PARADOKSU QUCAQLAMAQ – 1

Təklik gözəldir, aşiq olmaq, insan içinə qarışmaq da gözəldir. Və bunlar bir-birini tamamlayar, ziddiyyət yaratmazlar. Başqaları ilə birlikdə olarkən bundan həzz al, özü də sonuna qədər; bu zaman bunu problem etməyin, təklik haqqında narahat olmağın bir adı yoxdur. Və başqlarından sıxılanda onda təkliyə keç və bundan da sonuna kimi həzz al.
Seçməyə çalışma – seçməyə cəhd etsən, çətin vəziyyətə düşərsən. Hər seçim səndə bir növ dilemma yaradacaq. Niyə seçəsən ki? İkisinə birdən sahib ola biləcəyin halda nəyə görə birini seçəcəksən?
Mənim bütün təlimlərim iki  sözdən ibarətdir, ” meditasiya” və “sevgi”. Sonsuz səssizliyi hiss edə bilmək üçün meditasiya et və sev ki, həyatın bir mahnıya, bir rəqsə, bir bayrama çevrilə bilsin. İkisi arasında gedib gələ bilməlisən və bunu rahat bir şəkildə edə bilsən, özünü məcbur etmədən bunu bacara bilsən, demək ki, həyatdakı ən önəmli şeyi öyrəndin.
Bu, əsrlərdir ən önəmli problemlərdən biri olmağa davam edir: meditasiya və eşq, təklik və münasibət, seks və səssizlik. Sadəcə sifətlər fərqlidir, problem eynidir. Və əsrlərdir, bu problem düzgün başa düşülmədiyinə görə, insanlar acı çəkirlər – insanlar seçim edirlər.
Münasibəti seçənlərə, dünyəvi zövqlərə meyillidir, deyirlər və təkliyi seçənlərin adı keşiş olur, onlar digər dünyaya aiddirlər. Lakin hər iki qrup da acı çəkir, çünki yarımçıq qalırlar və bu da bədbəxtlik gətirir. Bütün olmaq demək, xoşbəxt və sağlam olmaqdır; bütün olmaq qüsursuz olmaqdır. Yarım qalmaq bədbəxtlikdir, çünki digər yarı hər zaman təxribat halındadır, qisas almağa hər an hazırdır. Digər yarı əsla tamamilə ortadan qalxmaz, çünki o sənin digər yarındır! Sənin təməl bir parçandır, götürüb ata biləcəyin bir şey deyil.
Bu, bir dağın, ” Ətrafımda dərə olmasını istəmirəm” deməyinə bənzəyir. Dərələr olmasa, dağlar da olmaz. Dərələr dağın varlığının parçasıdır; dərələr olmadan dağ var ola bilməz; bir-birilərini tamamlayarlar. Əgər dağ, dərəsiz var olmaq istəyirsə, o zaman ortada dağ qalmaz. Əgər dərə, dağ olmadan var olmaq istəyirsə, o zaman da ortada dərə qalmaz. Və ya rola girərsən – dağ, heç dərə yoxmuş kimi davranar. Lakin dərə ordadır – onu gizlədə bilərsən, şüuraltının dərinliklərinə ata bilərsən, lakin orada qalar, inadkardır, varlığının bir hissəsidir, yox edə bilməzsən. Hətta, necə ki, dağ ilə dərə bir bütündürsə, eşq və meditasiya, təklik və münasibət də elədir. Təklik dağı, ancaq münasibət dərələrindən yüksələ bilər.
Əslində, münasibətdən zövq ala bilmirsənsə, təklikdən də zövq ala bilməzsən. Münasibət sayəsində təklik ehtiyacı duyarsan, bu bir ritmdir. Biri ilə dərin bir münasibətə girdiyin zaman, tək qalmağa böyük bir ehtiyac duyarsan. Özünü yorğun, tükənmiş, bitmiş hiss edərsən – xoşbəxtlik yorğunusan, lakin hər həyəcan çox yorucudur. Birlikdə olmaq müdhiş gözəl idi, lakin indi tək qalıb özünü toplamaq istəyirsən, beləcə, yenidən dolub daşa biləcəksən, yenidən ayaqlarının üstündə dayana biləcəksən.
Eşqdə başqasının mənliyinə girdin, özünlə münasibətini qopardın. Boğuldun, sərxoş oldun. İndi isə yenidən özünü tapmağın gərəkdir. Lakin tək qalanda yenə eşq ehtiyacın doğulur. Bir müddət sonra elə dolacaqsan ki, bir başqasının içinə doğru daşmaq, ona özünü vermək istəyəcəksən.
Eşq, təklikdən doğular. Təklik səni dolub daşdırar, eşq bu artıqlığı hədiyyə olaraq qəbul edər. Eşq səni boşaldar, beləcə, yenidən dolmaq şansın olar. Nə zaman eşq tərəfindən boşaldılsan, tək qalaraq qidalanar, yenidən bütünləşərsən. Və bu bir ritmdir.
Bu iki şeyi bir-birindən ayrı olaraq düşünmək, insanın başına gələn ən təhlükəli axmaqlıqdır. Bəzi insanlar dünya nemətlərinə çox düşdülər – onların batareyası bitdi, tükəndilər, boşaldılar. Özlərinə aid bir sahələri yoxdur. Kim olduqlarını bilməzlər; əsla özləri ilə tanış ola bilmirlər. Başqaları ilə, başqaları üçün yaşayırlar. Bir izdihamın parçasıdır onlar, heç biri fərd deyil. Və unutma: Eşq həyatlarında qane olmayacaqlar – yarım qalacaq və bir yarım əsla qane etməz. Sadəcə bütünlük məmnuniyyətə yol açar.
Sonra bir də digər hissəni seçən insanlar var. Manastırlarda yaşayırlar.  Keşiş ( “monk” ) kəlməsi “yalnız yaşayır” mənasındadır; monogami, monoton, manastır, monopoliya kəlmələri ilə eyni kökü paylaşır. Tək, yalnız mənasındadır.
Keşiş yalnız olmağı seçən insandır – lakin bir müddət sonra dolub daşar və özünü hara axıdacağını bilməz. Hara axacaq? Eşqə, münasibətə izin verə bilməz; gedib insanlarla tanış ola bilməz, onlarla qaynaşa bilməz. Və beləcə, enerjiləri, turşumağa üz tutar. Axa bilməyən hər enerji acılaşar. Nektar belə, dayandığı yerdə zəhərə çevrilir – və tam tərsi; zəhər belə axacaq olsa, nektara çevrilir.

Mənbə: Osho – “Aşk, Özgürlük, Tek başınalık” kitabı
Hazırladı: Fidan Aslanova 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın