Kainat sonsuzdur; o hər zaman davam edirdi. Varoluşun mövcud olmadığı bir zaman yoxdur və varoluşun mövcud olmadığı bir zaman da olmayacaq. Varoluş sonzuluq deməkdir.
İnsan şüuru əsrlərdir inkişaf etməyib. Sadəcə, bəzən kimsə çiçək açır, lakin milyonlarla insan arasında sadəcə tək bir insanın çiçək açması qayda yox, istisnadır. Və bu insan tək olduğuna görə, çoxluq ona dözə bilmir. Onun varlığı bir növ təhqir halını alır; onun mövcudiyyətinin özü alçaldıcıdır, çünki o sənin gözlərini açır və potensialının və gələcəyinin fərqinə varmağını təmin edir. Və sənin inkişaf etmək üçün, daha şüurlu olmaq üçün, daha sevgi dolu, daha estetik, daha yaradıcı, daha səssiz olmaq üçün – ətrafında daha gözəl bir dünya yaratmaq üçün – heç bir şey etməmiş olmağın eqonu incidir. Sənin dünyaya bir qatqın olmadı; burdakı sənin varlığın bir rəhmət yox, bir lənət olub. Sən dünyaya öz ehtirasını, öz şiddətini, öz qısanclığını, öz rəqabətçiliyini, öz iqtidar aclığını təqdim edirsən. Sən dünyanı bir müharibə yerinə çevirisən; sən qana susamısan və digərlərini də qana susamış hala gətirisən. Sən insanlığı öz insanlığından məhrum edirsən. Sən insanın, insanlığın aşağısına, hətta bəzən heyvanların belə aşağısına düşməyinə kömək edirsən.
Buna görə də bir Gautama Budda və ya Chuang Tzu sənə batır, çünki onlar çiçək açıb və sən eləcə orda dayanırsan. Baharlar gəlib keçir və səndə heç bir şey çiçək açmır. Hec bir quş sənin yaxınına gəlib yuva qurmur və mahnılarını sənin ətrafında söyləmir. Bir Məsihi çarmıxa çəkmək və Sokratı zəhərləmək daha yaxşıdır; sadəcə onları ortadan qaldıraraq sənin heç bir şəkildə ruhsal olaraq aşağılıq kompleksi hiss etməyinə ehtiyac qalmır.
Şüurumuzu dəyişdirməliyik, dünyada daha çox meditasiya enerjisi, daha çox sevgi yaratmalıyıq. Köhnəni – onun çirkinliyini, onun çürümüş ideologiyalarını, onun axmaq ayrımlarını, axmaq xürafatlarını – yox etməliyik və təzə gözlərə, yeni dəyərlərə sahib yeni bir insanlıq yaratmalıyıq. Keçmişlə bir kəsilmə; başqaldırmanın mənası budur.
Sadəcə yeni bir insan, insanlığı və bu planeti və bu planetin üzərindəki gözəl həyatı xilas edə bilər.
İnqilabların, şəxsən inqilabçıların öz əllərində uğursuzluğa düçar olması qəribədir, çünki, bir dəfə iqtidar öz əllərinə keçəndə başqa cür düşünməyə başlayırlar. O zaman, onlar iqtidarlarına aşırı dərəcədə bağlanırlar. O zaman onların bütün səyi iqtidarı necə sonsuzadək əllərində saxlayacaqları və insanları necə idarə edə biləcəkləridir.
Din uğursuz olub. Elm uğursuz olub. Şərq uğursuz olub və Qərb uğursuz olub. İçində, Şərqin və Qərbin görüşə biləcəyi, dinin və elmin görüşə biləcəyi daha yüksək bir şeyin sintezinə ehtiyac var.
İnsan, sadə bir şəkildə özündən zövq alır, bu geniş kainatdan zövq alır, ağaclarla rəqs edir, sahildə dalğalarla oynayır, başqa heç bir səbəb olmadan, sırf zövq aldığı üçün balıqqulaqları toplayır. Havadakı duz və sərin qum, günəş doğur. Yaxşı bir qaçış; bundan artıq nə istəyə bilərsən. Mənə görə din budur: Havanın dadını çıxarmaq, dənizin dadını çıxarmaq, qumun dadını çıxarmaq. Çünki, varoluşun özündən başqa bir tanrı yoxdur.
Fəaliyyətində bütün olmaq sənə sevinc gətirir. Tam bir intensivliklə edilmiş adi, önəmsiz bir fəaliyyət belə, sənin varlığına bir işıq, bir doyum, dərin bir məmnuniniyyət gətirir.
Zehin bir seçicidir; buna görə də problem ortaya çıxır. Seçimsiz qal.
Üzüntünün içində heçmi gözəllik görə bilmirsən? Bu haqda düşün. Növbəti dəfə üzgün olduğun zaman, onunla savaşma. Mübarizəylə vaxt itirmə; onu qəbul et, onu buyur et, qoy o, buyur edilmiş bir qonaq olsun. Onun dərininə sevgiylə, diqqətlə bax … gerçək bir ev sahibi ol. Və təəccüblənəcəksən – üzüntünün sahib olduğu bəzi gözəlliklərə xoşbəxtlik əsla sahib ola bilməz. Hüznün dərinliyi var və xoşbəxtlik səthidir. Hüznün gözyaşları vardır. Və gözyaşları hər hansı bir qəhqəhənin gedə biləcəyindən daha dərinə gedər. Hüznün özünəməxsus bir səssizilyi, xoşbəxtliyin əsla sahib ola bilməyəcəyi bir melodiyası vardır. Xoşbəxtliyin öz mahnısı var, lakin, daha gurultuludur, səssiz deyildir.
Sənin, bütün dünyanı dəyişdirməyinə ehtiyac yoxdur; sadəcə özünü dəyişdirdiyin zaman, bütün dünyanı dəyişdirməyə başlayacaqsan, çünki sən dünyanın bir parçasısan. Tək bir insan belə dəyişsə, bu dəyişiklik minlərlə digər insana yayılır. Sən yeni bir insanlığı doğuracaq bir inqilabın tətikləyicisi olursan.
Sən onsuz da ən başından bəri bir tanrı, bir buddasan. Sənin Buddaya çevrilməyinə filan ehtiyac yoxdur; xəzinə ordadır, sadəcə sən onu hara qoyduğunu bilmirsən. Sən açarı yadından çıxarmısan və ya onun necə istifadə ediləcəyini unutmusan. Bilgiylə o qədər sərxoş bir durumdasan ki, olduğun hər şeyə qarşı laqeyd, unutqan bir hala gəlmisən. Bilgi alkoqol kimidir; insanları sərxoş edər. O zaman, onların qavrayışları bulanıqlaşır, xatırlama səviyyələri ən aşağı səviyəyə enir. O zaman orda olmayan şeyləri görməyə, orda olan şeyləri isə görməməyə başlayır.
Bir uşaq doğulduğu anda onun içində əngəllər yaratmağa başlayırıq. Onun içində müqayisə duyğusunu yaradırıq. “Biriləri səndən daha gözəldir, digəri səndən daha sağlamdır, o birinin uşağı belədir; onun qiymətlərinə, zəkasına bax hələ; yaxşı bəs sən nə edirsən?” Biz müqayisə anlayışını yaradırıq. Müqayisə, aşağılıq və üstünlük anlayışlarını da bərabərində gətirir; bunların hər ikisi xəstəlikdir, əngəldir. Artıq, uşaq sadəcə özü haqqında fikirləşə bilməz; hər zaman özünü bir başqası ilə müqayisə edərək düşünər. Müqayisənin zəhəri içinə girmiş olar. Artıq, bu insan həmişə iztirab içində qalacaq; var olmağın xoşbəxtliyi getdikcə daha qeyri-mümkün bir hala gələcək.
Hər kəs bənzərsiz olaraq doğulur. Müqaysə etmək mümkün deyildir. Sən sənsən, mən isə mənəm. Bir Budda Buddadır, bir İsa isə İsadır, bunları bir-biriylə müqayisə etmək imkanı yoxdur. Əgər müqayisə etsən aşağılıq, üstünlük duyğuları yaradacaqsan, bunlar eqonun formalarıdır. Və təbii ki rəqabət etmək, başqalarına qalib gəlmək üçün böyük bir arzu ortaya çıxar. Sən bunu bacarıb bacarmayacağın mövzusunda bir qorxu içində qalırsan, çünki bu şiddətli bir mübarizədir və hər kəs eyni şeyi etməyə, birinci olmağa çalışır. Milyonlarla insan birinci olmağa çalışır. Buna görə də böyük bir şiddət, aqressiya, kin, düşmənlik ortaya çıxar. Həyat bir cəhənnəmə çevrilər. Əgər məğlub olasan, acı içində qalırsan… və məğlub olma ehtimalın qalib gəlmə ehtimalından daha çoxdur. Və uğurlu olsan belə, xoşbəxt olmayacaqsan, çünki uğurlu olduğun anda, qorxu ortaya çıxar: Artıq, başqa biri bunu sənin əlindən ala bilər. Sən öncədən titrəyirdin, indi də titrəyirsən. Uğursuz olanlar da acı içindədir, uğurlu olanlar da.
Bu dünyada xoşbəxt bir insan tapamaq çox çətindir, çünki heç kim xoşbəxt olmaq üçün lazım olan şərtləri yerinə yetirmir. İlkin şərt, bütün müqayisələrdən vazkeçməkdir. Aşağı səviyyədə və ya üstün olmaqla bağlı bütün bu axmaq fikirləri burax. Sən nə üstünsən, nə də daha alt səviyyəsədəsn. Sən sadəcə özünsən. Sənin kimi biri yoxdur, müqayisə edə biləcəyin heç kim yoxdur. Sonra, birdən evə çatmış olursan.
Bilgini burax. Müqayisəni burax. Saxta şəxsiyyətləri burax. Bütün bu gedişat tamamilə mənfidir. Onu burax, bunu burax… buraxmağa davam et. Buraxacaq heç bir şey qalmayana qədər buraxmağa davam et… bax o zaman onu görəcəksən, sənin saf şüurun orda, qarşında olacaq.
İnanc, sənin cəhalətinin üzərini örtür. O əsla sənə gerçəyi göstərmir; sənə sadəcə bəlli bir dogmalar, etiqadlar verir və beləcə, sən onların içində bir bilgi aldanması yarada bilirsən. Lakin bu bilgi, bir xəyaldan başqa bir şey deyil. İnanca söykənən hər şey saxtadır.
Şübhə o qədər lənətlənmiş bir şeydir ki, sən onun gözəlliyini, onun zənginliyini unutdun.
Mən, tanrı tanımazlarla tanrıya inanan arasında hər hansı bir fərq görmürəm; onlar eyni gəmidə yolçuluq edirlər.
Dindar zehin zəkasını itirər, paslanar.
Mənbə: Osho – ” Anlayışın kitabı”
Hazırladı: Fidan Aslanova