PLATON VƏ DÖVLƏT

platon-dövlətQarşımda Uill Dürantın “Fəlsəfi Hekayətlər” (Adil Əsədovun tərcüməsi ilə) kitabı var. Platon fəlsəfəsində etik, psixoloji və siyası problemlərin qoyuluşu və həlli yolları haqqında oxuyuram. Bütün məsələləri İdeyalar aləminə bağlı tutan Platon, yer üzündə düzən və sistem yaradılması nəzəriyyəsinin süjet xəttində dövləti görür, ideal dövləti. Onun fikrincə ideal dövlət aristokratik rejimlə idarə olunmalıdır. Bu rejim özünə qədər olan nə ənənəvi nəsildən-nəsilə keçən aristokratiyaya, nə də mövcud sistem olan demokratiyaya bənzəmir. Bəlkə də demokratik-aristokratiyadır deyə bilərik. Dövləti bir qrup seçilmiş müdrik insanlar tərəfindən idarə etməlidir.

Dövlər bir fərddir, bir fərdin simasıdır. İnsanlar necədirlərsə, dövlətləri də elədir. O üzdən dövlətdə təhsil önəmli faktordur. Hər kəs müəyyən təhsil pillələrindən keçməlidir, müxtəlif pillələrdə imtahanlar təşkil edilməli və bu imtahan nəticələrinə görə hər kəs ideal dövlət çərçivəsində bəlli vəzifələrə yiyələnməlidirlər. Təhsil sisteminin süjetini idman və musiqi müşayət edir. Bu yolla zirək və sağlam, eyni zamanda duyğulu və nəcib insan formalaşdırmaq nəzərdə tutulur. Bununla belə, bütün bu təhsil sistemindən və dövlət idarəetməsindən asılı olmayan, insan psixologiyasında olan ipə-sapa yatmama və xaosa meyl kriteriyalarının mövcudluğuna görə ictimai qınağın formalaşdırılması da labüd görünür. Yoxsa bu cür kütləyə təzyiq və başqa bu kimi tədbirlər ancaq bahalı və qıcıqverici ola bilər. Bu məsələləri elə ictimai fonda da həll etmək lazımdır.
Platona görə dövlət strukturunun təyin olunmasında təhsil sistemindən və ictimai qınaqdan daha ziyadə inanc (din) faktoru daha çox önəmlidir. Bu həm əxlaqı kriteriya cəhətindən, həm də gücə güc qatma baxımından kütlə və dövlət arasında sağlam ünsiyyətin ən səlis yoludur. Hətta strukturdaxili mövqe çəkişmələrinin və vəzifə qəbullanmalarının həlli yolunda ən rahat motivasiya yolu Tanrı seçimi anlayışı hesab olunur. Bütün bu məsələlər Tanrı ideyası fonunda nəinki həll olunur, hətta daha güclü əlavə effektlərlə əvəz olunur.

platon-dövlətBunlar ümumi oxuduqlarımdan çox qısa xülasə idi. Maraqlıdır, oxuya-oxuya gözüm onundə o zamanı, o zamankı olay və qaydaları canlandırmağa çalışırdım. Bunun ən doğru yolu oxuduqlarımı tarix fonunda analiz etməkdir məncə. Yoxsa, sizi inandırım ki, indi oturduğum yerdən boylansam, Platonu qəddar bir diktator kimi təsəvvür edə bilər və indiki Əfqanıstan rejiminə şükr edərdim. Amma Platona yaşadığı zaman və məkan fonunda baxanda, əksinə, o dövrə görə Platonun varlığına şükr etməli oluram. Bir yandan, Platonun dövlət anlayışı sanki ARİ İRQ yetişdirməkdən ibarətdir. Düzdür, geri qalanları da aşağı vəzifə və xidmətlərlə bir yerlərə qoyur, amma ailə quruluşu, nəsil artırma kimi həyati məsələləri belə tam olaraq dövlətin nəzarəti altına alır. Hətta dövlət icazəsindən kənar vəya sağlam olmayan doğuşların nəticələri ləğv edilməlidir. Ancaq bu yolla xalis nəsil yaratmaq olar. Hitlerin nəzəriyyəsi də yaxından-uzaqdan bunla ahəngdardır məncə.

Əlqərəz, istər filosoflar, istər peyğəmbərlər, istər başqa digər tarixi şəxsiyətlər olsun, öz zamanları, yaşadıqları ictimai quruluş və cəmiyyətin kültürü fonunda oxunub öyrənilməli, bu şəkildə ədalətli şəkildə analiz edilməlidir. Bugünlə səsləşən mahiyyətlər sintez olunmalı, transfarmasiya üsullarına yenidən baxılmalıdır. Tarixsəl metod və formalar atılmalıdır. Bu, həm o zamankı tarixə, həm şəxsiyyətin özünə, həm də indiki zamanımıza ən faydalı təşəkkür və tövhə ola bilər.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

4 comments

  1. Düşüncələrini bu günkü İtaliya’nın Syracuse şəhərində tətbiqe çalışmışdır. Ancaq tətbiq ilə düşündükləri bir-birini tutmamış. Eynilə şagirdi Aristotelin tənqid kimi, dünyadan qopuq bir idea aləmi təsvir etmişdir.

    1. Bütün bunlara rəğmən bəşəriyyətin düşüncə inkişafının təməlində duran ən böyük məktəblərdən, fikir atalarındandır. Ən azından, Aristotel kimi bir nəhəngin onun məktəbindən yetişərək onun məktəbinə qarşı bir məktəbə çevrilməsi, Platonun dahi biri olduğunu göstərir

      1. Elə. Onsuz da filosoflar fəlsəfənin fərqli üzləridir. Hər biri bir-birini tamamlayır. Heç biri yanlış deyil, doğru olmadığı kimi. Bir dünyanın fərqli tərəfləri kimi düşünmək lazımdır.

Bir cavab yazın