Qadınlar niyə həzzi hiss etmirlər?
“Qadınlar hisslərini tam təslim edərək başqalaşa bilmirlər. Yeni tərəflərini kəşf etməkdən çəkinirlər. Məhz buna görə qadınların 85 faizi cinsi həzzdən uzaq olurlar.”
Bunu Çin təbabətinin sirlərinə bələd olan, bu mövzuda öz təcrübəsini bölüşdüyü “İstəkli qadın” adlı kitabın müəllifi Daniele Flaumen Baum deyib. “Mən qadının öz istəyi ilə hamiləliyi pozma hüququnun, kontrasepsiyanın (hamiləliyin qarşısının alınması/üsulları) yarandığı və bir çox ölkələri əhatə etdiyi zamanda (1971- ci ildə) ginekoloq kimi fəaliyyətə başladım. O zamanlar düşünəndə ki, kontrasepsiyanın istifadəsi ilə keçən cinsi elaqə qadına arzu etdiyi azadlığı və həzzi verəcək, çox yanılmışdıq.” Neçə nəsil bir-birini əvəz etsə də, nəticə elə də ürək açan deyil. Qadınların əksəriyyəti hələ də cinsi həzdən məhrum olduqları üçün əziyyət çəkirlər. Qadınlar üçün bütünü ilə yaşanmayan cinsi həyat elə bir dərin yaraya çevrilib ki, onlar bu narahatlığı hiss etməmək üçün özlərini aldadaraq hər şeyi inkar edirlər. Düşüncələrdə elə bir fikir kök salıb ki, yetər ki, sevək, hər şey qaydasına düşəcək. Buna görə də bizi cəlb edən tərəf müqabilimizi sevməyimizə baxmayaraq onunla girdiyimiz cinsi əlaqədən orqazm hiss etmədiyimizə görə özümüzü günahkar hiss edirik. Bu zaman bu hissi dəf etmək üçün ən qısa yola baş vurarıq. Ya bizə bu həzzi yaşada bilmədiyinə görə tərəf müqabilimizi günahlandırar, ya da özümüz inandırmağa çalışarıq ki, hər şey zamanla, uşaqlar dünyaya gəldikdə qaydasına düşəcək… Əksər hallarda bütün bu düşüncələr onunla bitir ki, özümüzə bunları deyirik: “Mən bunun üçün yaranmamışam, bu mənim üçün deyil…” və biz buna boyun əyərək tam olmayan bir həyat yaşayarıq.
Aramızda neçə qadının cinsi anlayışı var? Varlığımızın cinsi tərəfini bütünlüyü ilə yaşamaq üçün tək sevgi və hislər kifayət deyil. İllər boyu ana-nənələrimizdən miras qalan kompleks və qadağalar şəklində olan cinsi model sadəcə bir sevgi ilə dəyişmir. Bəli, qadınların cinsi tərəfdən qapalı olmaqları məhz uşaq yaşlarında formalaşır. Aramızda cinsi orqanların anatomik quruluşunu bilən neçə nəfər var? Qız uşağı ilk dəfə öz anatomik quruluşu barədə soruşanda ona başa saldıqları bu olur ki, onlar vasitəsilə uşaq doğub ana olacaq. Ona heç zaman başa salan olmayacaq ki, onun uşaqlıq yolu kişi cinsiyyət üzvünü qəbul etməyə, ondan həzz almağa yaranıb həm də. Bu barədə məlumatı olmayan, azacıq da olsa, həzz barədə təsəvvürü olmayan qadın fiziki olaraq cinsi əlaqə üçün yarandığını heç zaman bilməyəcək. O zərif, cəldedici ola bilər, hətta uşaq sahibi ola bilər, amma, heç zaman cinsi həyatda özünə qovuşmaqla tam ola bilməyəcək.
Qadınların qapalı olmaqları o demək deyil ki, onlarda istək yoxdur, sadəcə qorxu və qadağalar onları sıxır… Ginekoloq kimi deyə bilərəm ki, qadınların 85 faizi bu vəziyyətdədir. Onların əksəriyyəti enerji dağınıqlığı yaşayır, ruh və bədən, düşüncə və hislər, hiss və cinsi əlaqə arasında dağınıqlıq yaşayırlar. İstəklərinə uyğun cinsi həyat yaşaya bilməmək budur. “Mən onda yenidən doğuldum, 40 yaşım var idi. Sevdiyim həyat yoldaşım, övladlarımın atası yorulmadan bu sözləri təkrar edirdi. “Mənim qadınım yoxdur.” Əvvəllər bunu anlamırdım. Ta o gecəyə qədər. Həmin gecə o gözləmədiyim bir ehtirasla özünü göstərdi və mən də qarşılıq olaraq yaranan hislərə açıq oldum. Ondan gələn enerji dalğasını hiss etmək və onu qəbul etməklə indiyə kimi hiss etmədiyim həzzi yaşadım. Uzun müddət özümə gələ bilmirdim. Özümü yenilənmiş, yenidən doğulmuş kimi hiss edirdim. Zamanla çata bilmədiyim bu halım ilə elə bir həyat enerjisi ilə təsirlənmişdim ki, ruhum sanki bədənimlə tam olmuşdu, bədənimdə hiss etdiklərim məni daxilən elə bir enerji ilə doldurmuşdu ki, rahatlıq bəxş etmişdi. O gündən mən həyatımın əsas mərhələsini yaşamağa başladım. İki əks cinsə məxsus enerjinin qovuşması ilə yaşanan həyat…” (İstəkli qadın adlı kitabdan)
Bizim varlığımızı qidalandıran enerji. İnsanda olan cinsi hiss hələ yaşayırsa, o vibrasiya şəklində hiss olunur. Həzz və orqazm iki əks cinsə məxsus varlığın birləşməsi nəticəsində yaranan vibrasiya şəklində hissiyyatdır. Bu vibrasiyanı hiss etmək eyni anda pulsasiya edən kişi və qadın enerjisini hiss etmək deməkdir. Klitoral orqazm bizim öz enerjimizi tənzim edir və bizim özümüzlə olan əlaqəni bərpa edir. Vaginal orqazm isə kişi cinsiyyət üzvünün hərəkəti nəticəsində yarandığı üçün tərəf müqabili ilə əlaqə yaratmağa, bizə məxsus olmayan yad enerjinin gücündən istifadə ətməyə şərait yaradır. Bu həzzə açıq olduğumuz zaman enerji uşaqlıq boynundan keçərək bədənimizi daxilən əhatə edir, bütün daxili orqanlarımızı “qidalandıraraq” beyinə, onunla da bütün varlığımızın tam olması üçün səbəb olur. Və biz özümüzü tam, yetkin hiss edirik. Çin təbabəti bu enerjini bütün xəstəlikləri uzaqlaşdıran HƏYAT ENERJİSİ adlandırır. Və əgər qadın deyildiyi kimi qapalıdırsa, bu həzzi yaşadan enerji uşaqlıq yolu daxilində blokada olunaraq bir çox xroniki cinsi xəstəliklərin yaranmasına səbəb olur…
Mənbə: psihologiya.ru-land.com ( “Женская Психология”)
Hazırladı: Elya Öz