NİKAH HÜQUQU – HETERO VƏ HOMOSEKSUAL MÜNASİBƏTLƏR

nikah-din-kilsəHüquq tarixinin böyük hissəsi ailə və nikah haqqında müfəssəl qanunvericiliyin olmadığı dönəmlərə aiddir. Bu münasibətlər tamamilə dinlərin və ictimai əxlaqın öhdəsinə buraxılmışdı. Milli dövlətlərin hələ formalaşmaqda olduğu şəraitlərdə hüquq sistemi dünyəviləşə və güclənə bilmirdi, ona görə də özəl həyat münasibətlərin hamısı və ictimai münasibətlərin xeylisi din, əxlaq və ənənəylə tənzimlənirdi.

Milli dövlət – (hər şeydən öncə) dünyəvi dövlətdir. Milli dövlət – (daha sonra) güclü mərkəzi hakimiyyəti olan dövlətdir. Milli dövləti ilk qurmuş ölkə Fransa olmuşdur. İnqilabdan sonra daxili çəkişmələr və qonşularla müharibələrə baş qarışmış Fransa’nın öz hüquq sistemini şəkilləndirməyə imkanı olmadı. Yalnız Napoleon’un hakimiyyətdə güclənməsindən sonra Fransa’da Mülki Məcəllə qəbul olundu və orada ailə-nikah münasibətləri tarixdə ilk dəfə müfəssəl şəkildə və dünyəvi tərzdə təsbit olundu. Fransa’nın təcrübəsi çox ölkələr üçün örnək oldu. Bəziləri ailə-nikah münasibətlərini mülki məcəllədə, başqaları isə ayrıca qəbul etdikləri ailə məcəlləsində nizamladı. Məsələn, bizim ölkə ikinci qrupa aiddir – bizdə mülki məcəllə və ailə məcəlləsi ayrıdır.

Ailə münasibətlərin dünyəviləşmədiyi dönəm və şəraitlərdə nikahın bağlanması, saxlanması və pozulması, eləcə də nikahda doğan və nikahın içində davam edən münasibətlərin tənzimlənməsi tamamilə dinin inhisarında idi. Ailə – tanrıya xoşgələn, tanrıdan xeyir-dua alan, tanrı tərəfindən izlənilən və qorunan, tanrının izniylə dünyaya uşaq gətirən özəl həyat birliyi sayılırdı. Dini təşkilatların, xadimlərin və ayinlərin rolu həlledici olub. Dindənkənar nikahlar qəbul olunmurdu. Bunun bir mənası eyni dinin içində tələb olunan mərhələ və mərasimlərdən keçmək, başqa mənasi isə – fərqli dinlərə aid olan adamların nikahına yol verilməməsilə bağlı olub. Ailələr bəzi dinlərdə poliqam (çoxarvadlılıq, ya da çoxərlik), bəzi dinlərdə monoqam, amma bütün hallarda heteroseksual olub. Bütün dinlər homoseksual əlaqələri günah sayıb, qadağan edib.

nikah-hüququ-tarixMilli dövlətlər qurulanda mərkəzi hökumətlər ictimai münasibətlərdən dini uzaqlaşdırmağa başladı. Buna rahat nail olmaq üçün özəl həyat sahəsində dinin nüfuzu hələ tanınırdı (kompromis kimi). Ona görə ailə münasibətlərində dövlətlər dünyəvi qanunlar yazanda, dinin də rolunu qəbul etməli olurdu. Fransa bu yanaşmanı birdəfəlik qıran ilk ölkə olmuşdur. Napoleon’un Mülki Məcəlləsilə “kilsə nikahı” qadağan olunmasa da, tələb olunmurdu. Dövlət ancaq “vətəndaş nikahını” – yəni, vətəndaş vəziyyətlərini qeydə alan qurumlarda qeydiyyatdan keçmiş nikahı tələb edirdi. Kilsə nikahı hər kəsin özəl həyat seçimi kimi qalırdı, amma dövlətlə münasibətlərdə ailənin tanınması üçün mütləq vətəndaş nikahı lazım gəlirdi.

Milli (dünyəvi) dövlətlərin nikaha belə yanaşması nəyə gərəkdir? Hüquqşünas olmayanların bəzilərinə burası qəribə gələ bilər, amma ailə münasibətlərini nizamlayan qanunlarda nə sevgi, nə mehribanlıq, nə sədaqət, nə də başqa bənzəri tələb var. Bu anlayışların heç birisinin hüquqtutumu yoxdur. Hüquq sevgi və onunla bağlı münasibətləri nizamlaya bilmir, çünki belə münasibətlərdə hüquq üçün önəmli olan üç əsas göstərici yoxdur – qarşılıqlıq, mənafelər və ölçüləbilənlik (sübutolunabilənlik). Sevgi çox vaxt qarşılıqsız olur, ən yaxşı halda hərə bir cür sevir. Sevgidə mənafelər olmur – yəni, sevən sevigisilə seviləndə heç bir öhdəlik yarada bilmir. Nəhayət, sevgi münasibətlərini ölçmək mümkün deyil. Ona görə də siz ailə-nikah qanunlarında belə sözlərə (“sevgi”, “sevmək” və s.) rast gələ bilməzsiniz.

Bəs, elədirsə, dövlətlər niyə ailə-nikah münasibətlərini nizamlayan qanunlar qəbul edir? Nəyi nizamlayır belə qanunlar? Ailə sevgi üzərində qurulumurmu? Evlənənlərin bir-birini sevməsi arzulanmırmı? Əlbəttə, qurulur da, arzulanır da. Amm hüquq üçün (yuxarıda göstərdiyim səbəblərdən) bunların heç birisinin önəmi yoxdur. Dövlətin də marağı yoxdur belə mövzulara.

Dövlət üçün ailə münasibətlərində ictimai maraq doğuran üç böyük mövzu var: 1) mülkiyyət; 2) vərəsəlik; 3) uşaq haqları. Hər yerdə ailə-nikah qanunlarında bütün nizamlama bu böyük mövzular üzərində qurulub. Yaş həddi, qarşılıqlı razılıq, nikah müqaviləsi, boşanma, valideynlik və uşaqların tərbiyyəsi və s. kimi qaydalar da bu üç böyük mövzunun açılmasına xidmət edir. Bir sözlə, dünyəvi qanunların gözündə ailə – əmlak münasibətlərinin nizama salınmasının bir formasıdır. Ailə qanunvericiliyində ülvi hisslər axtarmayın, yoxdur.

ailə-sevgi-nikahDini qanunlarda olduğu kimi, dünyəvi qanunlarda da ailə – heteroseksual birlikdir (son zamanlara qədər hər yerdə belə olub). Heteroseksual birlik təbiidir, nəsilartırandır, qəbuolunandır, anlaşılandır, əmək və məsuliyyət bölgüsü yaradandır, haqq və imtiyaz doğurandır, əmlak münasibətlərinə nizam gətirəndir.

Dünyəvi qanunların heteroseksual nikahlara münasibəti həmişə eyni olmayıb. Dünyəvi dövlətlər ilk növbədə poliqam nikahları qadağan etdi, çünki əmlak münasibətləri, xüsusilə vərəsəlik məsələsində ən çox çaşqınlıq yaradan poliqamiyadır. Sonra cehiz və gəlinpayı kimi münasibətlər hüquqdan çıxarıldı. Qadağan olunmasa da (buna görə cəza yoxdur), tələb də olunmadı. Daha sonra bakirəlik tələbi aradan götürüldü (dini qanunlarda, patriarxal cəmiyyətlərdə bakirəlik çox vacib tələb idi). Sonra valideynlərin icazəsi çıxarıldı. Nikah – ancaq evlənmək istəyənlərin qarşılıqlı razılığı əsasında bağlanırdı. Sonra “qanunsuz uşaqlar” məsələsi qadağan olundu. Əvvəllər ancaq nikahda doğulan uşaqların vərəsə olmaq haqqı tanınırdı, nikahdankənar doğularnlarınsa belə haqqı olmurdu, ona görə (mülkiyyət baxımından) onlara “qanunsuz uşaqlar” deyilirdi. Dünyəvi qanunlarda nikahdankənar doğulan uşaqların nikahda doğulanlarla eyni haqları var və onları dünyaya gətirən insanların valideynlik haqq və vəzifələri tamdır. Yəni, dünyəvi qanunlara görə, uşaq haqları baxımından nikahın olub-olmaması heç nəyi dəyişmir. Sonra boşanma qaydalarına da dəyişiklik edildi. Bir sıra dinlərdə boşanma qadağan olduğu halda, dünyəvi qanunlar buna icazə verməli oldu (yənə də əmlak münasibətləri baxımından). Nikah müqaviləsi, əslində, boşanmanın şərtləri haqqında öncədən (nikaha girərkən) bağlanan sazişdir.

Bütün bunlarla yanaşı, dünyəvi qanunlarda hələ də bir sıra məhdudiyyətlər qalırdı. Məsələn, uzunmüddət irqlərarası nikahlara qadağa vardı. Başqa dövlətlərin vətəndaşlarıyla nikaha girməyin də şərtləri çox çətin olduğu dönəmlər olmuşdu. Lakin, ümumilikdə, dünyəvi qanunlarda nikah münasibətləri getdikcə liberallaşırdı. Önəmli olan odur ki, liberallaşma həmişə heteroseksual çərçivədə qalırdı.

nikah-homoseksual-lgbtSon zamanlar nikah münasibətlərində liberallaşma heteroseksual çərçivəni aşmağa başlayıb və bu aşma getdikcə genişlənir (daha çox ölkəni əhatə edir). Bu prosesin getdiyi hər yerdə təəssüf, tənqid və etiraz doğuran da budur.

Homoseksuallığa qarşı olmağın bir anlamı yoxdur. Özəl həyat seçimlərinə hörmətlə yanaşılmalıdır. Məsələ sırf özəl həyat səviyyəsində qalsaydı, bu haqda danışmağa da dəyməzdi (heç bir problem olmayacaqdı). Amma burada söhbət homoseksuallığın ictimailəşdirilməsindən gedir (public manifestation of homosexuality).

Homoseksuallar bu məsələdə, əslində, nə istəyir? Onlara sekslə məşğul olmağa, bir yerdə yaşamağa mane olan yoxdur, hüquqda buna qadağa qoyulmayıb. Problem nədədir? Homoseksualların hədəfi başqadır. Onlar, nikahlarının rəsmiləşdirilməsi vasitəsilə, əmlak münasibətlərinin tanınmasını istəyir. Onlar da vərəsə olmaq, sığorta, ölmüş həyat yoldaşına görə müavinət almaq, uşaqları övladlığa götürmək və s. istəyir. Nikah onlara bunun üçün lazımdır. Nikahsız bunları edə bilmirlər.

Müəllif: Erkin Qədirli

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Yaxşı olar ki, heç olmasa müasir dövrdə nikahla seksuallıqı bir yerdə hallandırmayaq. Nomal insanların ailı həyatında seks valideyn olmaq və cinsi ehtiyaclarını ödəmək üçün bir vasitədir. Seks ailənin axırıncı
    işi sayılır və ən axırda bununla məşqul olmaq lazım gəlir.
    Homoseksuallıq da bir növ əqli çatışmamazlıq olaraq bir dəhşətli xəstəlikdir. Hər halda normal bir insan homoseksual ola bilməz. Homoseksualların ailə qurmasına icazə verilməsinə qalanda ona görə icazə verilir ki, onlar bir biri ilə cütləşib digər aqıldankəmləri yoldan çıxartmasınlar. Dövlətlər bu cür siyasətlə digərlərini onların hədəfindən uzaqlaşdırır.
    Bizim adət ənənəmiz belədir ki, qızın atası elçilərə hə cavabını verdikdən sonra bir birini sevmək olaar. Bir yerdə ali təhsil aldıqın şəxsin xoşuna gəldikdə isə buna razısansa, ona elçi gəlməyi tövsiyyə edib ondan sonra sevmək olar. Ya da ki, bir yerdə işlədiyin bir şəxsin və i. və s. Bu cür olacaqı təqdirdə heç bir qızı sevmək adıyla aldada və ya məhəbbətə bənzəyən hisslərlə aldada bilməzlər. Bundan savayı bu bizim əxlaqımıza tam uyqun hesab olunar. Eyni zamanda hər bir oqlanın da bu cür düşüncəsi olmalıdır ki, elçilik olmadan qızı bu cür sevmək olmaz.

Vüsal Abdalov. üçün bir cavab yazın Cavabı ləğv et