Bildiyimiz kimi, təbiətdəki bir çox canlılarda olduğu kimi insanda da təbii örtü var. Bu, insan dərisidir. İlk insanlar çılpaq olublar. Tək örtüləri dəriləri olub. Geyim insanoğlunun zamanla təkamül edərək özünü təbiətdən (əxlaqi qorunma deyil) qorumaq üçün kəşf etdiyi bir yöntəmdir. İlk öncə bitkilərdən, heyvan dərilərindən və s. istifadə ediblər. Sonradan bir az daha təkminləşərək parçalar toxuyub xüsusi paltarlar hazırlayıbar. Və bu da zamanla onun mədəniyyətinə çevrilib. Bu da normaldır və indiki insanı paltarsız təsəvvür edə bilmərik.
Amma bu o demək deyil ki, insanın təbii halı natamamdır və dəri örtü sayılmır. Burdan yola çıxaraq deyə bilərik ki, təbii olaraq bütün insanlar örtülüdürlər və bu baxımdan eynidirlər. Geyim mədəniyyəti isə insanın sonradan qazandığı və formalaşdırdığı bir mədəni hadisədir. Buna görə də hər dövrün və hər regionun öz örtü anlayışı və geyim mədəniyyəti olmuşdur və davam etməkdədir. Sonralar bu geyim tərzləri sosial statuslar, dini kriteriyalar daşıyaraq daha ciddi hadisələrə səbəb olmuşdur. Hətta çağdaş dünyamızda geyimin bir dəyər ölçüsü olması daha da yayğınlaşmışdır. Geyim, günümüzdə brendləşərək insanları kütləvi şəkildə sosial parçalanmaya sövq etməkdədir.
Bütün bunlardan ziyadə, geyim ən çox dini müstəvidə mövzu omuş və dərin mübahisələrə, kinli ayrımçılıqlara və hətta qan tökülmələrinə qədər yol açmışdır. Hər bir din ortaya çıxdığı ərazidə, digər sosial məsələlər kimi geyimlə də həssas davranmışdır. Mövcud geyim tərzlərinə bir çox status və əxlaqi kriterlər əlavə edərək dəyişikliklər edilmişdir. Bununla da həmən dinin hakim olduğu ərazidə insanların geyimləri ciddi mövzu olmuşdur. Zamanla isə kültürləşmiş, mədəniyyətin bir parçasına çevrilmişdir.
İslam dininin Ərəbistan Yarımadasında ortaya çıxması bütün dünyanın ərəblər kimi geyinməli olduğu anlamına gəlməz. Bu, ayələrə şəkli yanaşmanın nəticəsidir. Halbuki hər bir ilahi mesaj özündə ümumbəşər tezlər daşıyır. Quranda ümumbəşər örtü anlayışına Araf surəsində toxunulur:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva (məsuliyyət) libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə,öyüd-nəsihətə qulaq asasınız. 7/26
Bu ayə təqva, yəni məsuliyyət libasından bəhs edir. Məsuliyyət libasina büüunun deyilir.Yəni hər işinizdə olmalı olduğu kimi geyiminizdə də məsuliyyətli olun. O dövrdə toplum üçün məsuliyyətli sayıla biləcək libas Araf surəsindən çox sonra nazil olmuş Nur surəsində biçimləndirilir. O dövrdə Ərəbistan Yarımadasında kafir, müşrik, münafiq deyilən hər kəs Qurana qədər və ondan sonra da baş örtüsündən istifadə etmişdir. Ayədə artıq mövcud olan baş örtüsünün açıq qalan yerlərə də çəkilməsi, ətrafda reaksiya və təhlükə yarada biləcək tərz və davranışların qaydaya salınması əmr olunur. Nur surəsində keçən baş örtüsü ifadəsi müqəddəs bir anlayış deyil, isti ölkələrdə qadınların və kişilərin geyim tərzidir. Nur surəsinin əsas hədəfi, açıq qalan və ətrafda rezonans yaradan tərəflərin, zinət deyilən cəlbetmə və xaos yarada biləcək tərz və davranışların biçimə salınmasıdır.
ZİNƏT -simvolik olaraq bəzək əşyaları, müxtəlif aksessuarlar ola bilər. Amma əslində bu zinətləri də ortaya çıxaran zehniyyətlərdir. Qadının cəlb etmə həvəs və marağı. Əslində, bu insan halıdır. Qadınların fitrətində vardır, deyərdim. Amma məsələ məqsəd və məramda, bunun biçimləndirilməsindədir. Çarşabda olan bir qadın belə, xüsusi effektli danışıq tərzi ilə bir neçə kişinin aglını qaçıra bilər. Demək, bu onun zinətidir.
Müəllif: Vüsaləddin Rüstəmov
Təqdirə şayan, gözəl və oxunulası bir yazı
Nudistlər onda dindardı yoxsa necə? Keçin də bu ucuz dindar təbliğləri, dininizlə səmimi üzləşin. Bəhailər kimi məna ilə göbək rəqsi edirsiz.
Məsələ Nudist, Teist, Panteist, Sosialist məsələsi deyil. Yazıda olan arqumetlərə iradınız varsa, onu bildirin. Yazarı söymək təbii ki, çox asandır.