OXUMAQ, OXUMAQ, YENƏ DƏ OXUMAQ!

OXUMAQ İNKİŞAFA AÇILAN QAPIDIR

Necə ki hər qapı arxasında tam fərqli bir aləm saxlayır və o aləmə açılırsa, oxumaq da içində dincliyi barındıran, inkişafa açılan bir qapıdır. Bu qapıdan içəri girmək isə dəyişməyə cəsarəti olanların haqqıdır. Bu qapıdan girən, əlbəttə, yenilənmiş, təmizlənmiş biri olaraq çıxar.

OXUMANIN MƏNASI İNKİŞAF ETMƏKDİR

Mütəxəssislərə görə, oxumaq, yaddaşı qüvvətləndirərək Alzhemier riskini ciddi nisbətdə aşağı salır.
Mütəxəssislərə görə, oxumaq, yaddaşı qüvvətləndirərək Alzhemier riskini ciddi nisbətdə aşağı salır.

Oxumanın mənası inkişaf etməkdir, təmizlənməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq; zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də təqvim yarpağının arxasındakı yazı olsun, oxunan hər şey, oxuyanda bir təsir buraxır. Oxumadan əvvəlki vəziyyətiniz ilə oxumadan sonrakı vəziyyətiniz arasında fərq meydana gəlir. Artıq siz əvvəlki siz deyilsiniz. Bir çox istiqamətdən dəyişməsi hiss edirsiniz. Müəyyən bir müddətdən sonra məlumat dağarcığınız genişlənməyə başlayır, danışdığınız dilə hakim vəziyyətə gəlib gözəl və axıcı danışığınızla sizi dinləyənə müsbət istiqamətdə necə təsir etdiyinizə şahid olursunuz.

Beynin ən yaxşı dərmanlarından biri də oxumaqdır. Beyin, sanılanın əksinə, əslində, tənbəl bir orqandır və sağlam çalışması və inkişafı üçün yeniliklərə ehtiyacı var və bu ehtiyacı ən yaxşı oxumaq qarşılayır. Çünki oxumaqla hər şeydən əvvəl insan yeni şeylər öyrənmiş olur. Zehni və ruhi istiqamətdən verdiyi dinclik bədənə də təsir edir. Mütəxəssislərə görə yaddaşı qüvvətləndirərək Alzhemier riskini ciddi nisbətdə aşağı salır.

OXUMANIN RUHİ İNKİŞAFA QATQISI

Oxunan, oxuyana bir mesaj vermək istər, məqsədi hər zaman oxucunu əvvəlki halından daha inkişaf etmiş bir fərd halına gətirməkdir. Lakin bu məqsədin reallaşması oxunan məlumatlarla yanaşı oxuyanın niyyətinə və oxuduqlarını düşünməsinə bağlıdır. Xüsusilə, ruhi inkişaf bu bağ ilə ortaya çıxır. Oxuyanın niyyəti əgər fərqindəlik qazanmaq, öz potensialına çatmaqdırsa, oxuduqları həm özünə, həm də yaşadığı ətraf mühitə, cəmiyyətə fayda verir. Əksinə, pis niyyətli birinin əlində, oxunan məlumatlar pis niyyətin qurbanı ola bilər və bunun nümunələrini də ətrafımızda görməkdəyik. Bu cür olduğunda, təəssüf ki, oxumanın gerçək mənasına çatılmaz.

İnsan, öz içindəki və kainatdakı bilinməyənləri, oxumanın verdiyi fərqindəlik ilə kəşf edər.
İnsan, öz içindəki və kainatdakı bilinməyənləri, oxumanın verdiyi fərqindəlik ilə kəşf edər.

Oxumaq və oxunulanları düşünmək, ön mühakimələri yox edərək dünyagörüşünü genişləndirir. Eyni hadisəyə fərqli dünyagörüşləri qazandırır. Öz şəxsi baxışımızdan sıyrılıb tərəfsiz bir gözlə baxmağımızı və bununla da olanı, olduğu kimi anlamamızı təmin edir.

Kitab oxumaq xoşbəxtliyin yolunu açır. Xoşbəxtlik, daxili dincliyin təmin edilməsi halıdır. İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə, yenə xoşbəxt ola bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır. Bütün çətinliklər, kədərlər, dərdlər, problemlər bilgisizlikdən qaynaqlanmırmı? İnsan, öz içindəki və kainatdakı bilinməyənləri, oxumanın verdiyi fərqindəlik ilə kəşf edər.

Sıxıntılı günlərdən, bədbinlikdən, çarəsizlikdən xilas olmanın çarəsidir, oxumaq. «Hər dərdə dərman» deyirlər oxumaq haqqında, həqiqətən də az qala hər dərdə dərmandır. Bilinməyən bilinən hala gələr və aydın olarsa, beləcə insan dərdinin şəfasını tapar. Ruhi sıxıntınız olanda əlinizə bir kitab götürüb oxuduğunuz zaman həm sizi fərqli bir aləmə aparıb sıxıntınızdan uzaqlaşmanızı təmin edir həm də çevirdiyiniz səhifələrdə çətinliyinizin səbəbini və çarəsini belə tapa bilərsiniz. Oxumaq, oxuduğunu düşünmək və anlamaq, zehini aydınlaşdırır və könül gözünün açılmasını təmin edir. Könül gözü açıq olan fiziki, əqli və ruhi bir dinclik içərisindədir. Anlayışda qəbul vardır, oxuduğunuz bir mövzunu anladığınız vaxt o mövzuya olan şübhəçi düşüncələrinizdən və ön mühakimələrinizdən xilas olmuş olursunuz və anlamaqla birlikdə dərin bir rahatlama və dincliyin içinizə dolduğunu da hiss edirsiniz. Yalnış anlaşılmalar beyni və ürəyi gəmirən qurdlardır. Əgər oxunan sözlərin gerçək mənası çözülər, aydın olarsa, o zaman zehin və ürək təmizlənər, şəfalanar.

Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı.

Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı. Bunu bacara bilən, bu yolda olan insan oxumasını biləndir. Həm özünü, həm digərlərini, həm kainatı. Öz içindəki kitabı oxuya bilən, birliyi görüb digər insanları da oxuya bilər. Yəni qarşısındakı insanı anlayar, onun nəyi və niyə etdiyinin fərqindədir. Kitab necə məlumat verən və öyrədici bir qaynaqdırsa, hər insan da belədir. Oxumasını bilən insan, mühakimə etmədən müşahidə etməyi bacara bildiyi üçün qarşısındakı danışmasa belə, onu eşidər, görər və hiss edər. O insanın davranışlarından nələr yaşamış olduğunu, o an necə bir vəziyyət içində olduğunu oxuya bilər. Eyni zamanda onun da bir kitab kimi bir öyrədici olduğunu bilir. İnsan insana çox şey öyrədər, çünki özünün aynasıdır. Qarşınızdakına mühakiməedici gözlə deyil, anlama niyyəti ilə baxdığınızda özünüz kimi onun da bir öyrədici, bir kitab olduğunu görəcəksiniz.

Oxumanın yaxşısı pisi olmaz. Oxunan hər şey, insanı inkişaf etdirməyə və öyrətməyə istiqamətlidir. Yalnız nəyi oxuyacağını, necə oxuyacağını, hansı kitaba ehtiyacı olduğunu bilməyən insanlar vardır və bu da oxumanın oxuyanda təsirini azaldır. Bir kitab alıb oxuyarsan və o kitab bitəndə sənə mənasız gələ bilər, halbuki oxunan heç bir şey mənasız deyil. Yalnız onu oxumağın sənin üçün doğru zamanı deyil. Müəyyən həyat təcrübələrindən sonra qazandığın fərqindəliklərlə o kitabı yenidən əlinə alıb oxumağa başladığında bu dəfə o kitab təsirini göstərər. İnsan , kitabda söylənmək istənənləri anlayan bir halda olar və o zaman anlayar ki, hansı kitabın nə vaxt, necə oxunması lazım olduğunun da bir qaydası var imiş. Öz ehtiyaclarını bilib özünü tanıyan biri nəyi, nə zaman, necə oxuyacağını bilir və bu şüurla oxumağa davam edən biri oxuduqlarından aldığı fərqindəliklərlə içində olduğu mənfi şərtləri inkişaf etdirmə gücünə sahib olur. Həyatının sükanını öz əlinə alır və dolu yaşamağın verdiyi xoş əhvalla həyatına davam edir.

İnkişaf etmək və inkişaf etdirmək üçün ürəyinizi oxumağa açın.

Mənbə: «İndigo» jurnalı. Müəllif: Deniz Taşkın
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +69 (from 73 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın