ÖLMƏYƏ HAZIR OLMAQ

Həyat uzun bir zamana yayılar – yetmiş il, yüz il. Ölüm intensivdir, çünki o yayılmayıb – o, tək bir anın içindədir. Həyat yüz və ya yetmiş ili keçirmək məcburiyyətindədir, çox intensiv ola bilməz. Ölüm tək bir anda gələr, o, bütün olaraq gələr, parçalar halında yox. O çox intensiv olacaqdır, ondan daha intensiv bir şey tanıya bilməzsən. Lakin, əgər qorxsan, əgər ölüm gəlmədən öncə qaçsan, əgər qorxu üzündən şüursuz hala gəlsən, qızıl fürsətlərdən birini, qızıl qapını qaçırmış olarsan. Əgər bütün həyatın boyunca bir şeyləri qəbul etmisənsə, ölüm gəldiyi zaman səbrli bir şəkildə, hər hansı bir qaçma səyi olmadan passiv olaraq qəbul edəcək və onun içinə girəcəksən. Passiv olaraq ölümə girə bilsən, səssizcə, hər hansı bir səy olmadan.., ölüm qeyb olar.
Upanishadlar-da hər zaman sevdiyim köhnə dövrlərdən qalma bir hekayə var. Yayati adında böyük bir kral 100 yaşına çatır. Bu kifayət idi; yaxşı bir biçimdə yaşamışdı. Həyatın mümkün qıldığı hər şeydən zövq almışdı. Dövrünün ən böyük krallarından biri idi. Hekayə gözəldir…
Ölüm gəldi və Yayati-yə dedi ki, “Hazırlaş. Sənin vaxtın gəldi və səni aparmaq üçün gəldim. ” Yayati ölümü gördü və o, böyük bir savaşçı idi, bir çox döyüşü qazanmışdı. Yayati tir-tir əsməyə başladı və dedi ki, “Amma.. çox tezdir!” . Ölüm, “Çox tezdir?!  Yüz ildir həyatdasan. Hətta uşaqların da qocaldı. Ən böyük oğlun 80 yaşındadır. Bundan artıq nə istəyirsən”, dedi.
Yayati-nin yüz oğlu var idi, çünki yüz qadınla evli idi. Ölümdən soruşdu- “mənə bir yaxşılıq edərsən? Kimisə aparmalı olduğunu bilirəm. Əgər oğullarımdan birini yola gətirə bilsəm, məni bir 100 il də rahat buraxıb onlardan birini apara  bilərsən?” Ölüm, – “bu yaxşı olar, əgər başqa biri getməyə hazırdırsa. Lakin düşünmürəm… əgər sən hazır deyilsənsə və sən atasan və daha çox yaşadın, hər şeyin dadını çıxardın, niyə oğlun hazır olsun?” – dedi. Yayati, yüz oğlunu da çağırdı. Böyük oğuları səssiz qaldılar. Böyük bir səssizlik var idi, heç kim heç nə söyləmirdi. Sadəcə biri, sadəcə 16 yaşındakı ən gənc oğlan ayağa qalxdı və “Mən hazıram” dedi. Ölüm belə uşağa üzüldü və dedi ki: “Böyük ehtimal sən çox məsumsan. 99 qardaşının tamamilə səssiz olduqlarını görmürsən? Biri 80, biri 75, biri 78, biri 70, biri 60 yaşındadır – yaşayıblar – lakin hələ də yaşamaq istəyirlər. Və sən heç yaşamadın. Hətta mən belə səni aparacağım üçün üzgün hiss edirəm. Bir də düşün.”
Oğlan dedi ki “Yox, sadəcə bu vəziyyəti görəndə tamamilə əmin oldum. Üzgün və ya pis hiss etmə: mütləq fərqindəliklə gedirəm. Əgər atama yüz il kifayət etmədisə, burda olmağın anlamı nədir? Mən necə doya bilərəm? Doxsan doqquz qardaşımı görürəm; heç kim doymayıb. Elə isə zamanı boşuna xərcləmək nəyə lazım? Ən azından atama bu yaxşılığı edə bilərəm. Bu qoca vaxtında, 100 ilin də zövqünü çəkməsinə icazə ver. Lakin mən bitdim. Heç kimin doymadığı bu vəziyyəti görərək bir şeyi tamamilə anlayıram ki, yüz il yaşasam belə mən də doymayacağam. Buna görə də, bu gün və ya 90 il sonra getmək önəmli deyil. Sən sadəcə məni apar.” Ölüm oğlanı apardı. Və yüz il sonra geri qayıtdı. Yayati eyni vəziyyətdə idi. Dedi ki, “bu yüz il çox tez keçdi. Bütün oğullarım öldü, lakin başqa bir topluluğa sahibəm. Sənə bir neçə oğul verə bilərəm. Sadəcə mənə mərhəmət et.”
Bu davam etdi – heakyə belə davam etdi – min il boyunca. On dəfə ölüm gəldi. Doqquz dəfə hansısa oğulları apardı və hər dəfə Yayati yüz il də yaşadı. Sonra onuncu dəfə Yayati dedi ki, “ilk dəfə gəldiyin zamanki qədər doyumsuz olsam da, indi istəməyərək, istəksizcə olsa da gedəcəm, çünki yaxşılıq isyəməyə davam edə bilmərəm. Bu çox olar. Və bir şey mənim üçün dəqiqləşdi; əgər min il mənim doymağıma kifayət etmədisə, o zaman on min il belə kifayət etməyəcəkdir.”
Bu bağlanmadır. Sən yaşamağa davam edə bilərsən, lakin ölüm düşüncəsi belə, sənə daha çox təsir edər,  tir-tir titrəməyə başlayarsan. Lakin heç bir şeyə bağlı deyilsənsə, ölüm tam bu anda gələ bilər və sən xoş qarşılayan bir ruh halında olarsan. Getməyə tamamilə hazır olarsan. Belə bir adamın qarşısında ölüm məğlub olar. Ölüm sadəcə hər hansı bir könülsüzlük olmadan, hər an ölməyə hazır olanlar tərəfindən məğlub edilər. Onlar ölümsüz olarlar, onlar budda halına gələrlər.
Bu azadlıq bütün dini arayışların məqsədidir. Asılılıqlardan azad olmaq, ölümdən azad olmaqdır. Asılılıqlardan azad olmaq, doğum və ölüm döngüsündən azad olmaqdır.
Asılılıqlardan azad olmaq səni evrensəl işğa girəbilmə və onunla bir ola bilmə qabiliyyətinə sahib edər. Və bu ən böyük nemətdir, o tərəfində başqa heç bir şeyin var olmadığı son vəcd. Sən evə gəlmisən.

Mənbə: www.oshotherapy.com
Hazırladı: Fidan Aslanova

…..

Beyenmeler
1   14  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

3 comments

  1. “Ölüm yarımçıq yaşanmış, ıskalanmış bir həyatın qorxusudur” deyir Kafka
    Həyatı dolu-dolu yaşayan birinin ölüm qorxusu get-gedə azalacaqdır 🙂

Bir cavab yazın