Əkinçilik inqilabı əvvəlindəki cəmiyyətlərdə köçəri həyat tərzi hakim idi. Yəni insanlar yeməyin arxasınca oradan-oraya köçürdü . Ovçuluq və yığıcılıqla yüz minlərlə il keçirildi. 500.000 il əvvələ qədər tarixlənən bəzi qalıqlarda insanların yemək, vasitə-vəsait mübadiləsi etmiş ola biləcəyi deyilməkdədir. Primitiv insanların ehtiyacları üçün mübadilə etməsi oturaq həyata keçənə qədər diqqətə çarpan olmayacaq. Yəni həyat mübarizəsi, iqtisadi fəaliyyət göstərmənin önündədir. Çox vaxt cəmiyyət təsirindən müstəqil bir təbiət mübarizəsi vardır. İnsanlar təbiətə, heyvanlara və xəstəliklərə qarşı səy verərkən bir-biriylə ticarət əlaqəsindən söz etmək çətindir. Yenə də ticarət Paleolit dövrdə mövcuddur.
Əkinçilik inqilabı dediyimiz miladdan əvvəl 10.000 tarixindəki bir inkişaf insanlıq tarixində yeni bir səhifə açmışdır. İnsanlar düşənləri yığmaq yerinə bir şeylər əkmiş və onu məhsul etmişdir. Beləliklə bir yerdə yerləşib, mədəniyyət təcrübəsinə başlanmışdır. Bəzi heyvanlar əhilləşdirilmiş və bu günki pul kimi mübadilədə istifadə edilməyə başlanmışdır. Neolit çağda (mö. 8.000 – 3.000) inək, qoyun kimi heyvanlar digər mallarla mübadilə məqsədiylə istifadə edildi. Əkinçilik cəmiyyətləri ehtiyacdan çox məhsullarını digər cəmiyyətlərilə ticarətdə istifadə etdi.
Mö. 3500 ilə mö.1500 arasındakı bürünc çağının başında Şumer və Babil şəhər dövlətləri gözə çarpır. Toplumlar artıq şəhərlər meydana gətirməyə başlamışdır. Bugünkü İraqda məhsuldar torpaqlar minlərlə adamı bəsləyəcək taxıl və bitki yetişdirilməsinə icazə verirdi. Bu sırada müəyyən ölçüdə ayrılmış arpa və buğda mübadilə vasitəsi kimi istifadə edilməyə başlandı. İlk faiz və kredit əməliyyatları də Yaxın Şərqdəki bu dövlətlər əsnasında meydana gəlmişdir. Yazının kəşfi mö.3000 sıralarında və Şumerlərə aid edilir. Yazını kəşf edilməsi inkişaf edən ticarətin idarə olunmasında fayda təmin etdiyi bilinir. Mesopotamyadakı bu iki zirvə nöqtəsindən sonra Anadoluda iqtisadi bir yenilik olur.
Bir əkinçilik dövləti olan Frigyalıların yerinə qurulan Lidyalılar Miladdan əvvəl 7-ciəsrdə Qərb Anadoludan başlayaraq Anadolunun içlərinə doğru yayılmışdır. Egeydəki Yunan koloniyalarıyla yaxşı bağları olan bu insanlar ticarəti önəmsəmiş və nəticəsində yeni bir mübadilə vasitəsi olan “pul”u tapmışlar. Qızıl kimi nadir olan faydalı qazıntıların preslənərək mübadilə vasitəsi olaraq istifadə edilməsi ilk olaraq bu dövrə rast gəlir. Sonra Böyük İskəndər dövründə Makedoniyalıların çox millətli ticarəti əmələ gətirirlər. Hindistandan Makedoniyaya yayılan bir sintez meydana gətirən İskəndər eyni zamanda böyük bir alver şəbəkəsini da qurmuş oldu.
Sonra Romalılar gəldi. Min illik bir imperatorluq quraraq dünya tarixini çoxu sahədə təsir etdi. Asiya, Avropa və Afrika Roma ilə ticarət etmək üçün imperatorluq sərhədlərinə axın edirdi. Çindən gələn ipək yolu və ipək ticarəti şərqin dolanışıq qaynağı idi. Roma İmperatorluğu aradakı tacirləri qaldırıb ipəyi ucuzlatmak üçün İraqa qədər gəlmişdi. Dünya artıq əkinçiliklə birlikdə ticarətlə də inkişafa başlamışdı.
Orta çağda dünya iqtisadiyyatı yavaşca böyüdü. İpək və ədviyyat yolları təsirli olmağa davam etdi. İtalyan şəhər dövlətləri ortaya çıxdı və ilk bankçılıq-maliyyə sistemlərini ortaya qoydular. Bu vaxt Çində ilk kağız pul istifadə edilməyə başlandı. Yeni çağda Avropada da kağız pul istifadəsi başladı. 18-ciəsrin sonunda sənaye inqilabını başladan bir icad edildi. James Uatt, kömür enerjisiylə çalışan buxar maşınını icad etdi. Bir çox insanın etdiyi işi bir az kömürlə edə bilən bu maşın dünyaya yayılmağa başladı. Dəyişik formalar və enerji qaynaqları tapıldı. Müasir mənada iqtisadi anlayış sənaye inqilabından sonra meydana gəldi. Dünyanın ən böyük imperatorluğu olan Britaniyanın meydana gətirən da bu sənaye həmləsidir.
20-ci əsrə gəlindiyində İngiltərə köhnə gücünü qorumağa çalışırdı. Fransa, İtaliya, Portuqaliya, Hollandiya koloniyalar qurmuş, dünyanı sümürürdülər. Böyük imperiyalar bu sümürücülükdə iştirak üçün bir-birini yeyirdi. Birinci dünya müharibəsi müstəmləkəçi ölkələr arasındakı bu etirazsız icra meydana gəlmişdir. Müasir iqtisadiyyat anlayışı, yəni qloballaşmanın mərkəzi dünya savaşlarıdır. Savaşların ölkələr arası olmaqdan çıxıb dünyaya mal olması kimi, pul da bəziləri arasındakı alverdən çıxmış qlobal bir güc halına gəlmişdir. Bu gün, dünyanın idarəsini əlində tutanlar pulu əlində tutanlardır .
Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov