QADIN, YOXSA KİŞİ HAKİMİYYƏTİ?

matriarxat
Uşaqlar onları dünyaya gətirən analarını tanıyır, onun yanında böyüyür və ona sadıq qalırdılar

Matriarxat dövrü necə formalaşıb?
Bir zamanlar insanlar sürü şəklində yaşayırdılar. Həyatlarının böyük qismi heyvani tərz ilə uyğun idi. Çoxalma da bunun kimi. Düşüncə və bunun üzərinə formalaşan ictimai qınaq deyə bir şey yox idi. Ata ana məhfumu da sosial olaraq mövcud deyildi. Bioloji analıq və atalıq mövcud idi. Bu bioloji tərəflər ancaq cinsi əlaqə zamanı birlikdə olurdular. Sonradan qadınlar bu prosesə təkbaşına davam edirdilər. Uşaqları dünyaya gətirir və böyüdürdülər. Analıq missiyalarını bugünkü kimi olmasa belə, yerinə yetirirdilər. Uşaqlar onları dünyaya gətirən analarını tanıyır, onun yanında böyüyür və ona sadıq qalırdılar. Kişilər isə öz uşaqlarını tanımır, ayrılıqda həyatlarına davam edirdilər. Bu minvalla ətrafı artmış və ona sadiq övladlar tərəfindən qorunan analar toxunulmaz hala gəlmişdilər. Kişilər artıq istədikləri qadına istədikləri şəkildə yaxınlaşa bilmirdi. Və tədricən ana hakimiyyəti yaranırdı.

patriarxat
Daha əmin və cəsarətli, güclü kişilər müstəqil ova başladılar.

Patriarxat dövrü necə formalaşdı?
Bütün bunlar davam edərkən kişilər ovla məşğul olur, anaların hakimiyyətində olan çevrələri qida ilə təmin edirdilər. Ov zamanı hər kəs hər zaman bacarıqlı olmurdu və artıq rəqabət formalaşırdı. Ova getməkdən yayınan, xəstəlik bəhanəsi və s. ilə ova getməyən kişilərə görə digərləri düşünməyə başlamışdı. Onlar artıq kiminsə əvəzinə bunu etmək istəmirdilər. Daha əmin və cəsarətli, güclü kişilər müstəqil ova başladılar. Onlar ov edir, gətirir və sürüdən bir qadın seçərək ayrılırdılar. Özlərinə yeni bir mağara tapır və orda həyatlarına davam edirdilər. Bu zaman doğulan uşaqlar həm anasını, həm də atasını tanıyırdı və AİLƏ formalaşırdı. Müstəqil ailələr isə kişinin gücü sayəsində ayaqda durmaqda idi. Kişinin öz gücünü üstünlük olaraq uyğulaması artıq ailənin və bununla da kişi hakimiyyətinin formalaşmasına səbəb olurdu.

ilk insan-qəbilələr
Ən güclü ailə və ailənin ağsaqqalı qəbiləyə başçılıq etməyə başladı.

Qəbilələr necə yarandı?
Sürü şəklində yaşayan insanların həyatda qalma mənbəyi ov idi. Ov hər zaman uğurlu olmurdu. O üzdən bəzi ailələr davam gətirmirdi. Bu zaman təcavüz hissi formalaşdı. Uğursuz ovu olan güclü bir ailə uğurlu ovu olan digər müstəqil ailəyə hücum edir, ailə başçısı olan kişi öldürülür, onun ailəsi də bu ailəyə ya qatılır, ya da öldürülür və onların ovu sayəsində güclü ailə ayaqda qalırdı. Bu minvalla güclü ailələr, sonra bu güclü ailələrin diqtə etdiyi ailələr birliyi, bu minvalla isə qəbilələr yarandı. Ən güclü ailə və ailənin ağsaqqalı qəbiləyə başçılıq etməyə başladı. İnsanlar uzun zaman, çox uzun illər beləcə həyat sürdülər və hətta müasir dövrdə də qəbiləçilik ehtirası yeni şəkildə təzahür etməkdədir.

qadın və kişi. matriarxat-patriarxat
Ümumiyyətlə, qadının və ya kişinin hakimiyyəti lazımdırmı?

Sözümün canı nədir?
Bütün bunlardan günümüzə dönsək və həmən bir analiz aparsaq, maraqlı faktlar ortaya çıxır. Görəsən, ailənin yaranmasımı qadını kölə halına salıb onu müstəqillikdən məhrum elədi? Həqiqətənmi, dünyada güc ən önəmli duruşdur? Qadın hakimiyyətinə qayıdış üçün kişinin gücümü azalmalı, yoxsa ailə sistemi dağılmalıdır? Ümumiyyətlə, qadının və ya kişinin hakimiyyəti lazımdırmı? Lazım deyilsə, necə bir hakimiyyət onların birgə azad yaşaması və bir-birinin tamamlayıcısı olmasını təmin edə bilər? Bütün bu suallara cavab verə bilməyəcəm, amma anladığım bir şey var. Sanki dünya artıq güc deyil, estetika üzərinə formalaşır. Burda isə qadınlar udur. Kişilər bu fonda qadınlarla bacara bilmir və onları dinləyirlər. Bu yaxşıdır ya pis, doğrudur ya yanlış, bilmirəm, mövzum da bu deyil. Qadınların azad olması və hakim olması da məni narahat etmir. Məni narahat edən bu iki fərqli cinsin hakimiyyət yarışmasına çıxmasıdır. Bu kimə lazımdır, həqiqətənmi belə olmalıdır?!

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   16  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın