PESSİMİST, OPTİMİST VƏ HÜZNLÜ

7899_297450147058999_1492495642_nPessimist bədbindir. Bədbinliyi təbiətindən gəldiyi üçün dəyərləndirməsi də məhz bu rəngdədir.

Pessimist kədərlidir. Kədərlidir, çünki dünyanın mənasızlığını qəbul etmişdir və ya bu nəticəyə gəlmişdir.

Pessimist təbəssümü də ümidi xatırlatdığı üçün sevmir.

Optimist nikbindir. Nikbinliyinin məzmunu sadəcə əhvalın-ruhiyyənin durumu anlamındadır.

Optimist əhvalını pozmaq istəmədiyi üçün onun bu halına tərs gələn hər şeyə laqeyd yanaşmağa hazırdır.

Hüznlü isə kədərlidir amma bədbin deyildir, o dünyanın mənasızlığı anlayışından qurtulmuşdur.

Hüznlü axtarışdadır, mənanı və ya həqiqəti tapmaq üçün yola çıxmışdır.

Hüznlüdə də kədər vardır, amma pessimistin kədərindən deyildir bu. Pessimistin kədərində ümidsizlik, çözümsüzlük, əlacsızlıq vardır.

10172845_296019073895123_4851113673985354420_nHüzn sahibinin kədərində isə həqiqət axtarıb məna tapa biliyi üçün bir qurtuluş,  xilas, azadlıq vardır. Buna görə də Hüzn sahibi pessimistdən fərqli olaraq içdən gülümsəməyi bacara bilmişdir.

Hüznlünün nikbinliyi də optimistin nikbinlik anlayışından fərqlənir, çünki o nikbinliyin yalnız əhval naminə mövcudluğundan imtina etmişdir. Hüznlü tapdıqca, anladıqca daha da nikbinləşə bilir.

Hüznlünün nikbinliyi hikmətə yaxın olduğu üçün optimistin əhval səviyyəsində olan nikbinliyi ilə kəsişə bilmir.

Hüznlü anlamaq, bilmək istəyir bunları bacardıqca isə əldə etdiklərinin nəticəsi olaraq kədəri də, sevinci də özündə yaşadır. Kədərlənir ona görə ki, gerçəkliyin mənzərəsi ilə tanış olmuşdur, sevinir ona görə ki həqiqətə bir addımda yaxınlaşmışdır. Həqiqətə yaxınlaşdıqca isə  daha çox heyrətlənmək, təəcüblənmək, yerində donub qalmaq istəyir.

Buna görə də : Bədbin pessimist, Nikbin optimist, Hüznlü isə müdrikdir..

Müəllif: Tural Abbas

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

  1. Sadə və gözəl anlatilib,adam rahatliqla oxuyur və anlayir,tap tap beynimde oturdu fikirler,yazilarda en çox buna önəm verirəm.intellektuallıq yüklənməsə yazilara daha rahat anlayib qavramaq olur,yeni hami anlaya bilsin,oxuyanda darixib yarimciq buraxmasin.Xahis edirəm yəni )

Vüsaləddin Rüstəmov üçün bir cavab yazın Cavabı ləğv et