ÖZÜNÜZƏ DAHA ÇOX ZAMAN AYIRMAĞIN 3 YOLU

İnsanlardan, etmək istədikləri şeyləri niyə etmədiklərini soruşanda, aldığımız cavab, adətən “Vaxtım yoxdur!” formasında olur. Lakin bu doğru deyil və ola da bilməz, çünki vaxt həmişə var, lakiÖzünüzə zaman ayırmağın 3 yolun insanlar ondan istifadə etməyi bilməz. İnsanlar iş yerində saatlarını keçirər, məsuliyyətlərini şişirdər və əsl zaman ayrılmalı olan şeylərə zaman ayıra bilməyəcək hala gələrlər. Çoxumuzun həyat məqsədi belə yoxdur, bəzilərimiz isə həyat məqsədlərini necə gerçəkləşdirəcəyini bilmir. Özünüzdən soruşun.. bizi, davamlı olaraq bir şeyləri istehlak etməyə yönləndirən hal-hazırkı dünyada, xobbiləriniz, maraq sahələriniz varmı və bunlar üçün nə edirsiniz? Özünüzə necə zaman ayırırsınız?

Yaradıcı və məhsuldar olmaq, insanın, həyatını davam etdirməsi üçün birinci dərəcədə önəm daşıyır. Bir çoxumuz, bunu təməl bir ehtiyac olan yemək hazırlamaq məşğuliyyəti ilə gerçəkləşdiririk, lakin, məhsuldarlıq, eyni zamanda bağla məşğul olmaq, şəkil çəkmək, yazı yazmaq, qaralamaq, bəstələmək kimi saysız- hesabsız məşğuliyyətlə də gerçəkləşdirilə bilər. Doyumlu bir həyat üçün, fiziki, psixoloji, duyğusal və intellektual yönlərimizə  yaxşı baxmalı və onları qidalandırmalıyıq.

Elə buna görə də, gerçəklə üzləşməyimiz çox önəmlidir: Həyatımızın, məhsuldarlıqla əlaqədar olan bu yönləri ilə nə qədər vaxt keçiririk? Toplamda, nə üçün nə qədər zaman ayırdığımızı hesablayanda, nə qədər çox zamanımızın zibil qutusuna getdiyini anlamağımız mümkün olar.
3 yol ilə özümüzə daha çox və daha keyfiyyətli zaman ayırmağımız mümkündür. İndi, bunlara yaxından baxaq.

1. İŞ YERİNDƏ KEÇƏN ZAMAN

Çoxumuz, iş yerimizdə saatlar keçiririk. Bu da bəs deyilmiş kimi, evə işi gətiririk. İş əslində gün boyu və gecə belə zehnimizdə yer alır. Davamlı olaraq ediləcək şeyləri düşünür və yoruluruq. Fərqinə varmırıq. İşin əsli budur: iş, iş yerində edilər və iş yerindən çıxdıqdan sonra başqa bir şey etmək vaxtıdır. İş sonrası rejiminizə keyfiyyətli vaxt qalması üçün iş yerindəki zamanınızı doğru planlayın. Əslində, hər gününüzü diÖzünüzə daha çox zaman ayırmağın 3 yoluqqətli və məhsuldar keçəcək şəkildə planlamalısınız. Əgər işiniz, aşırı intensiv və tələbkardırsa, şəxsi sahənizə yer aça bilmirsinizsə, bu iş, sizin üçün çox da uyğun olmaya bilər. Nəhayətdə, sağlamlığınız və əhval-ruhiyyəniz, iş yerindəki məhsuldarlığınıza da birbaşa təsir edir.

2. İŞ SONRASI REJİMİNİZ

İşdən sonra vaxtınızı necə keçirirsiniz? Məhsuldar keçirilən bir iş gününün ardınca dincəlməli, sizi xoşbəxt hiss etdirən bir məşğuliyyətin içində olmalı və ya yaxınlarınızla vaxt keçirməlisiniz. İşdən sonra olan rejiminizi sorğulayın, TV-dəki lazımsız proqramlarla, səmərəsiz internet gəzintiləri ilə vaxt keçirirsiz bəlkə.. ?
Daha erkən yatmağı, daha erkən oyanmağı və özünüzə səhərin məhsuldar enerjilərini hədiyyə etməyi seçə bilərsiniz. TV-dəki hipnozedici proqramlardan uzaqlaşıb ailəniz və ya sevdiklərinizlə zövqlü bir piyada gəzinti edə bilərsiniz. İş sonrası saatlarınıza uyğun bir kurs tapıb bu kursda səmərəli vaxtlar keçirə bilərsiniz. İndi oturun və hesablayın. İşdən sonrakı saatlarınızı necə keçirirsiniz və əslində necə keçirməyi istəyərdiniz? İstəyiniz istiqamətində dərhal bir addım atmağı unutmayın.

3. DİGƏR İNSANLARLA KEÇİRDİYİNİZ VAXTLAR

Vaxtınızın nə qədərini digər insanlarla birlikdə keçirirsiniz? Vaxtınızın çoxunu uşaqlarınız, partnyorunuz və ailənizlə keçirirsiz bəlkə..? Bu təbii ki mükəmməl bir şeydir, sağlam və keyifli bir ailə həyatı üçün onlarla vaxt keçirməyiniz və bunun sayəsində zənginləşməyiniz çox normaldır. Lakin,  zamanınızın hardasa hamısı bu şəkildə keçirsə, burda biraz problem olduğu söylənə bilər.
“Özünüzü sevmədən digərlərinizi sevməyiniz qeyri-mümkündür.”
Özümüzə yaxşı baxmasaq, digərlərinə də yaxşı baxa bilmərik. Özünüzə daha çox zaman ayırmağın 3 yolu

Nə yaxşı ki, zərərin harasından qayıtsaq, xeyirdir. Həyatlarımızı dərhal indi gözdən keçirə bilər, həyatlarımıza yeniliklər gətirə bilərik. Təki istəyək və səmimi bir niyyətlə yola çıxaq. Ağlımızın, bədənimizin və ürəyimizin ən yaxşı baxmalı olduğumuz şeylər olduğunu və həyatda məhsuldarlığımızı artıran seçimlər etməli olduğumuzu xatırlayaq. 

Həyatda arzularımızın, yaradıcı xobbilərimizin arxasınca getmək qədər bizə zövq verən bir şey yoxdur. Əgər bunlara vaxt ayırmasaq, qalan hər şey ( iş, uşaqlar, ailə, alış-veriş, ev işləri…) bir müddət sonra bizə boğucu gəlməyə başlayacaq. Sizi hansı məşğuliyyətin və ya xobbinin həyəcanlandırdığını hələ kəşf edə bilməmiş ola bilərsiniz. Bunu tapmaq üçün niyyətinizi dilə gətirin. Və unutmayın, həqiqətən istədiyiniz şeyi etmək üçün hər zaman vaxtınız var. 

Mənbə: yeniboyutlar.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın