QƏDİM SİVİLİZASİYALAR

sivilizasiya-xetti1. Xatt sivilizasiyası.

Xatt sivilizasiyası – müasir Anadolu (Türkiyə) ərazisində, bizim eradan əvvəl 26 və 18- ci əsrlər arası məskunlaşmışdı. Xattlar həmin ərazidə ən ilkin şəhər sakinləri sayılır. Onların varlığını bizim eradan əvvəl 24 əsrə qədər akkad mixi yazısının köməyi ilə izləmək olar. Çoxsaylı arxeoloqlar hesab edir ki, ərazinin yerli sakinləri olmuşdur və Xett mədəniyyətindən əvvəl mövcud olmuşdur, hansı ki, bizim eradan əvvəl 23 -cü əsrdə yaranmışdı. Bu sivilizasiyalar tədricən birləşərək, Xettlər Xattların müxtəlif dini inanclarını və təcrübələrini qəbul etmişdilər. Baxmayaraq ki, onların öz danışıq dilləri vardı, ancaq yazıları haqda heç bir dəlil tapılmamışdır və nəticədə Xətti mədəniyyəti yox olub getmişdir.

sivilizasiya-zapotek2. Zapoteklər sivilizasiyası.

Bir çox insanlar, Atstek və Mayalar haqqında məlumat bildiyi halda, Zapoteklər nisbətən naməlum olaraq qalır. Onlar Mesoamerika ərazisində ilk insan olmuşlar, kənd təssərrüfatı və yazı sistemini yaradaraq, inkişaf etdirmişdilər. Həmçinin, Zapoteklər Şimali Amerika – Monte – Alban kimi bilinən qədim şəhərlərini inşa etmişdilər. Bu şəhərlərdə əsasən 5 -ci əsrdən bizim eraya qədər 25 000- dən çox insan yaşamış, və bu şəhərlər 1200 ildən çox mövcud olmuşdur. Allah şəklində qəbr qabları. Oaxaka. Bizim eradan əvvəl 300- 650. Monte – Albanidə imtiyazlı sinif, kahinlər və əsgərlərdən ibarət idi, rəssamlar isə cəmiyyətin ən aşagı sinfinə aid edilirdi. Bir çox Mesoamerika mədəniyyətləri kimi, Zapoteklər də ətraf əyalətləri müharibə, diplomatiya və vergilər vasitəsi ilə fəth etmişdi. Onların mədəniyyətlərinin anidən məhvi səbəbi məlum deyildi, böyük şəhərləri toxunulmamış qalmışdı və nəticədə yüz illər ərzində məhv olub getmişdi.

sivilizasiya-vinşa3. Vinça sivilizasiyası.

Vinça mədəniyyətinin qalıqları. Avropanın ən qədim tarixi mədəniyyətlərindən Vinça 1500 il movcud olmuşdur. 55- ci əsrdən başlayaraq bizim eraya qədər, indiki Serbiya və Rumıniyanın ərazisinə qədər genişlənmişdi. Bu mədəniyyət indiki Dunay çayının ətrafında yerləşən kəndin şərəfinə adlandırılmışdı. Hansı ki, onun mövcudlugunu sübut edən qalıqlara, 20- ci əsrdə həmin kənddə rast gəlinmişdi. Vinçlilər metalldan istifadə edə bilirdilər, və yəqin ki, onlar bal istehsal etməyə başlayan, dünyada yeganə qədim mədəniyyət olmuşdular.( onlar Avropada ilk mədən yaradan xalq idi) Vinça aid olan yazı sistemini təsdiq edən heç bir rəsmi nümunələr tapılmamışdır, daş üzərində aşkar olunan simvollar, rəsmi yazı hesab olunmasa da, bizim eradan əvvəl 4000 il əvvəl daş parçaları üzərinə həkk olunmuşdu. Bundan əlavə Vinça, bədii mədəniyyət, rəssamlıq inkişaf edən bir sivilizasiya idi və uşaqları sevirdilər. Arxeoloqların qazıntıları zamanı, qalıqlardan heyvan, səsli oyuncaqlar və digər oyuncaqlar tapılmışdır. Vinçalılar çox təşkilatçı idilər. Hər evin zibil üçün xususi yerləri vardı, ölmüş ailə üzvləri isə yalnız şəhərin mərkəzində torpağa verilirdi. 4. Hurri sivilizasiyası.

sivilizasiya xurrit4. Xurrit sivilizasiyası.

Hititlərin təsiri altında qalan daha bir sivilizasiya, hansı ki, bizim eradan əvvəl ikinci minillikdə Yaxın Şərq ərazisində yaşamışlar. Güman edilir ki, bu sivilizasiya daha qədimdir. Hurri dilində qeydə alınan şəxsi adlar, yer adları bizim eradan əvvəl 2- cü minillikdə, Mesopatamiya qeydlərində aşkar edilmişdir. Çox təəssüf ki, bu sivilizasiya haqqında çox az qalıqlar qalmışdır. Daha çox başqa mədəniyyətlərin qeydlərində Hurrilər haqda məlumata rast gəlmək olur. Hurrilərin Urkeş kimi tanınan şəhərlərindən biri Şimal Şərqi Suriya ərazisində yerləşirdi. Lakin, bizim eradan əvvəl 2- ci minilliyin sonunda, demək olar ki, Hurrilərin bütün etnik izləri silinmişdir.

sivilizasiya-nok5. Nok sivilizasiyası.

İlahi Nok mədəniyyəti qalıqları. Ərazinin şətəfinə adlandırılan Nigeriyada, bu sivilizasiyaya aid qalıqlardan, mədəniyyət nümunələri aşkarlanmışdı. Nok mədəniyyəti yox olub silinməmişdən qabaq, bizim eradan əvvəlki 2- ci minillikdə inkişaf etmişdi. Bəzi nəzəriyyələrə əsasən, təbii ehtiyyatlardan çox istismar olunması Nok mədəniyyətinin, tədricən yox olub getməsində böyük rol oynamışdır. Hər halda, alimlər hesab edirlər ki, Nok, Yoruba və Benin kimi əyalətlərin mədəni etnik inkişafında mühüm rol oynamışdır. Onların yaradıcılığının ən məşhur nümunələri, bölgənin hər yerində rast gəlinən bişmiş torpaqdan yaradılan heykəlciklərdir. Nok həmçinin, Afrika xalqları arasında dəmir əridə və istifadə edə bilən ən qədim mədəniyyətdir. Baxmayaraq ki, bu texnologiya onlara başqa mədəniyyətlərdən, xüsusən, Karfaqenlərdən keçdiyi hesab olunur.

sivilizasiya punt6. Punt sivilizasiyası.

Antik Misirin əsas ticarət mərkəzi olan Punt torpaqları, qara ağac ( abanoz), qızıl, qoxulu qətran istehsalı ilə məşhur idi. Alimlərin, bu mədəniyyətin harda məskunlaşdığı haqda fikirləri ayrılır. Nəzəriyyələrə görə, Cənubi Afrikadan Yaxın Şərq sahillərinə qədər əhatələnmişdir. Hətta, baxmayaraq ki, Misirlilər bu torpaqları və orada yaşayan insanları ətraflı təsvir etmişdilər, ancaq onların hansı əraziləri əhatə etdiyi haqda dəqiq qeydlərə rast gəlinməmişdi. Punt haqqında ən müasir məlumatlar, bizim eradan əvvəl, 15-ci əsrdə Misiri idarə edən qadın firon Hatshepsut hakimiyyətinin yaranması haqqındadır. Onun məzarındakı relyeflərdə, Puntanın çox böyük ticari ekspedisiya olduğu, habelə qalaqların üzərində evlərin şəkilləri, formalaşması haqqında daha dəqiq məlumatlara rast gəlinmişdir. Təəssüf ki, Punt mədəniyyətinin tam olaraq hansı ərazilərdə yerləşdiyi haqda heç bir arxeoloji dəlillər yoxdu. Bu sivilizasiyanın adı ilə bağlı çoxsaylı Misir əsərlərində rast gəlinməsi, ümid verir ki, alimlər bir gün bu yeri müəyyən edəcəklər.

norte-çiko7. Norte Çiko sivilizasiyası.

Müasir Perunun Şimal ərazilərində mövcud olmağa başlayan Norte Çiko mədəniyyəti, bizim eradan əvvəl 3000-ci illərdə Cənubi Amerika qitəsində ən zəngin mədəniyyətlərdən birini qurmuşdu. Müasir Perunun ərazisi olduğu məkanda 20 -dən çox böyük şəhər quran Norte Çikolular, inkişaf etmiş memarlıq və kənd təsərrüfatına sahib idilər. Mürəkkəb suvarma sistemləri, o zamanlarda Amerika qitəsinin başqa heç bir yerində mövcud olmayan sistemlə qurulmuşdu. Bütün Peru ərazisində, üzərində müxtəlif dini rəmzlər, sivilizasiya ilə bağlı olan məlumatlar həkk olunan daş piramidalar aşkar olunmuşdu. Norte Çiko özündən sonra gələn Cənubi Amerika mədəniyyətlərindən bir çoxuna hər tərəfli təsir etmişdir. Hansılar ki, hələ yüz illər sonra yaranmışdılar.

elam8. Elam sivilizasiyası.

Elam, bu günki, İran torpaqlarının çoxu və bir sıra İraq torpaqlarında yaranmağa başlayan bir mədəniyyət idi. Dünyanın ən qədim mədəniyyətlərindən olan Elam, İran ərazisində ən qədim mədəniyyət sayılır. Şumer və Akkad mədəniyyətləri ilə həmsərhəd idilər və özlərinə xas dilləri var idi. Baxmayaraq ki, ən az 1000 il ərazidə müstəqil səltənət kimi mövcud olmuşdular, bu gün onlar haqda məlumatlar çox azdır. Bunun səbəbi isə, Elam mədəniyyətində, yazıdan məlumat toplama və yaxud sənədlər vasitəsi, ya da ədəbi izahat yolu olaraq istifadə olunmamışdır. Bu səbəbdən də, Misirlilər və Şumerlərdən fərqli olaraq, özlərindən sonra gələn mədəniyyətlər üzərində çox az təsir buraxmışdılar.

dilmun9. Dilmun sivilizasiyası.

Dilmun mədəniyyəti çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi. Çoz az dəqiq məlumatlar qalmasına baxmayaraq, alimlər hesab edirlər ki, bir neçə yaşayış məntəqələri, xüsusən Saar və Qalat-əl-Bəxreyn qədim Dilmun mədəniyyəti insanlarının məskunlaşdıgı ərazi olmuşdur. Saarda aparılan qazıntılar zamanı bizim eradan əvvəl 3- cü min illiyə aid qalıqlar tapılmışdı. Dilmun, bir çox ölkələrlə ticarət əlaqəsi qurmuşdu, Fars körfəzində ticarət axınına nəzarət edirdi və ticarət şəbəkələri Turkiyəyə qədər uzanmışdı.

xarappa-harappa10. Xarappa sivilizasiyası.

Həmçinin İnda Vadisi sivilizasiyası kimi tanınırdı. Harappalılar indiki Pakistan və Hindistan ərazisində yaşayan bir qrup insan idi. Onlar, şəhərlərin əvvəldən planlaşdırılaraq inşa olunmağını hesab edirdilər və buna görə də, bir çox mədəniyyətlərdən fərqli olaraq, onların şəhərsalma sistemi xaotik (nizamsız, qaydasız, sistemsiz)deyildi. Təssüflər olsun ki, yüz illər boyu davam edən quraqlıq nəticəsində (alimlərin fikirlərinə əsaslanaraq), bu mədəniyyət tədricən zəiflədi və bir daha canlanmadı. 25-ci əsrdən bizim eraya qədər Harappalılar, 500-ə yaxın simvollardan ibarət olan yazı dillərini yaratdılar, hansı ki, hətta bu gün də, tam olaraq açıla bilməmiş, gizli qalmışdır. Müxtəlif sabun daşları üzərində təsvir olunan heyvan və mifiq məxluqlaq, Harappalıların ən görkəmli əsərləri arasındadır.

Mənbə: http://www.novate.ru/
Hazırladı: Saqubə Fəridzadə

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Geray üçün bir cavab yazın Cavabı ləğv et