ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK

“Bir şeyin imkansız olduğuna inansanız, ağlınız bunun niyə imkansız olduğunu sizə isbat etmək üçün çalışmağa başlayacaq. Amma bir şeyi edə biləcəyinizə inandığınızda, həqiqətən inandığınızda, ağlınız etmək üçün çarələr axtarmaqda sizə yardım etmək üçün çalışmağa başlayacaq.”
Dr. David. J. Schwartz

Öz boyundan dəfələrcə yüksəyə tullanma sayəsində rekord göstərici birələrə aiddi. Onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın bu göstəricini təsdiqləməsi ücün 200 metr hündürlüyə tullanması lazımdır. Ən maraqlısı da odur ki, onlar bunu 78 saat dayanmadan davam etdirirlər.Birələr üzərində belə bir təcrübə aparılıb:
Bir gün birələri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanan birələrin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra birələri 30 sm hündürlükdə olan şüşə qaba qoyur və qapağını örtürlər. Tullandıqca başı şüşəyə dəyən birələr 29 sm hündürlükdə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qapağı götürürlər, qabı açıq səkildə isitməyə başlayırlar. Lakin birələr tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artiq 29 sm hündürlüyə tullanacaqlarını qəbullanmışlar.
öyrənilmiş çarəsilik, şüşə tavan sindiromuBu hadisəni insanlara da şamil etmək olar. Qarşılaşdığımız əngəllər və müvəffəqiyyətsizliklər insanı ümidsizliyə sövq edir. Bacarmayacağına inandırır. Bütün bunlar isə özlüyündə qabiliyyətləri koraldır, zənn edirsən ki, artıq heç nə bacarmırsan.

Bu sınaq canlıların bacara bilməyəcəklərini necə öyrəndiklərini göstərir. Bu birələrin yaşadıqlarına “şüşə tavan sindromu” deyilir. Psixologiyada “şüsə tavan sindromuna” “öyrənilmiş çarəsizlik” də deyilir. Öyrənilmiş çarəsizlikdə, məğlub olduğuna uzun müddət inansan,  məğlub olma gerçəkləşir. Öyrənilmiş çarəsizlik içərisində olmaq insanı ətalət halına salır.

Ətaləti yaradan inanc və düşüncələr bunlardır:

Dəyişməzlik inancı : “Belə gəlib, belə də gedəcək”;
Təsirsizlik inancı : “Bu işə yaramaz ki”;
Gərəksizlik inancı: “Etsəm nə dəyişəcək ki?”;
Yararsızlıq inancı: “Bunu etməmin heç bir faydası olmaz”;
Gecikdirmə inancı: “Bunu daha sonra edərəm”;
Nəzarətsizlik inancı: “Bunu etmək mənim əlimdə deyil ki”;
Yetərsizlik inancı: “Mən kiməm ki, bunu edim”;
Mükəmməliyətçilik inancı: “Ən yaxşısını edə biləcək səviyyəyə çatana qədər heç bir şey etməməliyəm”;
Müvəffəqiyyətsizlik gözləntisi: “Bu iş mənlik deyil, özümü biabır edərəm”;

Yaşanan uğursuzluqlar bizə üç şeyi unutdurur:
– Daha böyük xəyallar qura bilməyi ;
-Təkrar sınama cəsarətini ;
– Daha artığını bacara biləcəyimizə olan özgüvəni ;
öyrənilmiş çarəsilik, şüşə tavan sindiromuİnsan özünə bir sərhəd müəyyənləşdirmişsə, o sərhəddə qədər çalışır və ondan sonrasının ola biləcəyini düşünmür belə. Bu sindrom insanda yetərsizlik duyğusu yaradır. Bu insanın ola biləcəyinə inandığı ən üst nöqtə onun şüşə tavanıdır. Şüşə tavanınız xəyallarınızın tavan yüksəkliyini göstərir. İnsan inandığına bərabərdir. Edə biləcəyini düşündüyü qədərdir.
Bu sindrom təkcə zehni olaraq təsir etmir. Stress həm də fiziki bədənə təsir göstərir. Yorğunluq, halsızlıq, çəkı itkisi və ya əksinə həddən artıq çəki alma, həzm sisteminin pozulması və s.  baş verir. Beyin düzgün çalışmadığı üçün bu digər orqanlara da təsirsiz ötüşmür.
Öyrənilmiş çarəsizlik və ətalətdən qurtulmanın başlıca yolu fərqində olmaq, hərəkətə keçmək və özgüvəni yenidən qazanmaqdır.

Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın