PLATON FƏLSƏFƏSİNDƏN

platon-ədalət-ideyaPLATON,  ƏDALƏT HAQQINDA

Platonu oxuyuram, etik problemlərin qoyuluşu haqqında. Əsas hədəf budur: Ədalət nədir?
O deyir ki, ədaləti dövlətin mənzərəsində yarada bilsək, ədalətli fərdin təsvir olunması da daha asanlaşar. Bir növ insanların görmə qabiliyyətini ilk öncə böyük hərflərlə yoxlayıb sonra kiçik hərflərə tətbiq etmək kimi. Böyük daha sadə görünür və böyük fonda tərif vermək daha asandır. Sokrat və Platon, ədalət- fərdlər arasında sosial təşkilatlanmadan asılı olan münasibətdir və o, nəticə etibarilə, fərdi davranışın bir keyfiyyəti olaraq deyil, icma strukturunun bir bölməsi kimi öyrənilsə yaxşı olar- deyirdilər.

MƏNİM ÇIXARIM:

Bəli, ədalət təməl deyil, təzahürdür. Ədalət çox nisbi anlayış olduğu kimi həmişə aktual məsələdir. Cari zaman və məkana görə fon tələb edir. Yalnız o fonda özünə uyğun forma qazana bilir. Ədalət nə qədər böyük fonda tərif olunarsa, o zaman fərdin ədaləti (forma) daha asan təsvir oluna bilər. Platon üçün bu böyük fon Dövlət, peyğəmbərlər üçün isə Tanrıdır. Peyğəmbərlərin Tanrı fonunda tərif etdiyi ədalət, dövlətin də ədalət təsvirinin üstündədir və dövlət ədalətini də cızmağa imkan yaradır. Peyğəmbərin iddiasi nə qədər böyükdürsə, məsuliyyəti də bir o qədər ciddidir. Tanrı adına danışmaq asan həll sayıla bilər, amma ciddi məsuliyyət tələb edir.
Sokrat və Platona qədər fəsləfədə, xüsusilə Sofist cərəyanda ədalət güclünün olaylara yanaşma tərzi olaraq verilir. Ədalət üçün meyar düzgünlük yox, güc olaraq göstərilir. Böyük payda həqiqətləri vardır, deyə düşünürəm mən.

 platon-aristotelPLATON VƏ TANRI TƏSƏVVÜRÜ / İDEYALAR TƏLİMİ

Platon, Sofistlərin ələ aldığı “İnsan hər şeyin ölçüsüdür” tezisinə cavab olaraq insanın söykəndiyi dəyərlərin ideal bir modeldən törədiyini söyləyər. Platonun ideyalar təliminə görə, hər maddənin bir ideyası var. İnsan bu ideaya yaxınlaşdıqca doğru və uyğun bir dəyər alır.
Şəkildə Platonun yuxarı işarə etməsi, bu dünyadan da uca olan ideyaların axtarışı simvolizə edilir. Yanındakı Aristotel də yerə işarə edir. Aristotel, ideal olandan çox, dünyada var olanlarla yetinməyi və görünən dünyanın xaricinə daşmamaq lazım olduğunu söyləmişdir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +6 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın