Günəş kultuna sahib bütpərəstlərin ibadətlərindən biri də orucdur. Namaz vaxtlarını günəş vaxtı ilə təyin etdikləri kimi oruclarını da günəşin doğuş və batışına görə təyin edirdilər. Orucun başlanğıcı belə İslamiyyətdəki kimi Aya görə təsbit edilirdi. Eynilə, bu günki müsəlmanlar kimi, ayı görmək üçün növbətçi heyətlər belə qurulurdu. İslamiyyət əvvəli ərəb paqanlarının maraqlı adət-ənənələri var idi. (Hayrullah Örs, Musa Və Yəhudilik)
Ramazan dedikləri ayda bir ay oruc tutarlar, Məkkəyə Həccə gedib Kəbənin ətrafında yeddi dəfə dönərlər, “Qara Daş”-ı (Həcərül Əsvəd) müqəddəs sayar, onu öpər və gündə dörd və ya beş vaxt namaz (salat) qılar, şeytan daşlayardılar. (Is Allah the Same God as The God of Bible?, M. J. Afshari, p 6, 8-9, İslam, beliefs And Observances, Caesar E. Farah)
“İslamdan əvvəl Qureyş, Aşura günündə oruc tutardı.” (Buxari, e’s-Səhih, Kitabu s Savm -1)
Sabiilik, ulduz kultuna sahib olan ən qədim bütpərəst dindir. Maraqlıdır ki, sabiilərdən də 3 vaxt namaz qılar və 1 ay oruc tutardılar. Fərz orucun xaricində nafilə oruclara da sahib idilər. (İbn Nədim, El Fihrist, s. 442-445)
Quranda əvvəlki cəmiyyətlərdə da orucun olduğu yazılmışdır:
Bəqərə -183: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, oruc, sizə də yazıldı (fərz qılındı). Ola bilsin ki çəkinəsiniz.”
Qədim dinlərində oruc, xüsusilə, rahiblərin Tanrılara yaxınlaşmağa hazır olmalarını təmin etməyə yarayan bir yoldu. Ellinizm dövrünün inanclarına görə, Tanrılar bir sıra müqəddəs təlimləri ancaq oruc tutan şəxslərə vəhy yolu ilə göndərərdilər. Bəzi qədim mədəniyyətlərdə isə oruc, hirslənən Tanrıları təskinlik etmə kimi məqsədlərə yönəlmişdi. Sibir Tungu şamanları isə, ruhlarla əlaqə qura bilmək üçün oruc tutardılar. Bütün dinlərdə, müəyyən zamanlarda oruc tutma ənənəsi vardır. Budda rahibləri, yenə müəyyən günlərdə oruc tutaraq günahlarını etiraf edərək, təmizlənəcəklərinə inanarlar. Hindistanda Sadhular yenə günahlarından təmizlənmək üçün oruc tutarlar. Çində Yang qanununun başlamasından əvvəl müəyyən bir müddət oruc tutulur.
Müəllif: Vüsaləddin Rüstəmov
İslamdan öncə tandığımız bildiyimiz bütün dinlərdə demək olar ki, oruc qurban namaz günah haram halal və.s kimi anlayışlar vardır.Sizcə bu bütün dinlərin bir kökdən -Tanrıdan-gəlişinin isbatı ola bilərmi ?İlk insan din verilmişdir ?
Dinlər zamanla pozulmuş yenisi ilə əvəz olunmuş Sonda İslam. O da pozuldu.
Artıq insanlara din lazım olmadığı üçün peyğənbər gəlmir ola bilər.Çünki insanlar sadəcə seçim qarşısındadırlar.
http://islamiheqiqetler.blogspot.com/2017/05/fitretaz-saytnda-yaymlanan-oruc-tutmann.html?m=1