ÖZSAYĞI NƏDİR?

Söz oÖzsayğı nədir?laraq anlamı çox açıq olduğu üçün, qısaca olaraq “özsayğı, insanın özünə göstərdiyi sayğıdır.” deyə bilərik.

İnsan həyatının bütün aspektlərinin mərkəzində “özsayğı” vardır.

Özsayğı, xoşbəxtliyimizin və tənqidlərin öhdəsindən gələ bilmə və tənqidlərdən öyrənə bilmə qabiliyyətimizin təməlini yaradır.

Bu da, hədəflərə çatmağımızdakı uğuru müəyyən edir.

Özsayğımızın dayağı “etdiklərimiz” olsa, bu, mənfilik doğurar.

Lakin, özsayğının dayağı “kim olduğumuz” dursa, o zaman ruhun, güvən və cəsarət yaradan daxili güclərinə çatmaq bacarığımız da ortaya çıxar.

Lakin zehnimizə yaxşıca yerləşməsi üçün, bəzi nümunələr verməkdə yarar var:

– Özümüzlə münasibətimizdə dürüst ola bilməkdir.
– Özümüzlə, və xüsusilə də zəifliklərimizlə üzləşmək və özümüzdən heç nə gizlətməməkdir.
– Həqiqətdə, xətalarda doğulduğumuzu bilmək və xəta etdiyimiz zaman özümüzü pis hiss etməməkdir.
– Xəta etdiyimiz zaman, özümüzə bəhanələr, üzrlü səbəblər yaradıb, bəhanələrin arxasına gizlənməməkdir.
– Lazım gələndə qarşımızdakı insana “yox” deyə bilməkdir.
– İnsanlardan iltifat ( yaltaqlıq anlamında olmayan ) qəbul edə blməkdir.
– İnsanların bizə yönəltdiyi tənqidləri qəbul edə bilməkdir.
– İnsanların gözünün içinə baxa bilməkdir.
– Səhərlər oyananada, yerimzidən qalxmaq üçün səbrsizlənməkdir.
– Bu şənbə axşamını tək keçirib, xoşbəxt ola bilməkdir.

Aşağı özsayğı 2 cür qarşımıza çıxır. A – passiv tipli aşağı özsayğı : qorxudan qaynaqlanan, dəyərsizlik duyğusu görüntüsündə, öz içinə çəkilmə, yaltaqlanmaq, özünə acımaq və özünü acındırma, özünü aciz, qurban kimi görmək. B – Təcavüzkar tipli aşağı özsayğı : Əslində bu tipin də qaynağında qorxu var. Lakin bu xaricdən sezilə bilməz. Bu insanlar, bir şeyləri itirməmək üçün təcavüzkar davranışlar sərgiləyirlər.

İndi isə aşağı öz sayğı hallarına aid davranışlara yaxından baxaq.

A – passiv tipli aşağı öz sayğı davranışları:

1 – Özünü başqalarından aşağı görmək ( eqoist deməsinlər deyə )
2 – Öz doğrularını, haqlarını başqalarınınkından dəyərsiz görmək
3 – Başqalarına Özsayğı nədir?qarşı müdafiəçi olmaq
4 – Heç kəsdən iltifat qəbul etməmək
5 – Depressiv hiss etmək
6 – Yalnız və utancaq hiss etmək
7 – Suçluluq duyğusu altında əzilmək
8 – Özünü ayaqaltı səviyyəsində hiss etmək
9 – Özgüvən əskikliyi səbəbiylə başqalarından asılı olmaq
10 – Dəyişiklikdən qorxmaq
11 – Başqalarının, özü haqqında nə düşündüyü ilə həddindən artıq maraqlanmaq
12 – Özünə qarşı dağıdıcı, ziyankar olmaq (məsələn, belə insanlar səy göstərib bir şeylər edir və sonra özünü yaxşı hiss etmədiyi an hamısını dağıdır )

B – Təcavüzkar tipli aşağı özsayğı:

1 – özünü başqalarından üstün görmək ( eqoist deməklərindən qorxmaz )
2 – Öz doğrularını, haqlarını, başqalarınınkından dəyərli görmək
3 – Başqlarını aşağı görmək, kibirli olmaq
4 – Aşırı özgüvən
5 – Aqressiv, təcavüzkar hiss etmək
6 – Bədbəxt hiss etmə, lağlağaçılıq
7 – Başqalarının duyğularını yox saymaq
8 – Nadir hallarda xətasını qəbul etmək. Adətən, xətaların inkarı.
9 – Başqalarını eqoistçə idarə etmək, yönləndirmək
10 – Başqalarının özü haqqında düşüncələri ilə, sözləri ilə maraqlanmamaq. “Sizdən öyrənəcəyim bir şey yoxdur. Mən bilirəm, özümün müəllimiyəm” rəftarı.
11 – Güc axtarmaq, güc dayaqlı  məsuliyyətsizlik
12 – Özünə qarşı dağıdıcı, ziyankar olmaq (məsələn, belə insanlar səy göstərib bir şeylər edir və sonra özünü yaxşı hiss etmədiyi an hamısını dağıdır )
13 – Dar zehin. Bütün şəklində  və çox yönlü düşünə bilməmək
14 – Özünə və ya başqalarına qarşı zərər verici, dağıdıcı davranışlar

Yüskək öz sayğının xüsusiyyətləri:

İki tip aşağı öz sayğı arasında balans qurulması ilə yaranan davranış və düşünmə biçimləridir.

1 – Öz doğruları və başqalarının doğruları, haqları arasında balans qurmaq
2 – Özünə və başqalarına dəyər vermək
3 – Şişirdilməmiş formada iltifat etmək və iltifat qəbul etmək
4 – Dostca, səmimiyyətlə rahat davranışlar sərgiləmək
5 – Duyğularının fərqində olmaq və onları idarə edə bilmək
6 – Enerjili olmaq və həyatdan zövq almaqÖzsayğı nədir?

İnsanın bir hədəflədiyi şəxsiyyəti və bir də xaricdən görünən şəxsiyyəti, imici vardır. Bu ikisi arasındakı fərq nə qədər çoxalsa, insanın özünə sayğısı o qədər azalar. Bu fərq azaldıqca da öz sayğı artar. Yüksək öz sayğı, xətaların və itkilərin öhdəsindən gələ bilməyimizi təmin edər.

Mənbə: blog.milliyet.com.tr
Müəllif: Tuncay Erciyes
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın