QADINLAR ÜZƏRİNDƏ KİŞİ HEGOMONİYASI

Xüsusi

 

kişi hegemoniyası-feminizmPatriarxat (erkək hegemon) sistemdə qadına nəzarət sahələri…

1) Qadınların istehsal və ya iş gücü:
Erkək hegemon sistem həm ev içində, həm də ev xaricindəki ödənişli işlərdə qadınların istehsal gücünü nəzarət altına alır. Ev içində qadın övladlarına, ərinə və ailənin digər üzvlərinə ömür boyu hər cür pulsuz xidmət göstərir, yəni qadının əməyinə bu pulsuz xidməti alan hər kəs tərəfindən əl qoyulur. Amma qadınların bu cansıxıcı, bitməz-tükənməz və daim təkrarlanan əməyi heç bir zaman iş olaraq qəbul edilməz, qiymətləndirilməz və ev qadınları ərlərindən asılı hesab olunurlar. Qadının evin xaricindəki əməyinə əl qoyulması isə qadınların əməklərini satmağa məcbur edilməsi və onların qazanclarına göz dikilərək əllərindən alınması şəklində başlayır. Qadınların istehsal və ya iş gücü üzərindəki nəzarət sahəsi; erkəklərin patriarxat sistemdən öz maddi mənfəətləri üçün istifadə etdiyi və qadınları çeşidli mexanizmlərlətəzyiq altında tutaraq ekonomik qazanc əldə etdiyi sahəni əhatə edir.

qadın-ana2) Qadınların doğurqanlığı və “Analıq” ideologiyası:
Patriarxat sistem qadınların doğurqanlıq gücünü dövlət, evlilik və qanunlar yolu ilə nəzarət altında tutur. Bir çox toplumda qadınların dünyaya gətirəcəyi uşaqların sayı, nə zaman dünyaya gətirəcəyi, hamiləlikdən qorunma üsullarından istifadə edib-etməməsi, abort olma və s. qərarları verə bilmə azadlığı erkək hegemon dövlətin sərhədləri içərisində tanımlanır. Yəni qadının üzərində fərdi erkək nəzarətindən başqa, çıxardığı qanunlar vasitəsilə dövlət nəzarəti də həyata keçirilir. Patriarxat sistem işçi qüvvəsi, əsgər və s. ehtiyac sahələrinə görə qadınların bədənləri və doğurqanlıqları üzərində nəzarət sahəsi ilə iqtidar quraraq, “analıq” ideologiyasını yaradır. “Analıq” ideologiyası patriarxat sistemin ömrünü daha da uzadan “xarakterik erkək və qadın modellər” yaradır və onlar arasında bölünmə yaradaraq, cinsiyyət ayrı-seçkiliyini daha da gücləndirir. Bu yol ilə qadınların hərəkət sərbəstliyini və inkişafını məhdudlaşdıraraq, erkək hegemon sistemin ömrünü daha da uzadır.

cəmiyyət-qadın-seks3) Qadınların cinsəlliyi üzərində nəzarət:
Cinsəllik, erkək hegemon sistemin qadına nəzarət sahələrinin içərisində ən önəmli yeri tutur. Erkəyin təsadüfi cinsi münasibət yaşamasına ənənəvi olaraq icazə verən və səssiz qalan hər toplumda, qadınların nikahdan xaric cinsi əlaqələrini yasaqlayan əxlaqi və qanuni bir sistem vardır. “Utanc”, “əxlaq”, “namus”, “şərəf” kimi qavramlar üzərindən qadınların cinsəlliyi nəzarət altına alınırkən, taciz və təcavüz kimi bədənin bütünlüyünə qarşı edilən zorakı hərəkətlərdə də yenə qadınlar basqı altına alınır, təzyiqlərə məruz qalır, günahkar hesab olunur. Qadınların cinsəlliyini nəzarət altında tutmaq üçün onların geyimləri, davranışları, ailə və toplum içərisində hərəkətləri və s. – əxlaqi davranış normaları, dini qayda-qanunlar, adət-ənənələr vasitəsilə diqqətlə izlənilir. Patriarxal ideologiya qadınları analar (yəni evləniləcək qadınlar) və cinsi obyektlər (əyləniləcək qadınlar) olaraq, iki bir-birinə zidd qrupa ayırır. Və analar (evləniləcək qadınlar) xaricindəki bütün qadınları erkəyin ehtirası, zövqü, həzzi üçün yaranmış cinsi obyektlər olaraq tanımlayır. Digər tərəfdən də erkək hegemon sistem qadınların bu iki zidd qrupu arasında ayrımçılıq, bir-birinə gizli düşmənçilik və dərin uçurum yaradaraq, əslində öz hakimiyyətini daha da gücləndirir..

qadın azadlığı4) Qadınların hərəkət özgürlüyü:
Qadınların cinsəlliyini, doğurqanlığını və iş-gücünü nəzarət altına ala bilmək üçün patriarxat sistem qadınların hərəkət azadlığını da nəzarət altına alır. Bir qadının gec saatda küçədə gəzməsi və ya təkbaşına hər hansı bir əyləncə yerinə, diskotekaya və s. getməsi erkək hegemon sistem içində yaşayan erkəklər tərəfindən “seksə və ya cinsi münasibətə dəvət” kimi xarakterizə olunur. Qadınlar uşaq yaşlarından etibarən davranış və hərəkətlərini kontrol etməyə, geyimlərinə diqqət etməyə şərtləndirilirlər. Erkək hegemon sistem gündəlik həyatda “yüksək səslə gülmə”, “xanım kimi davran”, “atana, qardaşına, ərinə hər zaman sayğılı və itaətkar ol”, “cinsəlliyini ön plana çıxarma”, “ağırbaşlı və ciddi ol, flört etmə, ucuz qız deyərlər”, “mən sənə güvənirəm, amma çevrəyə güvənmirəm, ona görə də hər hansı əyləncə yerinə, partiyə gedə bilməzsən” , “siyasət yeritmə burda, uşaqlara kim baxacaq?” və s. kimi cümlələrlə qadınların şəxsiyyətini və cinsəlliklərini kontroledici üsul və üsullarla onları nəzarət altında tutarlar. Bütün bu üsullar cinsiyyət ayrımçılığı ilə bilavasitə əlaqəlidir və erkəklər eyni məhdudiyyət və qısıtlamalara əsla məruz qalmazlar.

Bütün bunlardan çıxan son nəticə budur ki, erkək hegemon sistem öz şəxsi özəllik və keyfiyyətlərindən daha çox qadın istismarı üzərində bərqərar olaraq öz hakimiyyətini sürdürür…

Mənbə: http://feministatolye.org/
Hazırladı: Yeganə Ayhan

Beyenmeler
1   14  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın