlərinizin keyfiyyətindən danışın. Bununla da siz böhran zamanı gəlirlərinizi böhran zamanı eyni saxlaya hətta daha artıq da qazana bilərsiniz.

İkinci bölüm: Faktlar

Krizis zamanı faktlar mütləq gözünüzün önündə olmalıdır. Faktlar şirkətlərin bir növ gücləridir. Pulla bağlı faktları dəqiq bilməlisiz. Ona görə də şirkətinizin maddi durumu ilə əlaqədar mütləq məlumatlı olmalısız. Satdığınız hər məhsuun büdcənizə nə qədər pul gətirdiyini bilməlisiz. Digər məsələ strategiyanızla bağlı olan faktlardır. Ümumiyyətcə, çətin anlarda şirkətinizin strategiyasını düzgün müəyyən etməlisiz. Bu sizin gələcək inkişafınızı da müəyyən edəcək. Ən önəmli faktlardan biri də müştərilərinizlə bağlı olan faktlardır. Böhran zamanı müştərilərinizə olan qayğını böhrandan əvvəlki dövrə nisbətən daha da artırmalısız. Çünki şirkətinizi ayaq üstə saxlayan məhz onlardır. Növbəti fakt sizin komandanızın motivasiyasıdır. Unutmayın ki, böhran zamanı işçilərin motivasiyası maksimum yuxarı olmalıdır. Bunu da siz şirkət rəhbərləri həyata keçirməlisiz. Lazım gəldikdə siz onlarla tək-tək söhbət etməlisiz. Bütün bu böhrandan onların lazımınca çıxa biləcəyinə onları inandırmalısız. Bundan əlavə siz işlədiyiniz banklarla, mövcud bazarla,hal-hazırki iqtisadiyyatla da əlaqədar olan faktları daim göz önündə saxlamalısız.

Üçüncü bölüm: Çətin qərarlar

Böhran zamanı şirkətin gələcək taleyi sizin verəcəyiniz qərarlardan aslıdır. Bəzən elə düyün nöqtəsi yaranır ki, siz çətin qərarlar vermək məcburiyyətində qalırsınız. Sizin üçün vacib olan odur ki, belə zamanlarda öz komandanızı bir yerə yığmaq və mövcud vəziyyəti onlarla müzakirə edə biləsiniz. Bəzən işçilərinizi işdən çıxarmaq məcburuyyətində qalsanız belə onları yenə də motivasiya etməyi bacarmalısız.

Dördüncü bölüm: İşçilər

Belə br vəziyyətdə siz öz çalışanlarınızı daha da gücləndirməlisiniz. Onların sizdən gözləntilərini lazımınca ödəyə bilməlisiz. Bacardığınız qədər onları daha çox motivasiya edin və onlara şirkət rəhbəri kimi liderlik etməyi bacarın. Onları daha çox bilgiləndirin və bu vəziyyətdən də çıxacaqlarına onlarda böyük inam yaradın.

Beşinci bölüm: Satmağa başlayın

Siz böhran zamanı da daha çox satmağı bacarmalısız. Bəs bunu necə bacarmalısız? İlk öncə sizi rəqiblərinizdən fərqləndirən dəyərlərdən danışmalısız. Özəllikləriniz nədir? Müştərilərinizə qiymətdən daha çox aldıqları məhsulların və ya xidmətlərin onların həyatlarına hansı dəyərləri qatdığını başa salmağa çalışın. Satış hadəflərinizi və kütlənizi diqqətlə nəzərdən keçirin. Satış haqqında daha çox şey öyrənin və lazım gəldiktə müştərilərinizə telefonla zəng etməkdən belə çəkinməyin.

Altıncı bölüm: Marketinq

Siz marketinqin ənənəvi dörd qaydasından lazımınca istifadə etməlisiniz. Bunlar məhsul, qiymət, istifadə edəcəyiniz kanallar və piyar kampaniyalarınızdır. Öz komandanızla ofis kənarı bir toplantı təyin edin və bu barədə onlarla danışın. Marketinq strategiyanızı yenidən gözdən keçirin və lazımınca məbləğ ayırın. Çünki bu şirkətlərin ayaqda qalması üçün vacib məsələlərdən biridir.

Yeddinci bölüm: İlk olana qayıdış

Siz öz təməllərinizi diqqətlə nəzərdən keçirməli və bu barədə öz komandanıza ətraflı danışmalı və hər dəfə bu təməlləri onlara xatırlatmalısınız.Ən kiçik telefon danışığından böyük iş görüşmələrinədək, bacardığınız qədər öz şirkətinizin reklamını etməlisiniz. Şirkətinizin saytını daha da mükəmməlləşdirməlisiz. Sizinlə əlaqə saxlamaları üçün ünvanınız və telefon nömrəniz daima saytınızın ilk pəncərəsində olmalıdır. Müştərilər sizi axtardığında tez bir şəkildə sizi tapa bilməlidirlər. Burada diqqət yetirməniz gərəkən əsas məsələlərdən də biri siz özünüzsüz. Siz ümumən bu məsələlərdə daha mükəmməl olmalısınız ki, komandanız da sizinlə birgə gözüyümülü gedə bilsin. Onların rahatlığını və arxeyınlığını yarada bilsəz bu sizin iş prossesində də öünü yaxşı tərəfdən göstərmiş olacaq.

Səkkizinci bölüm: Əlaqə qurun

Bu çətin anlarda bacardığınız qədər əlaqələrinizi gücləndirin. Əlaqələr deyildikdə həm daxili, həm də xarici əlaqələriniz nəzərdə tutulur. Öz komandanızla aranızdakı əlaqələrdə xüsusilə diqqətli olun.

Doqquzuncu bölüm: Fürsətlər

Unutmayın ki,  hər bir böhran özü özlüyündə bir şansdır. Bu fürsətdən lazımınca istifadə etməyi bacarın. Böhran hər zaman özü ilə yeni fürsətlər gətirəcəkdir. Bu fürsətlərdə lazımınca istifadə etməyi bacarın.

Onuncu bölüm: Zaman

Öz zamanınızı bacarıqla idarə etməyi bacarmalısız. Onun üçün də bu nüansda daha diqqətli olun. Şirkətin alacaqlarının vaxtında təmin olunmasına nəzarət edin. Öz işçilərinizə və özünüzə lazımınca vaxt ayırmağı unutmayın.

On birinci bölüm: Zövq almaq

Gördüyünüz iştən zövq alın. Ən əsası işinizə həvəslə yanaşın. Bu sizin motivasiyanızı lazımı həddə çatdıracaq. Belə çətin zamanlarda öz çalışanlarınızı da bu istiqamətdə motivasiya edin ki, öz işlərindən zövq ala bilsinlər.

On ikinci bölüm: Yaradıcılıq

Çalışın ki, işinizdə yaradıcı olasız. Bu xüsusən də böhran dövründə çox əhəmiyyətlidir. Çünki böhran zamanı dünən gördüyünüz işləri davam etdirərək ayaqda qalmağınız bir az müşkül məsələdir. Ona görə də işinizdə yeni fkirlər olmalıdır. Bunun üçün də öz komandanızdan yeni fkirlər qəbul edin və onları dəyərləndirin.

On üçüncü bölüm: Müddət və Sistemlər

Bu müddət ərzində sisteminizdə hansı zəifliklər olduğunu aydınlaşdırmağa çalışın. Bunun üçün də kiçik bir komadnda qura və onlara bu əksiklərin tapılması ilə bağlı öz tapşırıqlarınızı verə bilərsiniz.

On dördüncü bölüm: İdarəetmə

Unutmayın ki, böhran zamanı çalışanlarınzın sizə daha çox ehtiyacı olacaq.Ona görə də hər zaman onların yanında olun. Onlara daha çox səlahiyyət verin. Buraxın səhv etsinlər. Çünki hər səhvdən bir şey öyrənəcəklər. Onlara liderlik edin. Onları öyrədin. Bütün bunlara onların daha çox ehtiyacları var.

On beşinci bölüm: Sərmayə

Bu müddət ərzində bir çox şeylərə sərmayə qoymalı olacaqsız. Ən əsası öz işçilərinizə sərmayə qoyun. Onları motivasiya edin. Budcənizdən bir miqdar ayıraraq bir kitabxana yaradaraq işçilərinizin bu kitabları oxumalarını təmin edə, eyni zamanda kitablarla bağlı fkirlərini müzakirə etmələri üçün şərait yarada bilərsiniz.

On altıncı bölüm: Danışmaq Asandır

Siz çalışmalısız ki, daha az danışaraq daha çox şeyə nail olasınız. Boş-boş danışmaqdansa daha çox iş görə bilərsiniz. Bacardığınız qədər birifinqlər verin və müxtəlif toplantılar edin.

Bu kitabdan bir çox şeylər öyrəndim və özüm üçün gələcəkdə istifadə edə biləcəyim bəzi qərarlar aldım. Kitab mənə bir rəhbərin öz işçiləri ilə böhran zamanı necə davranmalı olduğunu və hansı nüanslara fkir verilməli olunduğunu öyrətdi. Kitabın ən çox xoşuma gələn hissəsi birinci bölümü oldu. Çünki bu bolümdə mən yeni şeylər öyrəndim. Ən əsası böhran dövründə qiymətin aşağı salınması əvəzinə satılan məhsulun və ya xidmətin insanlar üçün necə də vacib olduğu dəyərini onların gözündə yarada bilməkdir. Bu fikir mənim düşündüyüm bəzi şeyləri tamamilə kökündən dəyişdi. Mənim üçün yeni bir fkir idi.

Ən çox xoşuma gələn üç cümlə

  • Danışmağı dayandırın, çünki doğru qiymət deyə bir şey yoxdur.
  • Həqiqətən də diqqətinizi istədiyiniz şeyə yönləndirin, bu qazanc gətirəcək.
  • Marketinqi sevin, çünki həqiqətən də xeyir verəcəkdir.

Bu kitab niyə oxunmalıdır.

  • Birnincisi ona görə ki, bu həqiqətən də sizə böhranın necə bir anlayış olduğunu başa salacaq. Və siz onun şirkətiniz üçün necə təhlükəli olduğunu görəcəksiniz.
  • İkincisi siz bu kitabı bitirdikdən sonra böhran zamanı nələrə daha çox diqqət yetirməli olduğunuzu anlayacaqsınız. Bir növ özünüzü təhlükəyə qarşı zireh geyinmiş kimi hiss edəcəksiniz.

Müəllif: Müşfiq Osmanlı

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Bir cavab yazın