ÖZÜNƏ GÜVƏNMƏYİN 19 YOLU

Özünə güvənməyin 19 yolu1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, “Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: “Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.”

2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qeşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz.  Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz. Görünüşünüzü yaxşılaşdırmağınız, həm sizin özünüzə, həm də başqalarının sizə olan baxışının müsbət yöndə dəyişməsini təmin edəcəkdir.

Qeşəng bir paltar geyinəndə ( çox uyğun bir qiymətlə bir araya gətirdiyim), yansımasını düşüncələrimdə, davranışlarımda və insanların mənə olan reaksiyalarında açıq bir şəkildə görə bilirəm. Adi geyindiyiniz bir günlə, olduqca qeşəng geyindiyiniz gün küçəyə çıxanda insanların sizə olan reaksiyalarını özünüz dəyərləndirin. Alış-verişdə, bankda işinizi həll edərkən, və ya bir şey içmək üçün hardasa oturanda insanların sizə yanaşmaları fərqli olacaqdır.

3. Diqqətinizi öz üzərinizdən çəkin: İnsan əlaqələrində çətinlik yaşamağımızın ən önəmli səbəblərindən biri, diqqətimizi öz üzərimizdə saxlamağımızdır. Özümüzə fokuslanırıq. Utancaqlıq, davamlı olaraq özümüzə diqqət etməyimizdən və başqalarının da hər an bizə diqqət edib bizi mühakimə etdikləri düşüncəsindən qaynaqlanır. “Görəsən, qarşımdakı insan mənim haqqımda nə düşünür?” deyə davamlı olaraq bir narahatlıq yaşayarıq. Bu şəkildə necə rahatlayıb özümüz ola bilərikki? Həyatın dadına necə baxa bilərik? Evdən bayıra çıxdığımız anda gərilməyə başlayarıq. Diqqətinizi öz üzərinizdən atıb başqalarına verin.

Özünü rahat buraxmasan, hər an rədd edilmə qorxusu ilə yaşayarsan. Əlbəttə, axşam özünü pis hiss edərsən. Qırxayaq necə yeridiyinə diqqət etdiyi zaman yeriyə bilməyibmiş. Sən də atdığın hər addımı ölçsən, eninə uzununa düşünsən, təbiiliyini yox edərsən. Yeriyə biləcəyin kimi yeriyə bilməzsən. Ondan sonra da davamlı olaraq, “Niyə elə elədim, niyə belə elədim.. niyə onu söylədim, niyə bunu söyləmədim?” deyərsən. Dünyanı özünə zəhər edərsən. Özün olmağın özgürlüyünü və xəfifliyini yaşa!

Bəzi kitablarda, yerimə sürətinizi artırın, deyir. Daha da yaxşısı, gedəcək bir yeriniz və etməli olduğunuz işlər olsun. Hədəfləriniz varsa və bunun uğunda çalışırsınızsa, onsuz da özünüzü düşünməyə vaxtınız qalmaz. Özünüzlə uğraşmazsınız. Yəni təbiiliyinizi qazanarsınız və bunun sayəsində gerçək mənliyinizi ortaya tökə bilərsiniz.

4. Etməyiniz lazım olan şeyləri edin: Bir şeyi etməyiniz lazımdır və ona laqeyd yanaşırsınızsa, özünüzə duyduğunuz güvəni və sayğını  zədələyərsiniz.

5.Hədəflər təyin edin və gündəlik irəliləmələr yazın: Hara getdiyinizi bilin. İnsana daha çox güvən verə biləcək çox az şey vardır.

6-Söz alın: DüşünChief-product-officer-businessman-smilecələrinizi söyləməkdən; sinifdə, bir toplantıda və ya bir qrupla birlikdəykən söz almaqdan çəkinməyin. Danışmadıqca, bir şeylər danışmaq mövzusundakı tərəddüdünüz artar. Avtobusda, benzin alarkən və ya sırada gözləyərkən insanlarla söhbət edin. Dünyanın ən ağıllı şeyini söyləmək məcburiyyətində hiss etməyin, özünüzü. Salam verin, havadan sudan danışın. Marketdə olarkən, liftdə olarkən insanlara bir şeylər söyləyin.

7-Rahatlayın:  Sevgiyə açıq olun, həyatı içinizə çəkin.

8-Oxuyun: Ümumi dünyagörüşünüzü artırın. Futbol, paparazzi və popstar məsələlərinin xaricində danışacaq bir şeyləriniz olsun.

9-İdmanla məşğul olun: İdmanla məşğul olarkən  ifraz olunan endorfin həm sizi gücləndirəcək, həm də rahatlaşdıracaq. İdman, sizə gərginliyi atmağınıza köməkçi olur, dinclik təmin edib güvən verir. İdmanın fiziki olduğu qədər, zehni və ruhi faydaları da vardır. Depressiya yaşayan insanlara həkim və psixoloqların ilk tövsiyəsi, hərəkət etmələri və ya idman etmələri istiqamətindədir.

10.Yerişiniz, özünüzə duyduğunuz güvəni göstərsin: “Özümlə qürur duyuram”deyən bir yerişiniz olsun. Özünüzlə qürur duymalısınız, çünki bir şeyləri dəyişdirmə cəsarətini göstərirsiniz. Bayırda və televiziyada, insanların yerişlərinə diqqət edin. Kimlər özləriylə qürur duyur?

11. Soyuqqanlı olun: Yaşadığınız ana fokuslanın. Keçmişdə də, gələcəkdə də yaşamayın. Zehininizi yavaşladıb dincliyinizi qoruyun.

12.Ses tonunuza diqqət edin: Səs tonunuz sizinlə əlaqədar əhəmiyyətli ipucları verir. Səsinizi yalnız siz eşidə bilirsiniz?  Özünə güvənən insanların səsi daha yüksək çıxar.

13.Gülümsəyin: Amma bu gülümsəmə yalnız səthi mimikalarla olmasın. İçdən gülümsəyin, ruhunuz gülümsəsin.

14.Göz təması qurun: Özünə güvənməyən insanlar gözlərini qaçırarlar. Təbii ki bu, qarşımızdakı adama gözlərimizi heç ayırmadan baxmaq mənasını vermir. Yenə, bayırda və ya televiziyada izlədiyiniz proqramlarda, insanların göz təmaslarını müşahidə edə bilərsiniz. Özünü güvəndə hiss etməyəni və ya o anda rahat olmayanı fərq edə  bilərsinizmi? Özünə güvənən və rahat olan adam, qarşısındakının gözlərinə necə və hansı sıxlıqda baxır?

15.İstər kişi olun istər qadın, möhkəm bir əl sıxmağınız olsun: Salamlaşarkən, yalnız əl uzadılmaz, qarşılıqlı mesaj mübadiləsi də həyata keçirilər. Əllə salamlaşarkən, sadəcə əlinizi uzatmağınız, qarşıya sizinlə əlaqədar qarışıq mesajlar yollayar. Qarşınızdakı adama, ‘Məndə həyat var!’ mesajını verin.

16. Sosial mühitlərdə olun, insanlarla tanış oluÖzünə güvənməyin 19 yolun: Müxtəlif fəaliyyətlərə qatılın. Fərqli şeylər təcrübə edin. Sadəcə kiçik bir çevrədə yaşamayın.

17. Müsbət və özünə güvənən insanlarla dostluq edin: Mənfi təsirləndiyiniz dostlarınızla tez-tez görüşməyin. Davamlı olaraq ağlayıb sızıldayan duyğusal vampirlərdən qaçın.

18. Sevgi əlini öncə siz uzadın: Riskə girin. Böyük bir ehtimalla, qarşısınızdakı insan da özünü, sizin hiss etdiyi kimi hiss edir. Bunu bir neçə dəfə sınayıb müsbət reaksiya aldıqda insanlarla dialoqlarınızda özünüzü daha rahat hiss edəcəksiniz.

19. Enerji səviyyənizi artırın:  Fizioloji olaraq özünüzü yaxşı hiss etdiyinizdə, özünüzə olan güvəniniz artacaq. Bunun üçün qidalanmanıza və yuxunuza diqqət etməlisiniz. İdman etməlisiniz, dərin nəfəs almalısınız. Yorğun, yuxusuz və ya özünüzü enerjili hiss etmədiyiniz zamanlarda özünüzə olan güvəninizin azalacağını bilin.

Mənbə: www.gencgelisim.com
Müəllif: Cengiz Erşahin

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

One comment

  1. Bunlarla yanaşı nəyə qadir olduğuna əsaslanıb özünə bu qədər güvənmək lazımdır. Əks təqdirdə özünə çox güvənmək, harda baş verməyindən asılı olaraq adi dilxorçuluqdan tutmuş böyük faciəyədək səbəb ola bilər.

Bir cavab yazın