NİGAH VƏ KƏBİN

548363_10202686102854969_832100896_n

Ailə, fərdlərin bir birlərinə verdiyi sevgi və dəyərin ən gözəl ictimai və sosial formasıdır. Bunun ilk addımı da bu sosial və ictimai qurumun qanunlar üzərə qəbulu və təsdiqlənməsidir. Bundan daha ilki isə insanlar, toplum tərəfindən qəbul olunması və təsdiqlənməsidir. Bunun üçün toy-yəni mərasim qurulur, insanlar şahidlik edirlər. Və eyni zamanda ailənin gələcək fəaliyyəti üçün onun daxil olduğu ərazi-ölkədəki mövcud qanunlar ortaya qoyulur və fərdlər bunlara imza atır. Burada qarşılıqlı mülkiyətçilikdən tutmuş vərəsəliyə qədər qanunlar var. Bunun əsasında ailə qanuni hesab edilir. Zatən bütün bu qanun qaydanın, ədalət və şahidliyin tamamı Allahın həyat içi qoyduğu qanunlardır, bunlara da bacarılan qədər riayət olunur. Digər qurumsal dini törənlərin dindarlara xidmət etməkdə olduğunu görürəm.

Din həyatdır. Bir dəfə bunu bütün psixologiyamıza oturtsaq bir çox şey aydın olar məncə. Həyatın bizdən istədiyi və bizə verə biləcəklərini anlamaq, bunun üzərinə bir işlər görmək lazımdır düşünürəm. Dini kəbin bu gün insanları daha məsuliyyətsiz ilişkilərə sövq edir. Bir oğlanla bir qız bir birini sevirlər, görüşürlər. Sonra yadlarına düşür ki, naməhrəmdilər və əl-ələ tutmaq olmaz. Neyniyək, nə edək, dini kəbin kəsdirib halal olaq?

Deyən lazım, a bala, əgər elə narahatsan get VVAQ idarəsinə və qayda-qanunla kəbin kəsdir. Deyir “YOOOX!” Niyə? Çünki MƏSUL olacaq, məsuliyyət daşıyacaq. Vəsiqəsində evli yazılacaq, sənədləşəcək. Bir dənə əl-ələ tutmaq üçün buna nə gərək?
Amma, əşşi “Allahın Kəbini” dedikləri dini kəbinlə yola vermək olar, onsuz da ciddi bir şey deyil ki.
Ayrıca, əgər bu dini kəbin həqiqətən halal edirsə, əl-ələ tutmaq üçün kəbin kəsdirənləri rəsmi ər-arvad qəbul etmək olar. Artıq onlar arasında hər cür ilişki mövcud ola bilər. Amma bunu özlərinə desən səni biabır edər.

İndi düşünək, diniləşdirib, müqəddəsləşdirib sonra bu şəkildə nəyi ələ salırıq? Ölkəmizidəki Ailə məcəlləsi, qanunlar, dövlət kəbini niyə qane etmir, orda Allahın ümumbəşər qayda və qanunlarına zidd nə var? Buyuraq baxaq:

Azərbaycan respublikasının Ailə Məcəlləsi:

Maddə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın