PARADOKSU QUCAQLAMAQ – 2

İçində hüzur olmayan həyat, əslində həyat sayılmaz. İçində səssizlik olmayan musiqiyə bənzəyər – o zaman, ürək bulandıran bir gurultudan ibarət olar; insanı xəstə edər.
Gerçək musiqi, səssizlik və səs arasındakı sintezdir. Bu sintez nə qədər uğurlu olsa, musiqi də o qədər dərin olar. Səs, səssizlik yaradar və səssizlik səsi qavramaq üçün şərait yaradar və bu şəkildə davam edər. Səs daha çox musiqi sevgisi, daha çox səssizlik qabiliyyəti yaradar. Yaxşı bir musiqini dinləyərkən, içində yüksək duyğular yaranar. Bütünləşərsən. Özünə dönərsən. Yer və göy birləşər, artıq bir-birindən ayrı deyillər. Bədənlə ruh qarşılaşıb birləşər, tək bir bütün olarlar.
Və bu, o böyük andır, mistik birləşmə anı.
Bu çox köhnə bir qarşıdurmadır  və tamamilə ağılsızcadır, ona görə də xahiş edirəm, diqqətli ol: Seks və səssizlik arasında qarşıdurma yaratma. Yaratsan, seks çirkinləşər, xəstələnər və səssizliyin, sıxıcı və ölü hala gələr. Qoy, seks və səssizlik birləşib bütünləşsin. Əslində ən gözəl səssizlik anları, eşqin ən uc  nöqtələrinə çatdıqdan sonar yaşanar. Və eşqin ən uc  nöqtələrini həmişə  şahanə səssizliklər və təkbaşınalıqlar izləyər. Meditasiya eşqə  yol açar. Eşq meditasiyaya yol açar. Ortaqdırlar. Onları ayırmaq mümkün deyil.

Və seçdiyin anda bir şeyləri qaçırarsan. Nə seçirsən seç, itirəcəksən. 
Mən deyirəm ki, seçmə. Mən deyirəm ki, ikisini birlikdə yaşa. Əlbəttə, bunu edə bilmək üçün bacarıq lazımdı. Birini seçib ona əsasən yaşamaq asandır. Hər ağılsız bunu edə bilər – hətta, sadəcə ağılsızlar belə edər. Bəzi ağılsızlar bu dünyaya, bəzi  ağılsızlar  da o biri dünyaya aid olmağı seçirlər. Ağıllı insan ikisini birdən etmək istəyər. Bax, sanyas bu mənadadır. Hər ikisinə də sahib ola bilərsən- bu zəkadır.
Həyatı bütün ölçüləri ilə qəbullan.

Jean-Paul Sartre, “Cəhənnəm başqalarıdır” deyir. Bu, onu göstərir, o, eşq və meditasiyanın bir-birini tamamlama xüsusiyyətini anlaya bilməyib. “Cəhənnəm başqalarıdır” – hə, əgər sən bəzən təkbaşına olmağı öyrənməsən, bir başqası cəhənnəmə çevrilə bilər.

İnsanlar anlamalıdır ki, heç kim günün 24 saatı eşq yaşaya bilməz; arada dincəlmək lazımdır.  Və heç kim sifarişlə sevə bilməz. Eşq spontan bir hadisədir. Olanda olar və olmazsa olmaz. Bu mövzuda heç bir şey edə bilməzsən. Etməyə çalışsan, saxta bir şey, bir rol yaratmış olarsan.
      Gerçək, ağıllı aşiqlər, bir-birilərini bu şeyə qarşı xəbədar edərlər: “Tək qalmaq istəyirəmsə, bu, səndən imtina etməyim anlamına gəlmir. Əslində mən sənin eşqin sayəsində təkbaşınalığı yaşaya bilirəm.” Beləcə, yoldaşın bir müddətliyinə tək qalmaq istədiyi zaman inciməzsən. İstənmədiyini, eşqinin qəbul edilmədiyini  iddia etməzsən. Onun bir neçə gün təkbaşına qalmaq ehtiyacına sayğı göstərərsən.

Sevgilinin yanına gedərsən və o səninlə birlikdə olmaq istəmirsə və ya elə də mehriban davranmırsa, özünü bərbad hiss edərsən. Eqon incinər. Bu eqo elə də ağıllı bir şey deyil – bütün eqolar axmaqdır. Zəka, eqo tanımaz; zəka sadəcə olan şeyi görər, sevgilinin nə üçün səninlə olmaq istəmədiyini anlamağa çalışar. Səndən imtina etdiyinə görə yox – səni nə qədər çox sevdiyini bilirsən, amma indi tək qalmaq istəyir. Sən də onu sevirsənsə, onu tək qoyarsan; ona işgəncə etməzsən, səninlə sevişməyə məcbur etməzsən. Kişi tək qalmaq istəyirsə, qadın, “Artıq mənimlə maraqlanmır, bəlkə də başqa bir qadın var.” deyə düşünməz. Ağıllı qadın kişini tək buraxar ki, yenidən özünü toplaya bilsin, yenidən paylaşacaq enerjisi olsun. Və bu ritm, gecə və gündüz kimidir, yay və qış kimi; dəyişməyə davam edər.

Əgər iki gerçək aşiqə rast gəlsən, ikisində də bir çox ortaq nöqtə görərsən. Gerçək aşiqlər sanki  bacı-qardaş kimidir. Buna təəccüblənərsən – bacı-qardaş belə, o qədər oxşamaz. İfadələri, yerişləri, danışıqları, mimikaları – iki sevgili həm çox bənzəyər, həm də çox fəqrlidir. Bu  təbii olaraq gerçəkləşər. Birlikdə olanda, yavaş-yavaş eyni tezliyə keçərlər. Gerçək aşiqlərin danışmasına ehtiyac yoxdur – bir-birilərini dərhal anlayarlar, instiktiv olaraq anlayaralar.
     Qadın üzgündürsə, bunu dilə gətirməsə belə, kişi onu narahat etməz. Kişi üzgündürsə, qadın da eyni şeyi edər – onu, bir bahanə tapıb öz halına buraxar. Ağılsız insanlar tam əksini edərlər. Bir-birilərini heç rahat buraxmazlar – davamlı olaraq birlikdədirlər, bir-birilərini yorar və sıxarlar, bir-birilərinə nəfəs alacaq qədər belə yer buraxmazlar.
 Eşq özgürlük verər və eşq, digərinə özü olmağı  üçün kömək edər. Eşq paradoks dolu bir şeydir. Bir yandan,  səni iki bədəndə tək ruh halına gətirər; bir yandan da sənə bənzərsizlik, fərdilik verər. Kiçik mənliklərindən qurtulamağına kömək edər, amma eyni zamanda ən yüksək mənliyinə qovuşmağına səbəb olar. O zaman problem yoxdur: Eşq və meditasiya hər biri bir qanaddır və bir-birilərini tarazlaşdırırlar. Və sən bu ikisinin arasında inkişaf edirsən, ikisinin arasında bütünləşirsən.

 

Mənbə:           Osho – “Aşk, Özgürlük, Tek Başınalık” kitabı
Hazırladı:        Fidan Aslanova 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın