ÖLÜYƏ QURAN OXUTMAQ HAQQINDA

Hər zaman aktual olub bu mözvu. Qarşı çıxan da olub, dəstəkləyən, hətta bunun üstündə möhkəm öcətləşənlər də. Bu sual hər zaman həssaslıqla verilib:

ÖLÜYƏ QURAN OXUTMAQ OLARMI?

Maraqlıdır ki, olar deyən də, olmaz deyən də, hər iki tərəf Qurandan dəlil gətirirlər fikirləri üçün. O ayə sənin, bu ayə mənim. Qırğın düşür. Bir tərəf islahatçı müsəlmanlar, digər tərəf mühafizəkar müsəlmanlar. Biri maarfilənmə adı ilə bu kimi halları dinə yamaq sayır, xurafat adlandırır, digər tərəf isə dəyər və gözəl ənənə olaraq qoruyub saxlamağı müqəddəs borc bilir. Hər iki tərəf müqəddəs kitablardan dəlillər gətirirlər. Amma həyatdakı dəlillər, ayələr heç kimin vecinə deyil sanki.

İndi bu yazını oxuyan biri haqlı olaraq sual edə bilər:
– Sən nə demək istəyirsən ki? Bəs hara müraciət edək? Oxuyaq, ya oxumayaq?

Mən isə cavabında bunu deyərdim:
– Həyatdakı nəfəs alan canlı ölülər oxudu dirildi və ağıllandı, qaldı qəbirdəkilər, eləmi?  Nə qədər istəyirsiniz oxuyun. Əsrlərdir oxuyursuz onsuz da. Nə faydası? Bununla müsəlmanlar nə qədər ağıllandı? Əksinə, sanki qəbirdəkilər ağıllanıb diriləri də yanlarına çağırırlar bir-bir. Ki,”ORDA DİRİ ÖLÜ OLMAQDANSA, BURDA ÖLÜB QALIN.  Görmürsüz ölənlərin sayı günbəgün necə artır? Vallahi, əgər həqiqətən onlar bizi eşidirlərsə də, məncə bizə bunu deyirlər: – Ay başına dönüm, sən oxuyub adam oldun, dirildin ki, mənə də oxudursan? Heç özün başa düşürsən orda nə deyilir? Kimdir ölü, sən ya mən?

Bunu oxuyan yenə çaş-baş qalacaq. Yenə üzünü mənə tutub deyəcək:
–  Ay insan, indi sən deyirsən ölüyə Quran oxumayaq?

Mənim isə dərdim böyükdür:
– Oxudanlarla işim yoxdur, qoy işlərində olsunlar. Onların problemi dirilərlədir. Dirilərdən bir şey görmədilər, dirilikdən anlamadılar, dirilə bilmədilər. Ay müxalif olanlar! Ay islahatçı dindarlar! DirilmƏk lazımdır, dirilərden bəhs etmək lazımdır, diriltmək lazımdır ki, bəlkə əl çəkələr o yazıq ölülərdən, bəlkə onlar da dirilə…

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın