ÖZÜNÜ DƏYİŞ

Anqlikan kilsəsinin keşişinin qəbri üzərində bu sözlər yazılıb:

“Gənc və xəyallarımın sonsuz olduğu dövrdə dünyanı dəyişmək istəyirdim.Yaşlanıb dünya görüşüm artdıqda dünyanın dəyişməyəcəyini anladım. Mən də istəklərimi bir qədər azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim. Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını yaratdı. Daha da yaşlanarkən son bir cəhdlə ailəmi, yaxınlarımı dəyişdirməyi qərara aldım. Amma çox təəssüf ki, onu da bacarmadım. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim. Onlardan alacağım cəsarətlə məmləkətimi daha da inkişaf etdirərdim. Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim”.

özünü dəyiş-çılpaqQarşımızda olan əslində insanın dəyişmış, deformasiyalara uğramış halıdır. İnsan dəyişərək bu hala gəlmiş. Əgər yenidən dəyişərsə, öz təbii halına, fitrətinə dönər. Bəs insanın yenidən özünə dönməsi niyə bu qədər çətindir? İnsan niyə özü olmaqdan qorxur?
Bəzən insan dərk edir ki, insanlarla nə qədər manipulyasiyalar edib, əgər dəyişərsə onu qəbul etməzlər. Yəni fobik səviyyə yaranır. Anlayır ki, illərlədir əsl “mən”in üzərini örtüb. İnsan o zaman kamil insan olacaq ki, özünü dərk edəcək. Bu kamilləşmə üçünsə, necə deyərlər, “soğan kimi soyulmalısan”. Bütün xaricdən aldığı qiyafəni rədd edən, çılpaq qalan insan özünü tanıyacaq.

“Heç şübhəsiz bir toplumun fərdləri öz iç dünyalarını dəyişdirmədikcə, Allah da o toplumun halını dəyişdirməz.”(Qurani-Kərim 13/11)

Bu ayə cəmiyyət və həyatın inşası üçün insanın özünü inşa etməsini vacib sayır. Yəni Allahın bir cəmiyyətin gedişatı haqqındakı iradəsi, o cəmiyyəti formalaşdıran fərdlərin seçimlərindən bilavasitə asılıdır. Bu ayə gedişatı bəyənməyən insanın qarşısına dəyişimi bir hədəf olaraq qoyur. Bunun başlama nöqtəsi insanın özüdür. Özünü dəyişə bilməyənlər başqalarını dəyişə bilməzlər. İçindən aydınlanmayan çölünü əsla aydınlada bilməz.
İşə özünüzü dəyişdirməklə başlayın. Bunun üçün özünüzü dərk edin. Özünüdərk hər bir inkişafın başlanğıcıdır.

Müəllif :  Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +22 (from 28 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

One comment

Bir cavab yazın