İnsanlar bir cəmiyyət olaraq yaşamağa başladıqları ilk zamandan bəri bir şeyləri mübadilə etmişlər. İlk vaxtlar ehtiyac duyulan mallar qarşılıqlı dəyişdirilərkən, sonraları ortaq vahidlər inkişafa başladı. Məsələn, taxıl, buğda, mis, zeytun yağı ümumi bir mübadilə vasitəsi kimi istifadə edilmişdir. Hər kəs bir-birinin ehtiyacını qarşılaya bilmədiyindən ortaq bir məxrəc tapılmışdır. Antiq çağlarda Mesopotamiya və Anadoluda dəyərli metallar bir standart kimi istifadə edilməyə başlanmışdır. Bugünkü “pul” un ilk bənzəri bu dövrlərdə ortaya çıxır. Bu metallar xam şəkildə olmurdu. Müəyyən bir forması vardı. Üzəri çap olunmuş və dövlət tərəfindən dövriyəyyə salınmış qızıl, bürünc kimi metallar Yaxın Dövrə qədər mübadilə vasitəsi olaraq istifadə edilmişdir. Çində ortaya çıxsa da, Avropadan yayılan kağız pullar ilə yeni bir dövr başladı. Artıq, iqtisadiyyatın dayağı olan “pul” maddi bir varlıq olmaqdan çıxaraq bir fərziyyəyə çevrilir. Hərçənd metallar da istifadə sahəsi məhdud olduğundan faydalı deyildilər, sadəcə mövcud alternativ idi.
Pul, ilk dövrlərdə qızıl qarşılığı olan sənədlər olaraq ortaya çıxdı. Yəni pul deyilən kağız əslində müəyyən miqdardakı qiymətli metallara bərabər idi. Bu da dövlət zəmanəti altında idi. Kağızlar istənilən zaman qarşılıqlarıyla dəyişdirilə bilirdi. Sonra bu ortadan qaldırıldı, qarşılıq sadəcə alternativ olaraq görüldü, yerinə ödənməməsi gətirildi. ABŞ dolları qanuni pul olaraq basılmağa başlandı. Artıq pul bir təmsil deyil, “dəyər” olmuşdu. İndiki vaxtda bütün dövlətlərin kassasında müəyyən miqdarda qızıl tapılar. Əvvəllər pul, bu qızılların təmsili olaraq basılırdı. Ancaq indiki vaxtda yalnız zəmanət olaraq tutulur.
Göründüyü kimi pul, ilk formalarından etibarən bir fərziyyə olmuşdur. İlk dönəmdə qəbul edilə bilən bir dəyərə qarşılıq gələrkən, sonraları tamamilə xəyali bir məhsula döndüyünü görərsən. Bu gün pul sistemi iqtidarın fərziyyələri ilə şəkillənir. Pul dediyimiz kağızlar, dünya müharibələri əsnasında dünyanı istiqamətləndirmək istəyən güclərin oyuncağına çevrilmişdi. Pulun tarixi əslində bir inflyasiya tarixidir. Mal və dəyərlərin idarəsində asanlıq olaraq ortaya çıxan pul, ilk formalarından etibarən o birilərin haqqını pul idarəçilərinə köçürmüşdür. Ən başda az da olsa bir qarşılığı və bəhanəsi olarkən, indiki vaxtda tamamilə baza və dayaqsız bir şəklə bürünmüşdür. Bu gün dövlətlər istədikləri qədər pul basaraq pulun dəyərini təyin edə bilir, bu “fərziyyə” ilə iş istehsal edə bilirlər.
Bəzi kiçik dövlətlər istisna olmaqla, bütün pul vahidləri infilyasiyaya tabedir. İnflyasiya, qısaca, pulun dəyərsizləşməsi (dəyərdən düşməsi) olaraq təyin oluna bilər. Bunun başlıca səbəbi də xalqdan pul qoparmaqdır. Müasir dünyada kapitalizmi kifayət qədər bacara bilməyən hökumətlər infilyasiyaya uğrayarlar. Xalqın cibindəki pulu dəyərdən salaraq öz ciblərini doldururlar. Pulu basan dövlət üçün yalnız kağız xərci varkən, vətəndaşlar var-yoxlarının böyük hissəsini itirərlər. İnkişafı olmayan bir ölkədə qazandığınız pulu cibinizdə saxlamaq da mümkün deyildir. Dövlət və maliyyə qurumları saxlanan pulları oğurlayırlar. Düşünün ki, əmək verib qazanılan pul, bank, maliyyə və hökumət orqanları tərəfindən istəndiyi qədər basıla bilir, nəzarət edilir. Bunu aşkar şəkildə edəndə isə devalvasiya (dəyərsizləşdirmə) olur. Bu da göstərə-göstərə oğurlamaqdadır.
Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov
Pul nedi?
İnsanlar bir cəmiyyət olaraq yaşamağa başladıqları ilk zamandan bəri bir şeyləri mübadilə etmişlər. İlk vaxtlar ehtiyac duyulan mallar qarşılıqlı dəyişdirilərkən, sonraları ortaq vahidlər inkişafa başladı. Məsələn, taxıl, buğda, mis, zeytun yağı ümumi bir mübadilə vasitəsi kimi istifadə edilmişdir. Hər kəs bir-birinin ehtiyacını qarşılaya bilmədiyindən ortaq bir məxrəc tapılmışdır. Antiq çağlarda Mesopotamiya və Anadoluda dəyərli metallar bir standart kimi istifadə edilməyə başlanmışdır. Bugünkü “pul” un ilk bənzəri bu dövrlərdə ortaya çıxır.