PTOLOMEY HAQQINDA

Geosentrik modeli nəzəriyyəsiASİMAN (GÖY)

ptolomeyPtolomeyin davamçıları bu əqidədə idilər ki, göylər aləmi doqquz qatdan təşkil olunmuşdur. Bu qatlar soğan qabığı kimi yerləşmişdir və bərk cisimlər şəklindədir. Onların bəsit ünsürləri vardır. Qatlar deşilmir və bir birinə qarışmır. Günəşin, ayın və planetlərin hər birinin ayrıca qatları var və onlar üzük qaşı kimi göyə bağlanmışdır. Göy cisimlərinin mərkəzi yer kürəsidir. Yerə ən yaxın olan göy cismi aydır. Emprey* (qədim yunan mifologiyasına görə göyün od və qazla dolu olan ən yüksək təbəqəsi) göyün bütün qatlarını hər iyirmi dörd saat ərzində bir dəfə yerin mərkəzi ətrafında fırlanır. Hərəkətsiz ulduz olan səkkizinci qatdan başqa qalan qatlar bu əlavə hərəkətdən savayı özləri də müstəqil və ayrıca hərəkət edirlər. Planetlərin özləri hərəkət etmir, onların yalnız onların qatları hərəkət edir. Planetlərin özlərinin hərəkətləri isə onların qatlarının hərəkətinə tabedir.
Hicri tarixinin 3-cü əsrində Ptolomeyin astronomiyaya aid bu fikirləri Yunan elminin və fəlsəfəsinin başqa nümunələri ilə birgə tərcümə vasitəsi ilə İslamın elmi dairələrinə yayılmağa başladı və alimlər tərəfindən sözsüz hökm kimi qəbul olundu. Bu fikirlərin ayrı-ayrı yerləri Quranın yozmalarına və ayələrinə uyğun gəlmədiyindən bəzi təfsirçilər Quran ayələrini elə yozdular ki, Ptolomeyin dedikləri ilə səsləşsin.
Ptolomeyin göptolomey asimanylər barəsindəki fikirləri Quranın göylərin nizamı haqqındakı bəyanına əsla uyğun gəlmir, belə ki, Qurani-kərim göy cisimləri haqqında deyir – “onların hər biri bir qatda üzür”. Ənbiya-33.
Bu ayəyə görə, göyün təbəqəsi fəzanın elə bir nöqtəsidir ki, günəş, ulduz və ay burada fırlanır. Aydındır ki, bu bəyan Ptolomeyin qatlar və onda olan planetlər haqqındakı fərziyyəsinə uyğun gəlmir.
Ptolomeyin astronomiyaya aid fikirləri uzun müddət nüfuzlu sayılmış və qəbul olunmuşdur. 3 əsr bundan əvvəl isə Ptolomeyin fikirlərini alt-üst edən yeni nəzəriyyə meydana çıxdı. Göy qatlarının əmələ gəlməsi haqqında yeni fərziyyələr yarandı.

Hazırladı: Vüsalə Vətənxan

VN:F [1.9.16_1159]
Rating: +8 (from 10 votes)

Bir cavab yazın